Əbubəkr mirzə Dərbəndi

Vikipediya saytından
Cavidaga (müzakirə | töhfələr) (Kateqoriya:Şirvanşah şahzadələri əlavə olundu HotCat) tərəfindən edilmiş 19:55, 4 yanvar 2015 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Əbubəkr mirzə Dərbəndi
Şəxsi məlumatlar
Doğum tarixi
təxm. 1550(1550-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat tarixi 1602
Atası Bürhan Əli
Həyat yoldaşı I Dövlət Gərayın qızı
Dini Sünni İslam

Əbubəkr Mirzə — şahzadə, Şirvan taxtına son iddiaçı.

Uşaqlığı

Bürhan Əlinin oğlu idi. Qardaşı Xələf mirzə Dərbəndi ilə Dağıstana aparılmışdı. Atasının yerini almağa hazır olmadığından, 20 il boyunca Dağıstanda yaşamışdı. Qardaşı kiçik yaşda vəfat etmişdir. 1570-ci ildə Krıma gedərək Krım xanı I Dövlət Gərayın qızı ilə evlənmişdir. Və orada yaşamışdır.

Taxta iddiası

1578-ci ildə III Muradın ordusu ilə Şirvana daxil olmuşdu. Və bir neçə il hökmdarlıq etmişdir. Onun adı daha sonra 1583-cü ildə Osman paşa başçılığındakı osmanlılara xəyanət edib İmamqulu xanın başçılığındakı Səfəvilərin tərəfinə keçərkən çəkilir. Əbubəkrin sonrakı taleyi məlum deyil. 1602-ci ildə vəfat etmişdir. [1]

Ailəsi

Bürhan Əli adlı bir oğlu olmuşdur.

  1. Sara Aşurbəyli, Şirvanşahlar dövləti, səh. 135-136