Vikipediya:Kənd meydanı

Vikipediya, azad ensiklopediya
Ən son rəy:21 dəqiqə öncə, Gadir tərəfindən "Twitter və ABŞ" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç


İnterfeys inzibatçıları[mənbəni redaktə et]


Maşın tərcümələri[mənbəni redaktə et]

Salam. Bildiyimiz kimi, bu məsələ hazırda azvikinin aktual və ən ciddi problemləri arasında yer alanlardandır. Bununla bağlı qəbul edilmiş qaydamız olsa yaxşı olar. Təəssüf ki, proseslər də nisbətən yavaş gedir. Belə bir yazı tərtib etdim. Müzakirənin davamı olaraq fikirləriniz maraqlıdır. @Sura Shukurlu, @Bikar, @Atakhanli, @Baskervill, @Redivy, @Nemoralis, @Solavirum, @Rəcəb Yaxşı, @Eldarado, @Nicat49, @Sofia. Hörmətlə, Gadirmüzakirə 10:24, 18 may 2024 (UTC)Cavabla

məncə, yenə danışacayıq qalacaq. qətiyyəli adminlər çıxıb ciddi tədbir görməlidir. edənlər, səsini çıxaranlar 2-3 inzibatçıdan artığı deyil deyə, qarşı tərəf “qərəz” damğası vura bilir rahatlıqla. qısaca, əməliyyatlara digər inzibatçılar da qoşulmalı və qətiyyətli addım atmalıdır. yoxsa 3-4 aya 300 min məqaləyə çatacayıq :) Atakhanli (müzakirə) 18:35, 18 may 2024 (UTC)Cavabla
Əziyyət çəkib yazmısan, qəbul eliyək lap, heç bir dəyişiklik olmuyacaq onsuz — Bikar müzakirə 18:44, 18 may 2024 (UTC)Cavabla

Salam. Yaxşı yazılıb, səsverməyə çıxarmaq olar. Bunun əsasında davamlı şəkildə maşın tərcümələrini olduğu kimi copy+paste edən və xəbərdarlıqlara məhəl qoymayan istifadəçilərə qarşı tədbir görmək olar.— Nicat49   müzakirə 19:54, 18 may 2024 (UTC)Cavabla

Qaydalar əlbəttə ki, olsun. Lakin qaydalar olmasa belə, kimsə maşın tərcüməsi edir və tam redaktə etmədən olduğu kimi copy-paste edirsə, əvvəlcə xəbərdarlıq, ardınca qısa, sonra da uzunmüddətli blok tətbiq edilsin. Qarşı tərəf istəyir bunun adını qərəz qoysun, istərsə də başqa bir şey. Qaydalar əməl olunmaq üçündür. Qayda pozan hər kəsdə də bir adət var, deyəndə ki, qayda pozursan, başlayırlar şüvənlik salmağa ki, ay qərəz, ay mənim eşşəyimin başı qızıldandı, onu öldürürsüz, məni gözüvüz götürmür. Kimsən axı sən? Ya mən kiməm? Bəlkə kimsə əvəzolunmazdı, xəbərimiz yoxdu? Nəinki Vikipediyada, ümumiyyətlə bu dünyada əvəzolunmaz heç kim yoxdu. Və kimsə də eşşəyinin başını qızıldan bilməməlidir. Hamımız burda insanlara xidmət üçün burdayıq. Xidmətçiyik yəni. Minnətçi yox. Minnət vurmağa, naz etməyə, lovğalanmağa haqqımız yoxdur, ola da bilməz. Təkəbbürlülük etməyə heç haqqımız yoxdur. Biri inzibatçılıq etmir, nalayiq davranır, etimada çıxarırsan, özünü Robin Qud edir az qala. Biri bürokrat adına layiq fəaliyyət göstərə bilmir, etimada çıxarırsan, başlayır dembil-molodoy söhbəti etməyə: “Siz yox idiz, mən var idim. Mən olmasam AzViki məhv olacaq, nə bilim Dünya dağılacaq.” Heç nə də olmayacaq. Kimlər-kimlər nəinki AzVikidən, ümumiyyətlə bu dünyadan gedib. Nə olub? Nəsə olub? Dünya daha sürətli fırlanmağa başlayıb? Ya iqlim kəllə-mayallaq olub? Göydən yerə ensin bəziləri. Və hamımız bir nəfər kimi qaydalara əməl edək. İçi özüm qarışıq. samral müzakirə 02:05, 19 may 2024 (UTC)Cavabla
Mən hesab edirəm ki, kütləvi formada maşın tərcüməsindən istifadə edən və onlara edilən xəbərdarlıqlara məhəl qoymayan həmkarlar 3 ay müddətinə bloklanmalıdır. Əgər yenə də onların fəaliyyətində müsbət mənada bir dəyişiklik baş verməsə o zaman qeyri-müəyyən müddətə və yaxud uzun müddətli bloklanmaları icra edilə bilər. Belə başa düşürəm ki, bu tipli fəaliyyətlə konkret şəxslər məşğul olur və həmin həmkarlar icmanın kiçik bir hissəsini təşkil edir. — Baskervill 12:48, 19 may 2024 (UTC)Cavabla
Təklif edilən qaydanın özünün mətni hətta maşın tərcüməsinə bənzəyir axı. Məna səhvləri var. Belə necə tətbiq ediləcək? Maşın tərcüməsi edən istifadəçiyə, elə maşın tərcüməsinə bənzəyən qayda ilə cavab vermək nə dərəcədə doğrudur? Turkmen müzakirə 22:45, 19 may 2024 (UTC)Cavabla
Özüm yazmışam. Nümunə göstərə bilərsiz? Hörmətlə, Gadirmüzakirə 22:59, 19 may 2024 (UTC)Cavabla
@Gadir, girişdəki şablon məsələn. "Qısaca bu səhifə deyir" olmamalıdır, "Səhifənin qısa məzmunu olmalıdır".
"Maşın tərcümə ilə töhfə vermək niyyətindəsinizsə, lütfən bunu doğru şəkildə edin". Bu cümlədə isə "maşın tərcüməsi" yazılmalıdır.
"Bu alətlərdən istifadə ilə vaxtınıza qənaət etməklə yanaşı, gərək birbaşa maşın tərcüməsi ilə səhifə yaradıb, həmçinin çox kiçik düzəlişlər (orfoqrafik, texniki və vizual kimi) edib onu tərk etməyəsiniz". Bu cümlədə vergüldən əvvəlki məzmununla vergüldən sonrakı məzmunun əlaqəsi yoxdur. Niyə bir cümlə daxilindədirki? Hələki bu qismə baxdım. Turkmen müzakirə 04:51, 20 may 2024 (UTC)Cavabla
Birinci iradınız şablonla bağlıdır, şablondan düzəliş etmək mümkündür, amma belə də problem görmürəm. "Maşın tərcüməsi" sözünün necə düzgün yazıldığınıza gəldiksə isə, mənbə təqdim edə bilərsiz? İkisini də istifadə etmək olar: "maşın tərcümə", "maşın tərcüməsi. İlkin hazırlanıb, müəyyən düzəlişlər edilməsi mümkündür və maraqlı olan hər kəsə açıqdır. Dediklərinizi nəzərə alıb preambuladakı məzmuna indi düzəliş verirəm. Hörmətlə, Gadirmüzakirə 11:01, 20 may 2024 (UTC)Cavabla

Salamlar. Bir az düşündüm və deyirəm ki, qayda olaraq qəbul etsək də, etməsək də onsuz da beş əsas prinsipin birinci prinsipinə əsasən bu qaydaları pozan istifadəçilərə qarşı müvafiq xəbərdarlıqları etmək və inzibati addımları atmaq mümkündür. Bunu da esse kimi təqdim edə bilərik. Sura Shukurlu, siz də müsbət düşünürsünüzsə, bu problemlə mübarizə aparan inzibatçı və qaydaların hazırlanması üzrə təcrübəsi olan istifadəçi kimi səhifəyə daha da təkmilləşməsi üçün əlavələrinizi edə bilərsiniz. Hörmətlə, Gadirmüzakirə 22:27, 28 may 2024 (UTC)Cavabla

"İnzibatçı elanı" şablonu[mənbəni redaktə et]

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Salam. İstifadəçi səhifələrində istifadə olunan belə bir şablon: {{İ-elanı}} yaratdım və razılıq olarsa, bundan sonrakı seçkilərdə istifadəçilər istifadəçi səhifələrində bundan istifadə etsinlər. Əgər bu qəbul olunarsa, gələcəkdə müvafiq seçkilər (bürokrat, təftişçi və s. kimi) üçün də oxşar şablonlar yaradılıb istifadə oluna bilər.


  1. + Lehinə: Hörmətlə, Gadirmüzakirə 16:12, 19 may 2024 (UTC)Cavabla
  2. + Lehinə: azviki o qədər geniş deyil ki, aktiv olan istifadəçilərin xəbəri olmasın,baxmayaraq ki, bu şablon bir müddət sonra unudulacağ, yenə də olsun. — Bikar müzakirə 16:24, 19 may 2024 (UTC)Cavabla
  3. + Lehinə: – Qeyd olunan yazılarla razıyam. Niyə də olmasın.👍 Vusalsuvarov1996 (müzakirə) 17:22, 19 may 2024 (UTC)Cavabla
  4. + Lehinə:Nicat49   müzakirə 17:31, 19 may 2024 (UTC)Cavabla
  5. + Lehinə: yaxşı fikirdir, çünki tək-tək ismarıc göndərmək bloklanmağa səbəb olur. Elə yaxşısı budur. Moses :) 18:54, 19 may 2024 (UTC)Cavabla
  6. + Lehinə: Gadir, sadəcə "göz atmaq" yerinə "göz gəzdirmək" və "lütfən" yerinə ", zəhmət olmasa," ifadəsi yazılsa, həm dilimizə yatımlı olar, həm də göz oxşayar. - Dr.Wiki54 (müzakirə) 19:11, 19 may 2024 (UTC)Cavabla
    − Əleyhinə: Təəssüf ki, şablon Azərbaycan dilində deyil. Durğu işarəsi və məna səhvləri problemi var. Bu halda tətbiq edilməsi doğru olmaz.— Turkmen müzakirə 22:33, 19 may 2024 (UTC)Cavabla
    Problemlər həll edildi, təşəkkür.— Turkmen müzakirə 07:09, 21 may 2024 (UTC)Cavabla
  7. + Lehinə:samral müzakirə 20:15, 25 may 2024 (UTC)Cavabla
  8. + Lehinə:eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 05:39, 26 may 2024 (UTC)Cavabla

Şərhlər[mənbəni redaktə et]

Bikar, əslində həm də dəvət göndərmək seçimi yerinə bu daha yaxşıdır deyə təklif verdim. Hörmətlə, Gadirmüzakirə 16:47, 19 may 2024 (UTC)Cavabla

İstifadə etmək istəyən etsin də razılıq nəyə görə alınır anlamadım) Nemoralis (müzakirə) 20:36, 19 may 2024 (UTC)Cavabla
Konsensus gərəkdiyini düşündüm, sonra problemlər də olmasın deyə razılıq əldə olunmasında fayda var dedim. Hörmətlə, Gadirmüzakirə 20:38, 19 may 2024 (UTC)Cavabla
əslində konsensusla olması yaxşıdır bir yandan. sonradan istifadə olunanda səs ovu, dəvət və s. kimi problemlər olmasın. qaydalara da qeyd kimi əlavə oluna bilər ki, bu şablondan istifadəyə icma razılığı ilə icazə verilir tipli. amma istifadə etmək məcburi deyil Atakhanli (müzakirə) 22:02, 19 may 2024 (UTC)Cavabla
Səs ovu sayıla bilməz axı, kütləvi şəkildə seçilmiş istifadəçilərə mesaj göndərilmir. Namizəd öz istifadəçi səhifəsinə yerləşdirir, istəyən səs verir, istəyən yox Nemoralis (müzakirə) 11:57, 20 may 2024 (UTC)Cavabla
İndiyə kimi bizdə belə bir təcrübə istifadə olunub? Ona görə irəlidə problem olmasın deyə öncə konsensus olsun, məncə. Hörmətlə, Gadirmüzakirə 12:06, 20 may 2024 (UTC)Cavabla
Düşünmürəm ki, şablonlardan istifadə üçün konsensusa ehtiyac olsun. Kosmik Ozan utora! 01:39, 20 may 2024 (UTC)Cavabla

@Turkmen, harda səhvlər var anlamadım. Qeyd edə bilərsiz? Hörmətlə, Gadirmüzakirə 23:00, 19 may 2024 (UTC)Cavabla

@Gadir, "və ya"dan əvvəl vergül qoyulmalıdır. Orada işlənən "getmək" ifadəsinin mövzu ilə əlaqəsi yoxdur. Onun yerinə "keçid edin, baş çəkin, və ya göz atın" işlənə bilər. "Zəhmət olmasa" ifadəsindən sonra vergülə ehtiyac yoxdur. Turkmen müzakirə 04:32, 20 may 2024 (UTC)Cavabla
Ciddi problem deyil, həll etmək olar, sözləri daha uyğun gördüyünüz sözlərlə əvəz edə bilərsiniz, problem yoxdur. Sadəcə düzəliş etmək yerinə buna görə qarşı olmağı anlamadım. İndiki situasiyada cümlə quruluşuna görə "zəhmət olmasa"dan əvvəl də vergül olmalıdır, nəinki sonra. Cümlənin formasını dəyişmək də olar. "və ya" ilə bağlı fikrinizlə razıyam, orada səhvliklə unudulub. Hörmətlə, Gadirmüzakirə 10:55, 20 may 2024 (UTC)Cavabla
@Gadir, artıq təkrar-təkrar olursa deməli ciddi problemdir. Bundan əvvəl qaydaların tərcüməsi zamanı da eyni səhvlər var idi. Lütfən diqqətli olun. Həmçinin qeyd etdiyiniz "zəhmət olmasa" ifadəsindən sonra cümlənin axışı davam edirsə və dayanma olmursa, vergülə ehtiyac yoxdur. Turkmen müzakirə 11:55, 20 may 2024 (UTC)Cavabla
Nəzərə alaram, mexaniki olaraq olur. Yəni hər birimizdə olur belə hallar. Maksimum diqqətli olacam. Hörmətlə, Gadirmüzakirə 12:04, 20 may 2024 (UTC)Cavabla
HəY Düzəliş olundu. Təkrar diqqət yetirin lütfən. Hörmətlə, Gadirmüzakirə 12:10, 20 may 2024 (UTC)Cavabla
Bu yalnız namizəd olan istifadəçinin səhifəsində öz istəyinə əsasən yerləşdiriləcək, doğru anladım? Əgər kütləvi şəkildə hər kəsin müzakirə səhifəsində dəvət kimi qeyd ediləcəkəsə qarşıyam. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 05:07, 21 may 2024 (UTC)Cavabla
Bəli, düz anladız. Namizəd istəyə bağlı olaraq öz istifadəçi və müzakirə səhifəsinə yerləşdirə bilər. Hörmətlə, Gadirmüzakirə 07:49, 21 may 2024 (UTC)Cavabla

✔ Qəbul edildiTurkmen müzakirə 08:00, 27 may 2024 (UTC)Cavabla

SSK: Ü13[mənbəni redaktə et]

Salam. Mümkündürsə, kriteriya ilə bağlı düzəliş üçün buradakı müzakirədə iştirak edin. Hörmətlə, Gadirmüzakirə 10:03, 21 may 2024 (UTC)Cavabla

Mürəkkəbçiçəklilər[mənbəni redaktə et]

Salam. Bizim vikipediyada 2-3 biologiya mütəxəssisi redaktorumuz vardı, amma kimlər olduğunu unutduğum üçün mövzunu kənd meydanına əlavə etmək qərarına gəldim. Digər vikipediyaları da araşdırandan sonra belə qərara gəldim ki, bitkilərin "Mürəkkəbçiçəklilər" fəsiləsi ləğv olunub; oradakı bitkilər Çayırçiçəyikimilər (lat. Asteraceae) fəsiləsinə köçürülüb. Əsas bitkinin cinsinin adı Çayırçiçəyi (lat. Aster), fəsiləsi Çayırçiçəyikimilər (lat. Asteraceae), dəstəsi isə ????? (lat. Asterales). Dəstənin adı bizdə Astraçiçəklilər gedir ki, bu da yəqin səhvdir. "Çayırçiçəklilər" olmalıdırmı görəsən? Bu bir az qarışıq məsələdir, bizim vikidəki bitkilərin böyük əksəriyyəti də bu fəsiləyə aid olan bitkilərdir. Kimin dəqiq məlumatı varsa yazsın zəhmət olmasa. Məsələ mən yazdığım kimi olsa, gərək xeyli məqalə və kateqoriyada botlarla dəyişikliklər edək. Sortilegus (müzakirə) 09:22, 24 may 2024 (UTC)Cavabla

Qeyd edim ki, Mürəkkəbçiçəklilərin adı latınca "Compósitae" gedir.— Sortilegus (müzakirə) 09:25, 24 may 2024 (UTC)Cavabla
Fəsilə, növ, cins, dəstə və s. bunların Azərbaycan dilindəki adları üçün əsas mənbə hansıdır? Kosmik Ozan utora! 09:41, 24 may 2024 (UTC)Cavabla
White Demon əsas 4-5 mənbədi. Vago əsasən "Azərbaycanın dərman bitkiləri və fitoterapiya" (1998) və "Ali bitkilərin sistematikası" (2009) kitablarına istinad edib, Dendrologiya İnstitutunun əməkdaşları isə "Azərbaycanın ağac və kolları" (1961), "Azərbaycanın nadir ağac və kol bitkiləri" (2014) və səhv etmirəmsə 3 cildlik olan "Azərbaycan dendroflorası" (2016) kitablarına. Amma o kitablarda adlandırma ilə bağlı ciddi fikirayrılıqları yoxdur. Bir bu "mürəkkəbçiçəklilər" məsələsi qaranlıq qalır. Məsələn, ruslar "Çayırçiçəyikimilər" və ya "Mürəkkəbçiçəklilər" yazıblar (А́стровые (лат. Asteráceae), или Сложноцве́тные (лат. Compósitae)), amma ad olaraq birincini seçiblər. İnterviki olaraq da "mürəkkəbçiçəklilər" vikidatada → boşduSortilegus (müzakirə) 12:51, 24 may 2024 (UTC)Cavabla
Bir biologiya müəllimi deyirəm, "mürkkəbçiçəklilər" anlayışı necə ləğv olundu? Kimi onu ləğv etdi? Bu dədəsinin bağçası deyil ki, bağlasın, ləğv etsin.Bunun ləğvi haqqında bir elmi izah olmalı. Mən özümü qanandan mürəkəbçiçəklilər olmuş.— namikilisu 15:54, 25 may 2024 (UTC)Cavabla
Namikilisu, mənim də məktəbdən "mürəkkəbçiçəklilər" yadımda qalıb. Amma indi intervikilərə baxıram hamısında fəsilə "Çayırçiçəyikimilər" adlanır (yəni → Asteraceae). Türk dilində "Papatyagiller". Botanikanı bilən redaktorlarımız bir şey yazsa yaxşı olar. Çünki dəyişiklik varsa Kateqoriya:Mürəkkəbçiçəklilər bütünlüklə yeni kateqoriyaya köçürülməlidir. Orada da 1000-ə qədər məqalə, 400-dən çox kateqorya var.— Sortilegus (müzakirə) 00:03, 26 may 2024 (UTC)Cavabla

Yaşayış məntəqələrində "Şəhidləri" alt başlığı[mənbəni redaktə et]

Salam. Yaşayış mənqələri ilə bağlı məqalələrdə belə bir alt başlıq var və orada şəhidlər qeyd olunub. Daha sonra bunu kütləvi təmizləmək lazım olacaq. Bilmək istərdim ki, bu barədə nə düşünürsünüz? Danışmadan müdaxilə etmək istəmədim. Hörmətlə, Gadirmüzakirə 13:48, 26 may 2024 (UTC)Cavabla

Birmənalı qaydada o hissələr çıxarılmalıdır. Grenzsoldat 14:34, 26 may 2024 (UTC)Cavabla
Onların məqaləsi olmasa belə saxlanılması yaxşı olardı. Onsuz da kəndlər üzrə elə də çox deyil. Uzağı 5-6 nəfər olacaq. Araz Yaquboglu (müzakirə) 04:27, 27 may 2024 (UTC)Cavabla
@Araz Yaquboglu Fikri ilə tamamilə razıyam -- ☞QRAF☜   (✉ → ♕) 05:17, 27 may 2024 (UTC)Cavabla
Həqiqətən tanınanları Görkəmli şəxslər başlığında vermək olar. Ayrıca "Şəhidlər" başlığına ehtiyac yoxdur. Nemoralis (müzakirə) 12:06, 27 may 2024 (UTC)Cavabla

Başlığı görkəmli şəxslər etmək olar, amma siyahıdakı şəxsləri silmək düzgün olmaz. çünki oradakı həm şəhidlər və görkəmli şəxslərin adına küçə, məktəb və s. var. — Xeyal (müzakirə) 14:31, 27 may 2024 (UTC)Cavabla

@Gadir, @Nemoralis mən ümumiyyətlə "görkəmli" ifadəsinin neytrallığı pozduğunu düşünürəm. Tanınmış şəxsləri ifadəsi belə poza bilər fikrimcə, amma nisbətən daha neytraldır. Mübariz İbrahimov, Ülvi Bünyadzadə və s. kimi xaric hər şəhidin adı yazılmamalıdır. Dr.Wiki54 (müzakirə) 12:15, 28 may 2024 (UTC)Cavabla
Hər iki fikirlə də razıyam. Hörmətlə, Gadirmüzakirə 12:23, 28 may 2024 (UTC)Cavabla

20 Yanvar şəhidləri[mənbəni redaktə et]

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Salam, idarəçilər və istifadəçilər (həmçinin burada olan söhbətləri digər yerlərə daşıyanlar :d). Məlum məsələdir 20 Yanvar şəhidləri ilə bağlı burada məqalələr var (150-dən çox bir qədər). Məqalələrin hamısı eyni stildə - Qulu Kəngərlinin əsərindən copy paste üsulu ilə hazırlanıb. Misal üçün bu məqalələr - Sabir Abbasov, Zöhrab Abbasov, Fuad Babayev və s. Uzun-uzadı nəyisə qaydalarla izah etməyəcəm (zatən icma bu mövzuda qaydalara uyğun qərarların qəbul edilməsini bacarmır :d). VP:ŞEƏ qaydalarını ödəmir bu məqalələr bir sözlə. Məndə nə deyirəm. Bəndəniz belə bir siyahı hazırlayıb - Qara Yanvar faciəsinin qurbanlarının siyahısı. Bu siyahı elə Qulu Kəngərlinin əsərində olan məlumatları özündə ehtiva edir. Amma normal qayda da. Misal üçün bu məqaləyə baxın - İlqar Kərimov. Necə gəldi copy ediblər. Cümlələrə baxın - O müdhiş gecə işdən çıxıb arxayın-arxayın evə gedirdi. Və ya bu cümlə - İlahi, görən o gecə körpələrin gözünə yuxu gedibmi? Yəni belə. Görürsünüz də necə q/e cümlələr var. İndi mən nə deyirəm. Deyirəm səliqəli siyahı hazır edim, elə bu Qulu müəllimin əsəri əsasında. Amma day qaydalara cavab verən, tərəfli sözlərin olmadığı bir siyahı. Qəşəng bir siyahı olsun, lap sonra statusda alsın. Digər dillərdə də özüdə bu siyahı var - ingilis və rus dillərində. Bu 150 məqalə arasında q/e olan 4-5 məqalə də olmalıdır. Onlarda saxlanılsın. Misal üçün İlham və Fəridz, Ülvi Bünyadzadə, Larisa Məmmədova və s. Nə deyirsiniz bu məsələdə? :d Grenzsoldat 13:52, 26 may 2024 (UTC)Cavabla

 Cavab: siyahı halına salmaqdansa q/e cümlələrdir yazdığın sözləri cıxarıb səliqəyə salsan daha məqsədəuyğun olmazmı ? --Hörmətlə: ☞QRAF☜   (✉ → ♕) 05:14, 27 may 2024 (UTC)Cavabla
Q/E cümlələri çıxandan sonra belə geriyə bu qalır - filan ildə doğulub, filan yerdə işləyirdi, gecə filan yerdə güllələndi. vəsalam. Bunların eynisi siyahıda verilsə həm oxucu nöqteyi nəzərdən yaxşı olar, milal üçün insanlar zatən Google'da Zöhrab Abbasovu axtarmır. Götürüb Qara Yanvar facisəi qurbanları yazacaq və həmin dolğun siyahını oxuyacaq. Grenzsoldat 08:26, 27 may 2024 (UTC)Cavabla
 Cavab: Sayları azdır onsuz da saxlanılsa da olar. Məqalələrə əl gəzdirilsə bəsdir. Amma işdi əgər hər kəs silinsin desə şəhidlər arasında elələri var ki çox tanınırlar. Haqlarında filmlər çəkilib, musiqilər, şeirlər yazılıb. Ülvi Bünyadzadə, İlham və Fərizə eləcə də Larisa və digərləri haqqında məqalələr mütləq qalmalıdır. Rəcəb Yaxşı (müzakirə) 07:31, 27 may 2024 (UTC)Cavabla
Bəli. Onu yuxarıda qeyd etmişəm. Onların məqalələri saxlanılacaq. Məqalələrə əl gəzdirilmədən söhbət getmir. Məqalələrdə məlumatlar ancaq belədir - filan ildə anadna olub, filan yerdə işləyirdi, həmin gecə XI Qızıl Ordu meydanında güllələndi, filan yerdə dəfn olundu vəsalam. Grenzsoldat 08:25, 27 may 2024 (UTC)Cavabla
 Cavab: Bu elə bir hadisədir ki, qurban sayı çox deyil və ölkə tarixində xüsusi əhəmiyyətə malikdir. Hesab edirəm ki, q/e cümlələr çıxarılmaqla məqalələr saxlanıla bilər. Amma siyahı da yaxşı təklifdir. Patriot (müzakirə) 07:34, 27 may 2024 (UTC)Cavabla
Yəni çox deyil dediyimdə, əlbətdə ki, insan tələfatı üçün çoxdur. Məqalə olaraq nəzərdə tutdum. Patriot (müzakirə) 07:35, 27 may 2024 (UTC)Cavabla
Sayın az olmasa, açıq aydın Q/E olan məqalələrin saxlanması üçün əsas deyil axı. Yuxarıda da yazdım. Həmdə oxucular üçün yaxşı olacaq belə. Milal üçün insanlar zatən Google'da Zöhrab Abbasovu axtarmır. Götürüb Qara Yanvar faciəsi qurbanları yazacaq və həmin dolğun siyahını oxuyacaqlar. Siz diqqət edərsiz siyahıya gələn baxış saylarına. Grenzsoldat 08:28, 27 may 2024 (UTC)Cavabla
Siyahının yaxşı bir təklif olduğunu qey etmişəm. Patriot (müzakirə) 08:41, 27 may 2024 (UTC)Cavabla
 Cavab: Bir neçəsi var ki, ensiklopedikdir. Məsələn, İlham və Fərizə. Ensiklopedik olan bir neçəsindən başqa digər 20 Yanvar şəhidləri ensiklopedik deyil və silinməsinin tərəfdarıyam. Kosmik Ozan utora! 10:47, 27 may 2024 (UTC)Cavabla
Bəli. Yuxarıda da qeyd etmişəm. İlham və Fərizə, Ülvi Bünyadzadə və Larisa Məmmədova barədə olan məqalələr misal üçün. Hətta diqqət eləsəz, siyahını (Qara Yanvar faciəsinin qurbanlarının siyahısı) hazırlayan zaman həmin məqalələri qeyd etmişəm. Keçid vermişəm yəni. Grenzsoldat 10:52, 27 may 2024 (UTC)Cavabla
 Cavab: Məsələnin mahiyyətini bir kənara qoyaraq, demək istəyirəm ki, bu siyahı ilə bu siyahı mahiyyət etibarilə eynidir. — NKO zi 08:57, 27 may 2024 (UTC)Cavabla
Sonda siyahıların birləşdirilməsi ilə bağlı da yəqin danışıq olacaq. Hətta daha bir məqalə var - "Azadlıq uğrunda mübariz" fəxri adı verilmiş şəxslərin siyahısı. Grenzsoldat 10:56, 27 may 2024 (UTC)Cavabla
 Cavab: Məncə də təfərrüatlı, istinadlı bir siyahı daha yaxşı fikirdir. samral müzakirə 10:44, 27 may 2024 (UTC)Cavabla
Çox sağolun dəstəyiniz üçün. Grenzsoldat 10:56, 27 may 2024 (UTC)Cavabla

Şərh Şərh: Salam. Hesab edirəm ki, bu məsələdə artıq haradansa başlamaq lazım idi. İcmada tərəddüd sezirəm, başadüşüləndir, amma sevindirici haldır ki, dəstək var. Ensiklopedik olanlar istisna siyahıda məlumat kifayətdir, heç yönləndirmə də lazım deyil. Maraqlı olan rahatlıqla açıb oradan oxuya bilər. Hazırkı başlıq da daha adekvatdır. Sadəcə bir sualım var. 20 Yanvar qurbanları ilə fəxri ad alanlara ayrı-ayrı siyahı daha doğru olardı. Bunu belə düşünün: "Vətən müharibəsi iştirakçısı" medalı alan hər kəs üçün ayrı, məsələn, məqaləsi varsa da (sadəcə nümunədir), iştirakçılar üçün də ayrıca bir məqalə, necə deyərlər, söz konusu. Ona görə də ayrı-ayrı siyahılar olsa, yaxşıdı. Hər birindən digərinə yönləndirərik. Hörmətlə, Gadirmüzakirə 11:59, 27 may 2024 (UTC)Cavabla

Ülvi Bünyadzadə kimi çox məşhur olanlar xaric qalanları siyahıda verilməlidir. Heç bir ensiklopedik tələbi ödəmirlər. Misal üçün Əliyusif Qocamanov. Gecə güllə səsi eşidib, çıxıb çölə, yaralanıb və vəfat edib. Bu şəxsə niyə məqalə olmalıdır? Vikipediya milli ensiklopediya deyil. Nemoralis (müzakirə) 12:06, 27 may 2024 (UTC)Cavabla
Fayllar da silinməlidir. Bu qədər faylın istifadəsi ədalətli istifadə hesab oluna bilməz. Hörmətlə, Gadirmüzakirə 12:14, 27 may 2024 (UTC)Cavabla
Fayllar məsələsində razıyam. Nemoralisin qeyd etdiyi məqamla da razıyam. Belə görürəm qəti formada əleyhinə çıxan yoxdur bu siyahı ideyasının. Konsensus necə əldə olunur? Çox da bilmirəm bu məsələləri. İdarəçilər daha yaxşı bilər. Konsensus qəbul olunsa xəbər edin, siyahı üzərində işləri intensivləşdirim. Grenzsoldat 12:33, 27 may 2024 (UTC)Cavabla
Fərqli iki siyahı barədə nə düşünürsünüz? Hörmətlə, Gadirmüzakirə 12:36, 27 may 2024 (UTC)Cavabla
Sözün düzü mənim üçün elədə fərqi yoxdur. Qalmasında problem də yoxdur. Qısaca belədir - "Azadlıq uğrunda mübariz" adını o vaxtı Ayaz Mütəllibov vermişdi. 20 Yanvar şəhidi adını isə Heydər Əliyev. Yəni belə fərqi yoxdur. Qalmasında nəsə ciddi səhv görmürəm. Grenzsoldat 12:38, 27 may 2024 (UTC)Cavabla
Dostlar. Misal üçün bu məqaləyə baxın - Elçin İmanov (20 Yanvar şəhidi). Grenzsoldat 12:46, 27 may 2024 (UTC)Cavabla
Bunu belə düşünün da: bir döyüşdə iştirak edənlər üçün siyahı bir məqalə olur və o döyüşdə iştirak edənlərin aldığı bir mükafat. Elə olur hamısına o eyni mükafat düşmür, onda ayrı-ayrı siyahı lazımdır elə bunun üçün. Hər iki fəxri ad üçün də ayrı siyahılar olsa, yaxşıdı. Faktiki o adı alıblar. Siyahıda olmayanları ora daxil etmək düz gəlməyəcək. Onlar qurbanlarla bağlı siyahıda olmalıdır. Əlaqəlidirlər deyə hər birindən digər birinə "Həmçinin bax" alt başlığı altında keçidlər verərik. Vahid siyahı daxilində alt başlıq kimi də olar, amma qarışıqlıq olacaq deyə düşünürəm. Ən yaxşısı təklif etdiyim kimidir, məncə. Hörmətlə, Gadirmüzakirə 12:50, 27 may 2024 (UTC)Cavabla
Bəli razıyam. Ən optimal variant budur. Grenzsoldat 12:55, 27 may 2024 (UTC)Cavabla
Uğurlar. Ümid edirəm, ləngiməz və sürət kəsmədən davamlı proses olar. Hörmətlə, Gadirmüzakirə 13:23, 27 may 2024 (UTC)Cavabla
150 şəhiddən 60-ı barədə məlumatlar siyahıda verilib. Dünən həvəsim olmadı çalışmağa. Düşündüm sonda nəticəsiz qalacaq proses. Amma indi görürəm alınır iş. Çox güman sabah bitir. Grenzsoldat 13:30, 27 may 2024 (UTC)Cavabla
@Gadir, 150 şəhid məqaləsinin 90-ı barədə siyahıda verilib. Geriyə 50-60 məqalə qalıb. Çox güman sabah bitirəcəm. Silinmə prosesi necə olacaq? Haradan başlayacaq? Bir-bir şablon qoymağa ehtiyac yaranacaq? Bu barədə ətraflı məlumat olar? Grenzsoldat 15:04, 27 may 2024 (UTC)Cavabla
Müzakirə səhifəmdə cavabladım. Hörmətlə, Gadirmüzakirə 19:17, 27 may 2024 (UTC)Cavabla

HəY Konsensusa əsasən müvafiq məqalələrin və faylların silinməsinə qərar verilmiş və silinmişdir. Hörmətlə, Gadirmüzakirə 09:16, 28 may 2024 (UTC)Cavabla

Gadir 26 mayda başladılmış müzakirənin 28 mayda yekunlaşdırılması sizcə nə dərəcədə doğrudur ? 2 gün davam etmiş müzakirəni mən doğru və məqbul hesab etmirəm. Bəlkə başqa həmkarlarda girib nəsə yazacaqdılar.— Kholat Syakhl (müzakirə) 15:12, 29 may 2024 (UTC)Cavabla

Salam. Buradan da gördüyünüz kimi, səhifəyə son 30 gündə 5k-ya yaxın baxış olub, bu müddət ərzində də fikir bildirənlər bildirib, öncəki müzakirədə mövqeyini açıq-aşkar ifadə edənlər də çox güman müzakirəni görüblər, amma etiraz etmədikləri üçün yazmayıblar. Etiraz üçün heç bir məntiqli səbəb yoxdur. Etiraz edənlərin arqumentləri "heç yeri dar eləmir", "problem yaranacaq"ı keçmir. Siyahı təklifi üçün konsensus var və müvafiq addımlar artıq atılıb. Ən əsası sözügedən məqalələr və fayllar barədə qaydalara uyğun olaraq müvafiq tədbirlər görülüb: VP:HƏRBÇİVP:ƏİM ödənilmir. Qara Yanvar faciəsinin qurbanlarının siyahısı səhifəsində hər biri haqqında doğru şəkildə məlumat verilib. Səhifələrdə ifrat mübaliğəli, tərəfli ifadələr və s. vardı. Vikipediya milli platforma yaxud vətənpərvərlik yeri deyil, ensiklopediyadır. Onun üçün də Vikipediyanın gələcəyi və təkmilləşməsi naminə lazımi addımları atmaq lazımdır. Bu mövzuda deyəcəklərim bu qədər. Hörmətlə, Gadirmüzakirə 15:27, 29 may 2024 (UTC)Cavabla
@Gadir mən demirəm ki, siz nəyisə səhv etmisiz. Sadəcə 26 mayda başlamış müzakirəni 28 mayda yekunlaşdırmağın doğru olmadığını ifadə etmişəm. 2 gün ərzində bir başlığa bu qədər şərh yazılıbsa, hesab edirəm ki, 5-6 gün ərzində də həmkarlardan kimsə nələrsə yaza bilərdi. Ümumiyyətlə çalışın, gələcəkdə hər hansısa bir başlığı ən azından 1 həftə ərzində yekunlaşdırmadan saxlayın. SNS-də belə sözügedən qayda mövcuddur. Məsələn, həmin tarixlərdə mən qarşılıqlı əlaqə bloku məsələsinə görə 3 günlük bloklanmışdım və başlığa şərh yazmaq hüququm texniki olaraq məhdudlaşdırılmışdı. İşdə, yolda, səyahətdə olan həmkarlar ola bilər və ona görə də bir az səbirli formada davranmaq lazımdır. Gələcəkdə nəzərə alacağınıza ümüd edirəm. Kholat Syakhl (müzakirə) 06:11, 30 may 2024 (UTC)Cavabla
Burada səsvermə aparmırıq ki, 7 gün təyin edək. 7-15-25 gün qaydası səsvermələrə aiddir. Qaydalar ödənilmədiyi üçün lazımı işlər nəticədə görülməlidi idi və görülüb. Bundan əvvəl də bu istiqamətdə işlər gedirdi və gedir. Buna baxmayaraq müddətlə bağlı iradınızı gələcəkdə mütləq nəzərə alacam. Hörmətlə, Gadirmüzakirə 11:15, 30 may 2024 (UTC)Cavabla
Məncə də tez yekunlaşdırılıb. Ən azı 1 həftə gözləmək lazım idi. Bəlkə kimsə nəsə bildirəcəkdi? Nemoralis (müzakirə) 23:42, 29 may 2024 (UTC)Cavabla
Mən də Kholat Syakl və Nemoralisə qatılıram. Üstəlik də istənilən halda adların istiqamətləndirmə olaraq qalması lazımdır. — NKO zi 05:36, 30 may 2024 (UTC)Cavabla

Arxivləşdirmələr[mənbəni redaktə et]

Salam. Bu mövzuda fikirlərinizi öyrənmək istərdim. Arxivləşdirmə icra edən bir qrup istifadəçilər müzakirənin açıldığı tarixə görə edir, bir qrup istifadəçi də yekunlaşdırma tarixinə görə. İndi standart olaraq birini etməliyik. Mənim təklifim, açıldığı aya görə edilməsidir. Sürətli fikirlər gələrsə, SNS-də saxlanılan məqalələrin müzakirə səhifələrinə düzgün yönləndirməsi adına qeydi ona görə buraxardım. Hörmətlə, Gadirmüzakirə 23:19, 26 may 2024 (UTC)Cavabla

Müzakirənin başlama tarixinə görə olsa düzgün olar. Araz Yaquboglu (müzakirə) 04:25, 27 may 2024 (UTC)Cavabla
Təbii ki, açıldığı tarixə görə. Digər vikilərdə də bu praktikadır. Yekunlaşdırıldığı tarixə görə niyə etməliyik? Kosmik Ozan utora! 04:56, 27 may 2024 (UTC)Cavabla
Fikrimcə müzakirənin başlandığı tarixə görə olmalıdır. Patriot (müzakirə) 07:53, 27 may 2024 (UTC)Cavabla
Böyük vikilər başda olmaqla əksəriyyət necə edirsə, biz də o cür edək. samral müzakirə 10:45, 27 may 2024 (UTC)Cavabla
@Eminn, @Grenzsoldat, @Sura Shukurlu, bundan sonrakı sözügedən fəaliyyətlərinizdə nəzərə almağınızı xahiş edirəm. Hörmətlə, Gadirmüzakirə 12:00, 27 may 2024 (UTC)Cavabla

Azərbaycanca Vikipediyanın yeni qaydaları rəsmi prinsip olaraq qəbul olundu[mənbəni redaktə et]

Hamıya salamlar. Uşaqların mühafizəsi, Vikipediya:Cəsur olVikipediya:Heç bir qaydaya məhəl qoymayın qaydaları bu gündən etibarən Azərbaycanca Vikipediyanın rəsmi prinsipləri kimi qəbul olundu. Vikipediya:Səsvermə/IP blokundan azad olma qaydası isə ətraflı tərtib edildiyinə baxmayaraq, daha geniş müzakirə olunması lazım olduğu bildirildiyi üçün qəbul olunmamışdır. Müzakirə səsvermələr 25 günlük ən uzun müddətə təşkil edilmiş, amma yetəri qədər iştirak olmamışdır. Təəssüf ki, bu sahədə aktivlik və maraq kifayət qədər olmadığı üçün növbəti qayda növbəti dəfə az səs ilə qəbul olundu. Başa düşürəm, səs vermək məcburi deyil və vaxt lazımdır. 25 gün uzun müddətdir, amma yenə də o səbəbdən nəzərə alıb öncə müzakirə açıb sonra səsvermələr başladılacaq. Bəlkə bu dəfə daha uzun olacaq, amma nəticəyönümlü olacaq, ümid edirəm. Hər kəs vaxt edib iştirak edib fikir bildirə biləcək. Azərbaycanca Vikipediya adına xeyirli olsun deyirəm. Hörmətlə, Gadirmüzakirə 23:31, 28 may 2024 (UTC)Cavabla

IP blokundan azad olma qaydaları ilə bağlı müzakirə[mənbəni redaktə et]

Salam. Qaydanın müzakirəsini, mümkün düzəliş və əlavələrin olunmasını müzakirələrinizə təqdim edirəm. Qeyd edim ki, qayda ətraflı tərtib edilib, sadəcə Azərbaycanca Vikipediyanın şərtlərinə uyğun müvafiq düzəliş və əlavələrlə bağlı təkliflərinizə və fikirlərinizə açıqdır. Daha sonra qəbulu üçün təkrar səsvermə başladılacaq. Hörmətlə, Gadirmüzakirə 23:41, 28 may 2024 (UTC)Cavabla

Bu qaydaya görə bizdə bu hüquq üçün lokal təftişçi olmalıdır. Metada belə şeyləri soruşmaq olmayacaq, çünki ora sadəcə iki hesabın müqayisəsi müraciətləri üçündür. Mövcud olmayan Arbitraj komitəsindən bəhs olunur. Ombudsman komissiyasına "narahatlığını bildirmək üçün" ilk öncə narahat olacağın lokal təftişçi olmalıdır. İnzibatçı təlimatı bölməsində təftişçi blokundan bəhs olunur amma bizdə belə bir blok növü təftişçi seçilənə qədər olmayacaq. Blokun açılması üçün şablon-mətndə təftişçiyə müraciət etməklə bağlı cümlə var. Hansı təftişçiyə? Və nə üçün təftişçi yox çekyuzer yazılıb? Dilimizdə belə söz var? Ümumiyyətlə qaydanın mətni yenidən yazılmalıdır, cümlələr çox qəlizdir, nəsə anlamaq mümkün deyil demək olar ki. Misal üçün "qeyri-dağıdıcı töhfə keçmişi" daha ümumişlək sözlərlə yenidən yazıla bilər. Nemoralis (müzakirə) 23:41, 29 may 2024 (UTC)Cavabla
Onda belə anlaşılır ki, təftişçi seçənə kimi bunun qəbulu getdi? Hörmətlə, Gadirmüzakirə 11:37, 30 may 2024 (UTC)Cavabla

Vikisitat - 5000[mənbəni redaktə et]

Bu gün Azərbaycanca Vikisitatda məqalələrin sayı 5000 oldu. Qeyd edim ki, AzVikisitat bütün vikisitatların siyahısında 16-cı sıradadır. Maraqlı layihədir. Hərdən ora da töhfələr verin. Araz Yaquboglu (müzakirə) 10:04, 29 may 2024 (UTC)Cavabla

Təbrik edirəm. Layihə aktiv olmasa da, qəşəng, sevdiyim layihədir. Hərdən ara-sıra töhfələr verirəm, amma təəssüf ki, layihə bərbad haldadır, hansı səhifəyə baxıram, eləcə sitatlar var, mənbə görə bilmirəm çox vaxt. Hörmətlə, Gadirmüzakirə 10:07, 29 may 2024 (UTC)Cavabla

azwikipedia.org - Araşdırma[mənbəni redaktə et]

Hərkəsə salam,

Bir neçə gündür ki, saxta Azərbaycanca Vikipediya saytı olan azwikipedia.org (bu linkə daxil olanda avtomatik orijinal Vikipediyaya yönləndiriləcəksiniz) ilə bağlı açıq mənbə kəşfiyyatı aparırdım. Araşdırma nəticəsində tapdığım faktları icma ilə bölüşürəm:

İlk dəfə keçən ilin dekabrında @Bikar tərəfindən aşkar edilib. WHOIS qeydlərində ad serverlərinin jino.ru ünvanında olduğu və 11 aprel 2022-ci ildə yaradıldığı görünür. Bu ilin aprelində isə yenidən ödəniş edilərək domen aktiv saxlanıb. Bikarın açdığı müzakirə zamanı saytda sadəcə 2 səhifə, İlyas HəsənovSamirə Yusifqızı mövcud idi. Bu iki səhifəni birləşdirən tək şey SNS ilə silinmələridir: Xüsusi:DaimiKeçid/7562177#İlyas HəsənovXüsusi:DaimiKeçid/7562180#Samirə Yusifqızı.

İndi isə daha bir səhifə, Eldar Xəlilov peyda olub. Bəli, bu məqalə də SNS qərarı ilə silinib. Görünən odur ki, SNS-də silinən məqalələrin müəllifləri ilə əlaqə yaradırlar və məqalə bu feyk saytda yaradılır. Nə üçün? Google-da ilk sırada görünməsi üçün! Samirə Yusifqızı məqaləsinin SNS məqaləsinə göz gəzdirdikdə müzakirədə @AzeWEB (@Bakhshizada istifadəçisinin kukla hesabı) istifadəçisini gördüm. Bu istifadəçilərlə bağlı inzibatçı müzakirəsini oxumuşdum, profilin sahibinin veb developer olduğunu bilirdim.

Saytla bağlı daha ətraflı məlumat əldə etmək üçün nmap skanı başlatdım və nəticədə saytın yerləşdiyi serverin IP ünvanını əldə etdim, server Rusiyada yerləşirdi. Bakhshizada-dan şübhələndiyim üçün onun saytlarından bəzilərində də (azertimes.az, wns.az) nmap skanı başlatdım və nəticə nə oldu? Hər iki saytda eyni serverdə yerləşir. Bunu gördükdən sonra Bakhshizada-nin bütün saytlarında skan başlatdım və hamısının yerləşdiyi server ünvanı eyni çıxdı. Nmap istifadə edə bilməyib nəticəni görmək istəyənlər urlscan.io istifadə edə bilər. Qısa şəkildə, bu sayt Bakhshizada istifadəçisinə məxsusdur və digər saytları ilə birlikdə eyni serverə yerləşdirib.

Anladığım qədərilə İstifadəçi:Bakhshizada yaratdığı məqalələr silinəndən və kukla hesabı ilə birlikdə bloklanandan sonra belə bir sayt açmaq qərarına gəlib və (yəqin ki) pul qarşılığında saxta Vikipediya səhifələri yaradıb(r). Bu istifadəçi də Vikipediyanı biznesə çevirmək istəyənlərin daha bir nümunəsi olaraq tarixdə qalacaq.

Qeyd edim ki, hal-hazırda saytın tam xəritəsini çıxartmağa çalışıram. Saytda spesifik səhifələr xaric bütün keçidlər original Vikipediyaya yönləndirdiyi üçün saytda axtarış aparmaq imkansızdır. Həmçinin saytı müvafiq olaraq Vikimedia Fondunun WMF Trademark Abuse e-poçt ünvanına bildirmişəm və böyük ehtimalla tezliklə hüquqi prosedurlar başladılacaq. Bu araşdırmanın daha detallı nüsxəsini eyni ünvana göndərmişəm. Nemoralis (müzakirə) 23:30, 29 may 2024 (UTC)Cavabla

@Nemoralis araşdırmanız üçün təşəkkür edirəm. Bu dərəcədə dələduzluq haqqında netflixdə film çəkmək olar. Pul qazanmaq naminə getmədikləri şey yoxdur. Kholat Syakhl (müzakirə) 06:07, 30 may 2024 (UTC)Cavabla
Salam həmkarlar, mən əslində bu saytın tərk olunmuş olduğunu düşünürdüm. Bir müddət əvvəl yeni məqalələr axtardım amma tapmadım (Eldar Xəlilov məqaləsinin əlavəsindən qabaq olub.) İndi saytın işləmədiyini nəzərə alsaq, burdakı müzakirələrimiz də gözdən qaçmır. İşləmir deyəndə birbaşa əsl vikinin ana səhifəsinə yönləndirir. Bir müddətdən sonra yəqin ki, əvvəlki vəziyyətinə qayıdacaq. Burası qalır Trademark Abuse-un əlində. — Bikar müzakirə 06:56, 30 may 2024 (UTC)Cavabla
Belə hallar qarşı tərəfi də aldatmaq, dələduzluqdur. Əminəm ki, Azərbaycan qanunvericiliyindən bunun qarşılığı var. Kosmik Ozan utora! 07:12, 30 may 2024 (UTC)Cavabla
İndi fikir verirəm ki, saytda yerləşdirdiyi səhifələri silib, artıq onlar da bura yönləndirir. Yuxarıda əlavə etdiyim linkləri Internet Archive-da tapa bilərsiniz: [1] Nemoralis (müzakirə) 20:44, 30 may 2024 (UTC)Cavabla

TwitterABŞ[mənbəni redaktə et]

Salam. Maraqlı olanları TwitterABŞ məqalələrinin adının dəyişdirilməsi ilə bağlı müzakirələrdə iştirak etməyə çağırıram. Hörmətlə, Gadirmüzakirə 11:47, 30 may 2024 (UTC)Cavabla

X məsələsində razıyam. Artıq dəyişməyin vaxtı gəlib. ABŞ məsələsində də razıyam, həmçinin SSRİ məqaləsinin də adı dəyişdirilməlidir. Kosmik Ozan utora! 16:13, 30 may 2024 (UTC)Cavabla
ABŞ ilə bağlı müzakirə xeyli vaxtdır ki var, amma fikir bildirən azdır. Bu, sonra problem olmaz ki? Twitter məsələsi, məncə, ətraflı müzakirə olunsa, yaxşıdı, digər ikisi ilə birmənalı olaraq razılaşsam da, orada fikrimcə, daha geniş arqumentlər lazımdır. Əlaqəli müzakirələr müvafiq səhifələrdə aparılarsa, doğru olar. Hörmətlə, Gadirmüzakirə 16:22, 30 may 2024 (UTC)Cavabla
@White Demon, Avropa İttifaqı "AB" yaxud "Aİ", Avropa Şurası Parlament Assambleyası "AŞPA" və Birləşmiş Millətlər Təşkilatı da "BMT" olmalıdır? Hörmətlə, Gadirmüzakirə 20:34, 30 may 2024 (UTC)Cavabla
Mustafa Kamal Atatürk məqaləsi də "Atatürk" adlandırıla bilər (digər dillərdə necə olmasının aidiyyəti yoxdur, söhbət azərbaycancadan gedir). Hörmətlə, Gadirmüzakirə 20:06, 31 may 2024 (UTC)Cavabla
BMT ola bilər, o biriləri ilə razı deyiləm. Atatürklə də razı deyiləm. Kosmik Ozan utora! 06:31, 1 iyun 2024 (UTC)Cavabla
Atatürk ilə niyə razı deyilsiz? Atatürkün dini inancı da elə o adla verilib. Hörmətlə, Gadirmüzakirə 10:58, 1 iyun 2024 (UTC)Cavabla
Elə isə səhv verilib. Bu məntiqlə gərək Albert Eynşteyn məqaləsini Eynşteyn, Adolf Hitler məqaləsini Hitler, Volfqanq Amadey Motsart məqaləsini Motsart, İosif Stalin məqaləsini Stalin, Vladimir Lenin məqaləsini Lenin, Hayao Miyazaki məqaləsini Miyazaki, Rəcəb Tayip Ərdoğan məqaləsini Ərdoğan edək. Kosmik Ozan utora! 11:17, 1 iyun 2024 (UTC)Cavabla
Düzdü, yönləndirmə funksiyası iş görür, amma bəzən istisnalar olur da. Hörmətlə, Gadirmüzakirə 11:36, 1 iyun 2024 (UTC)Cavabla
Məsələn, Napoleon. Hörmətlə, Gadirmüzakirə 12:31, 1 iyun 2024 (UTC)Cavabla

Vikipediya:Şikayət səhifəsinin işə düşməsi[mənbəni redaktə et]

Salamlar. Təklif edirəm ki, mübahisələrin həlli üçün Vikipediya:Şikayət səhifəsini işlədək. Səhifə üzərində lazımi işləri apardım və qalır sadəcə konsensus. Belə ki, inzibatçı səlahiyyətlərindən sui-istifadə edən inzibatçılar üçün də Vikipediya:Şikayət/İnzibatçı səhifəsi açıq olacaqdır. Əsas səhifədə mübahisələrin həlli, fəaliyyət, müəyyən redaktələr, ümumi davranış, istifadəçilərlə bağlı problemlər, məsələlər müzakirə ediləcək (bura inzibatçılar da daxil), ortaq həll yolu tapılmağa çalışılacaq. Sual çıxa bilər ki, VP:İnzibatçılara müraciət səhifəsi var. Var, amma bu səhifənin məqsədi ümumi məsələlər üçündür, blok tələb etmə, inzibatçılara müraciət üçündür yəni sırf. Bu səhifə isə elə deyil. Həmçinin Vikipediya:İnzibatçı müzakirəsi səhifəsinin də ləğvini təklif edirəm, bu səhifə heç bir işə yaramır, heç bir mahiyyəti yoxdur. İnzibatçı olmaq hansısa üstünlük daşımır, inzibatçılar ortaq qərar çıxarıb istifadəçilərin blok müddətini təyin edə bilməzlər (müəyyən qərəz də ola bilər, nəticədə insandırlar onlar da). Sözügedən səhifələrdə ümumi müzakirələr əsasında vəziyyət həll edilməzsə, müzakirəyə əsasən müəyyən müddətə bloklar təyin edilə bilər (istisna hallar xaric, bura ciddi pozuntu və uzlaşamamaq daxildir).


  1. + Lehinə: Hörmətlə, Gadirmüzakirə 00:03, 31 may 2024 (UTC)Cavabla

Şərhlər[mənbəni redaktə et]

  • Şərh Şərh: Bizim icma üçün nə qədər effektli olub olmayacağını düşünürəm. Təklif olaraq yaxşıdır. Amma düşünürəm ki, şikayət və təkliflər üçün daha çox əlçatanlıq yaratmaq lazımdır. Əgər bu şikayət səhifəsini interfeysdə yerləşdirəcəyiksə yəni daha tez görünməsini təmin edə biləcəyiksə razıyam. Hazırda ən əl çatan və fikirlərin paylaşılıb müzakirə edildiyi yer Kənd Meydanıdır. Ən azı kənd meydanı qədər göz önündə tutdurmaq lazımdır. İnzibatçılar üçün olan müzakirə səhifəsinin ləğvinin isə əleyhinəyəm. Ona görə ki, hər nə qədər sıradan istifadəçilər də olsalar, onlar səlahiyyətlilər hesab olunurlar. Öz aralarında hər hansı bir müzakirə apara və onu sonradan açıq müzakirəyə çıxara bilərlər. Sadəcə qayda tərtib etmək olar ki, inzibatçılar sırf özləri razılaşıblar deyə hər hansı qərarı qəbul edə bilməsinlər. Qəbul etmək istədikləri qərarı icmaya təqdim edib ümumi fikirləri alsınlar. Bunlar mənim subyektiv fikirlərimdir. Hörmətlə, — Patriot (müzakirə) 20:10, 31 may 2024 (UTC)Cavabla
    Salam. Yararlığını qəbul edib sınamaqla öyrənə bilərik və şübhəsiz İMZ-dən yaxşı olacaq. Yoxsa İMZ-də müzakirə ilə səhifələrin mühafizəsi, istifadəçiləri bloklama və s. belə imtiyazlara qarşıyam. Odur ki, ləğvini dəstəkləyirəm, müzakirələr açıq getməlidir, elə daha sağlam addımlar atılacağına inanıram. Digər fikrinizə gəlincə isə, əksinə, bu səhifə menyuda olmasa yaxşıdır, ki, vikidən müəyyən qədər anlayan və müəyyən təcrübəsi olan istifadəçilər bu səhifəni bilib əsaslı müraciətlər təqdim etsinlər. Yoxsa yeni kim gəldi girib məşğul edəcək. Bir də KM ümumi müraciət və müzakirə məkanıdır. Bu səhifələrdə isə istifadəçilərlə bağlı mövzular müzakirə olunacaq. Hörmətlə, Gadirmüzakirə 20:52, 31 may 2024 (UTC)Cavabla
    Ayrı səhifə olsune şikayətlər üçün, amma indiki vəziyyətdə deyə bilmərik ki, kənd meydanı şikayətlərdən daşır, digər müzakirələr gözdən qaçır. Burdakı müraciətlərə baxılmıyandan sonra ayrıca şikayət səhifəsinə heç baxan olmuyacaq. — Bikar müzakirə 21:28, 31 may 2024 (UTC)Cavabla
    Təbii ki, istəyərik ki, heç vaxt münaqişələr və mübahisələr olmasın, amma həyatda olduğu kimi burda da bu kimi hallar qaçılmazdır. Səhifənin əsas məqsədi bloklamak yox, məsələyə həll yolu tapmaq və vəziyyəti həll etmək funksiyası daşıyacaq. Burada yoxdur, var, ya da olacaq, hazır səhifəmiz olsun, ora əlavə olunsun, orada danışılsın. Burada (girişdə də qeyd edilib) sual, xəbərləşmə, texniki, idarəetmə və digər oxşar mövzular danışılır. Bu məsələlər həmişə İMZ-də müzakirə olunub, orada da həll yolu kimi bloklanmaq, blok müddəti danışılıb, amma bu səhifə olsa, hesab edirəm danışılıb aydınlıq gətirmək mümkün olacaq, faydalı olacaq. Lüzumu halında bloklar tətbiq oluna bilər təkcə. Ciddi və davamlı pozuntu halları və istifadəçinin ortaq yola gəlməməsi və boyun qaçırması və s. Hörmətlə, Gadirmüzakirə 21:33, 31 may 2024 (UTC)Cavabla