2018 Azərbaycan Qran-prisi
2018 Formula 1 Azərbaycan Qran Prisi — Formula 1 üzrə 3-cü Azərbaycan Qran Prisi.
Azərbaycan Qran Prisi üçün təkər seçimi
[redaktə | mənbəni redaktə et]Mərhələ / Tərkiblər | SuperHard | Hard | Medium | Soft | SuperSoft | UltraSoft | HyperSoft |
---|---|---|---|---|---|---|---|
Markalanma rəngi | Narıncı | Mavi | Ağ | Sarı | Qırmızı | Bənövşəyi | Çəhrayı |
Azərbaycan Qran Prisi | Soft | SuperSoft | UltraSoft |
Sərbəst yürüşlər
[redaktə | mənbəni redaktə et]Birinci sərbəst yürüşlər
[redaktə | mənbəni redaktə et]Sessiyanın əvvəlində asfalta plastik parçası düşüb və marşallardan biri onu dərhal götürüb. Startdan 16 dəqiqə sonra Brendon Hartli 8-ci döngənin girişində səhvə yol verib və təhlükəsizlik zonasına girib. Lakin yenidən trasa qayıdaraq məşqə davam edib.Maks Ferstappen 34-cü dəqiqədə bariyerlə toqquşub və dayanıb. Zərbənin təsirindən sürət qutusu birinci ötürmədə ilişib qalıb və bu, marşalların da işini çətinləşdirib.Maks Ferstappen da təxliyə prossesinə kömək edib. Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib və 4 dəqiqə sonra sessiya normal axarı ilə davam edib. Sürücülərin əksəriyyəti səhvlərə yol verib. Kimi Rəykkönen güc qurğusundakı problemə görə sessiyanın böyük hissəsini itirib. Protokollara Valtteri Bottas başçılıq edib – 1:44.242.
Valtteri Bottas 1:44.242
Daniel Rikiardo 1:44.277
Lyuis Həmilton 1:45.200
Esteban Okon 1:45.237
Serxio Perez 1:45.422
Maks Ferstappen 1:45.559
Fernando Alonso 1:46.465
Sergey Sirotkin 1:46.480
Sebastyan Fettel 1:46.513
Lens Stroll 1:46.590
Brendon Hartli 1:46.747
Niko Hülkenberq 1:46.749
Kimi Rəykkönen 1:46.861
Şarl Lekler 1:46.875
Roman Qrojan 1:46.963
Markus Eriksson 1:47.073
Pyer Qasli 1:47.368
Kevin Maqnussen 1:47.434
Stoffel Vandorn 1:47.967
Karlos Sayns 1:48.741
İkinci sərbəst yürüşlər
[redaktə | mənbəni redaktə et]Mexaniklər ilk sessiyada qəza edən Maks Ferstappenin maşınını yalnız startdan 20 dəqiqə sonra hazır edə biliblər. Hollandiyalı sürücü bu dəfə də səhvlər edib, üçüncü döngədə təhlükəsizlik zonasına çıxmalı olub.Renault mexanikləri də Niko Hülkenberqin maşını üzərində uzun müddət işləyiblər.Niko bir neçə dövrə vurduqdan sonra maşını yenidən onların ixtiyarına verib, daha sonra isə yenidən trasa qayıdıb və məşqlərə davam edib. Komandalar ənənəyə uyğun olaraq sazlanmaların tapılması və təkərlərin səmərəliliyinin yoxlanılması üzərində işləyiblər. Sürücülər əvvəlcə Soft və SuperSoft təkərlərlə trasa çıxıblar, sonra isə UltraSoft təkərlərə keçiblər. Sessiyanın sonlarında Maks Ferstappen güc qurğusu problemi ilə qarşılaşıb və ona yavaş-yavaş boksa qayıtması tapşırılıb.
Daniel Rikiardo 1:42.795
Kimi Rəykkönen 1:42.864
Maks Ferstappen 1:42.911
Valtteri Bottas 1:43.570
Lyuis Həmilton 1:43.603
Fernando Alonso 1:43.700
Esteban Okon 1:43.814
Karlos Sayns 1:43.834
Kevin Maqnussen 1:43.977
Niko Hülkenberq 1:44.091
Sebastyan Fettel 1:44.127
Serxio Perez 1:44.142
Roman Qrojan 1:44.425
Lens Stroll 1:44.459
Pyer Qasli 1:44.712
Şarl Lekler 1:44.940
Sergey Sirotkin 1:45.007
Brendon Hartli 1:45.051
Stoffel Vandorn 1:45.288
Markus Eriksson 1:46.042
Üçüncü sərbəst yürüşlər
[redaktə | mənbəni redaktə et]Asfaltla ilişmə dünənlə müqayisədə daha yaxşı olsa da, bir neçə dəfə sürücülər idarəetməni itirərək trasdan çıxdıqları üçün sarı bayraqlar dalğalandırılıb. Sessiya boyunca UltraSoft təkərlərə üstünlük verilib. Sona 8 dəqiqə qalmış Sergey Sirotkin üçüncü döngədə qəza edib. Sessiya qırmızı bayraqlarla dayandırılıb. Rus sürücünün maşını təxliyə edilərək boksa gətirilib.Fasilə 5 dəqiqə davam edib və sürücülər yenidən boksları tərk ediblər. Onların sadəcə bir sürətli dövrə vurmağa vaxtları çatıb. Protokollara bu dəfə Sebastyan Fettel başçılıq edib – 1:43.091. Geridə qalan üç sessiyada qüvvələr nisbətini bilmək demək olar ki, mümkün olmayıb.
Sebastyan Fettel 1:43.091
Lyuis Həmilton 1:43.452
Kimi Rəykkönen 1:43.493
Maks Ferstappen 1:43.519
Valtteri Bottas 1:43.569
Serxio Perez 1:43.936
Kevin Maqnussen 1:43.958
Lens Stroll 1:44.123
Esteban Okon 1:44.220
Sergey Sirotkin 1:44.534
Fernando Alonso 1:44.763
Daniel Rikiardo 1:44.861
Pyer Qasli 1:44.905
Şarl Lekler 1:45.218
Roman Qrojan 1:45.261
Karlos Sayns 1:45.432
Niko Hülkenberq 1:45.456
Stoffel Vandorn 1:45.505
Markus Eriksson 1:45.910
Brendon Hartli 1:46.186
Sıralanma turu
[redaktə | mənbəni redaktə et]Sessiya 1
[redaktə | mənbəni redaktə et]Birinci sessiyada bütün sürücülər UltraSoft təkərlərlə trasa çıxıblar.Roman Qrojan ötürmələr qutusunun probleminə görə mübarizəni erkən dayandırıb.Pyer Qasli təkəri deşilmiş komanda yoldaşı Brendon Hartli ilə toqquşmaqdan son anda yayına bilib. Sürücülərin əksəriyyəti trafikə düşüb.Kimi Rəykkönen protokollara başçılıq edib – 1:42.538.Stoffel Vandorn,Markus Eriksson,Toro Rosso və Roman Qrojan növbəti sessiyaya keçə bilməyiblər.
Sessiya 2
[redaktə | mənbəni redaktə et]İkinci sessiyada top komandaların sürücüləri SuperSoft təkərlərlə trasa çıxaraq sabahkı yarışa nisbətən sərt tərkiblə başlamağa qərar veriblər.Lyuis Həmilton SuperSoft-la hamıdan sürətli olub, ikinci cəhdində UltraSoft təkərə keçən Kimi Rəykkönen onu üstələyib – 1:42.510.Lens Stroll, Sergey Sirotkin,Fernando Alonso,Lekler və Kevin Maqnussen mübarizəni dayandırıblar.
Sessiya 3
[redaktə | mənbəni redaktə et]Son sessiyada Renault sürücüləri işlənmiş, digərləri isə yeni UltraSoft təkərlərlə trasa çıxıblar.Sebastyan Fettelin ilk cəhdi mükəmməl alınıb – 1.41.498.Lyuis Həmilton ikinci cəhdində nəticəsini yaxşılaşdırıb, lakin çempionatdakı əsas rəqibinə cüzi uduzub. İlk iki sektorun rekordu ilə gedən Kimi Rəykkönen 16-cı döngədə ciddi səhvə yol verərək poul qazanmaq şansını əldən verib.Sebastyan Fettel bu mövsüm üçüncü, karyerasında 53-cü poulunu əldə edib.Lyuis Həmilton ikinci,Valtteri Bottas isə üçüncü yerləri tutublar.
Start düzümü
[redaktə | mənbəni redaktə et]Start düzümünü sıralanma turunun protokolundan fərqləndirən yeganə amil Niko Hülkenberqin ötürmələr qutusunu vaxtından əvvəl dəyişdiyi üçün beş yer itirməsi olub. Sıralanma turunda ən yaxın rəqibinə 12 saniyə uduzan Brendon Hartli və nəticə göstərməyən Roman Qrojan stüardların qərarı ilə starta buraxılıblar.
Sebastyan Fettel 1:41.498
Lyuis Həmilton 1:41.677
Valtteri Bottas 1:41.837
Daniel Rikiardo 1:41.911
Maks Ferstappen 1:41.994
Kimi Rəykkönen 1:42.490
Esteban Okon 1:42.523
Serxio Perez 1:42.547
Karlos Sayns 1:43.351
Lens Stroll 1:43.585
Sergey Sirotkin 1:43.886
Fernando Alonso 1:44.019
Şarl Lekler 1:44.074
Niko Hülkenberq 1:43.066
Kevin Maqnussen 1:44.759
Stoffel Vandorn 1:44.489
Pyer Qasli 1:44.496
Markus Eriksson 1:34.914
Brendon Hartli 1:57.354
Roman Qrojan -:-:-
Yarış
[redaktə | mənbəni redaktə et]Sebastyan Fettel əla start alaraq rəqiblərinə hücum şansı verməyib.Esteban Okon Kimi Rəykkönenlə toqquşmadan sonra mübarizəni dayandırıb.Sergey Sirotkin Serxio Perezlə təmas yaşasa da, maşınlara zərər dəyməyib, lakin stüardlar onu cəzalandırıblar. Rus sürücü daha sonra Niko Hülkenberq və Fernando Alonsonun arasında qalıb, təmasda asılqanı qırılıb və yarış onun üçün başa çatıb.Markus Eriksson da Kevin Maqnussenlə insidentə görə 10 saniyə cəzalandırılıb. Təhlükəsizlik Maşını trasa daxil olub. Sağ tərəfdəki hər iki təkəri deşilən Fernando Alonso məcburi pit-stop edib və Soft təkərlərə keçib.Brendon Hartli də təkərlərini dəyişib.Kimi Rəykkönenin maşının ön qanadı yenisi ilə əvəzlənib.5-ci dövrədə restart verilib.Sebastyan Fettel yenə liderliyini qoruyub,Maks Ferstappen və Karlos Sayns Daniel Rikiardonu keçiblər.Sebastyan Fettel 2 dövrə ərzində Lyuis Həmiltonla fərqi 3 saniyəyə çatdırıb. Kimi Rəykkönen bariyerlərlə sürtünüb, lakin maşın zədələnməyib. Hər iki Red Bull sürücüsü ERS sisteminin problemi ilə qarşılaşıblar. Nəticədə 9-cu dövrədə Karlos Sayns Maks Ferstappeni, növbəti dövrədə isə Niko Hülkenberq Daniel Rikiardonu keçib. Alman sürücü dərhal Maks Ferstappenə hücumlar etməyə başlayıb və onu da keçib.Niko Hülkenberq bu dəfə də Bakıdakı yarışı başa vura bilməyib. 11-ci dövrədə bariyerlərlə təmasda araxa sol təkəri zədələyib və mübarizəni dayandırıb.Daniel Rikiardo bir neçə dəfə Maks Ferstappenə hücumlar edib, təkər-təkərə mübarizələr insidentsiz ötüşüb.Pyer Qasli 13-cü dövrədə pit-stop edib,Kimi Rəykkönen Lens Strollu üstələyərək 8-ci yerə yüksəlib. Növbəti dövrələrdə Karlos Sayns və Stoffel Vandorn təkərlərini dəyişiblər.Lens Strollu bu dəfə Serxio Perez keçib.Lyuis Həmilton 23-cü,Lens Stroll 24-cü, Lekler 25-ci dövrədə pit yoluna üz tutublar. İki dövrə sonra Daniel Rikiardo birinci döngədə Maks Ferstappeni keçib, lakin hollandiyalı sürücü ikinci döngədə mövqeyini geri alıb. 31-ci dövrədə Sebastyan Fettel də təkərlərini dəyişib.Daniel Rikiardo nəhayət, Maks Ferstappeni keçib.Daniel Rikiardo 38-ci,Maks Ferstappen isə 39-cu dövrədə UltraSoft təkərlərə keçiblər.Maks Ferstappen trasa komanda yoldaşının önündə qayıdıb. Yarışın 40-cı dövrəsində start düzlüyündə Daniel Rikiardo Maks Ferstappenə hücum edib. Bu zaman toqquşma baş verib və hər iki sürücü mübarizəni dayandırmalı olub. Təhlükəsizlik Maşını bir daha trasa daxil olub.Ferrari və Mercedes sürücüləri dərhal UltraSoft təkərlərə keçiblərSerxio Perez isə SuperSoft-a üstünlük verib.Roman Qrojan 43-cü dövrədə TM arxasında maşını bariyerə vuraraq mübarizəni dayandırıb. Tibbi Maşın və Təxliyə Maşını trasa daxil olub.Roman Qrojan xəsarət almayıb. 47-ci dövrədə restart verilib. Sebastyan Fettel Valtteri Bottasa hücum edərkən əyləcləri çox gec basıb və trasdan bir qədər çıxıb.Lyuis Həmilton və Kimi Rəykkönen dərhal fürsətdən yararlanaraq onu ötüblər.Fernando Alonso isə Lens Strollu qabaqlayaraq daha bir mövqe qazanıb. Təkərləri yeyilən Sebastyan Fettel Serxio Perez tərəfindən də keçilib. 49-cü dövrədə daha bir gözlənilməz hadisə baş verib – qələbəyə doğru gedən Valtteri Bottasın arxa sağ təkəri start düzlüyündə deşilib və finlandiyalı sürücü üçün yarış başa çatıb.Lyuis Həmilton mövsümdə və Azərbaycanda ilk, karyerasında 63-cü qələbəsini əldə edib. Xatırladaq ki,Lyuis Hemilton son qələbəsini keçən il ABŞ- da qazanmışdı. O, həm də sürücülər çempionatında liderliyə yüksəlib.Kimi Rəykkönen ikinci yeri tutub,Serxio Perez isə yenə də Bakıda podiuma yüksələ bilib – hər üç sürücü mövsümün ilk dörd yarışındakı ən yaxşı nəticələrini əldə ediblər. Lekler və Brendon Hartli karyeralarında ilk xallarını qazanıblar.Lens Stroll da komandasının bu mövsümdəki xal hesabını açıb.
Nəticə
[redaktə | mənbəni redaktə et]Lyuis Həmilton Mercedes
Kimi Rəykkönen Ferrari
Serxio Perez Force India
Sebastyan Fettel Ferrari
Karlos Sayns Renault
Şarl Lekler Sauber
Fernando Alonso McLaren
Lens Stroll Williams
Stoffel Vandorn McLaren
Brendon Hartli Toro Rosso
Markus Eriksson Sauber
Pyer Qasli Toro Rosso
Kevin Maqnussen Haas
Valtteri Bottas Mercedes
Mübarizəni dayandıranlar
[redaktə | mənbəni redaktə et]Roman Qrojan Haas
Daniel Rikiardo Red Bull
Maks Ferstappen Red Bull
Niko Hülkenberq Renault
Sergey Sirotkin Williams
Esteban Okon Force India
Günün sürücüsü
[redaktə | mənbəni redaktə et]Sıralanma turunda 14-cü olan, Niko Hülkenberqin yer itirməsinə görə yarışa 13-cü yerdən başlayan, finiş xəttini altıncı keçərək karyerasında ilk xallarını qazanan Sauber-in debütant sürücüsü [[Şarl Lekler]] “Günün Sürücüsü” seçilib. Monakolu sürücü ilk dəfədir ki, bu ada layiq görülür.
DHL Fastest Pit Stop Award
[redaktə | mənbəni redaktə et]Bakıda ən sürətli pit- stopu Williams mexanikləri ediblər – onlar Lens Strollun maşınına 2.18 saniyə ərzində xidmət göstəriblər ki, bu da mövsümün rekordundan cəmi 0.03 saniyə yavaşdır.Red Bull komandası yarışda xal qazana bilməsə də, ən yaxşı pit-stoplar siyahısında ikinci və üçüncü yerləri tutub. Avstriyalılar bu reytinqdə liderliklərini davam etdirə biliblər. Növbəti yerləri Ferrari və Mercedes komandaları tuturlar.
Red Bull 101
Ferrari 71
Mercedes 63
Williams 56
Force India 37
Sauber 24
Toro Rosso 20
Renault 13
Haas 11
McLaren 8
Sürücülərin cərimə balları
[redaktə | mənbəni redaktə et]Serxio Perez, Kevin Maqnussen,Markus Eriksson və Sergey Sirotkin 2 balla cərimələniblər.Kevin Maqnussen hazırda aktivində ən çox bal olan sürücüdür, lakin növbəti yarış ərəfəsində və bu müddətdə danimarkalı sürücünün 1 balı silinəcək. Stoffel Vandorn da keçən il Rusiyada hesabına yazılan 1 baldan azad olacaq.Bu dəyişiklikləri cədvəldə nəzərə alinib.
Daniil Kvyat 7
Kevin Maqnussen 7
Markus Eriksson 7
Serxio Perez 5
Maks Ferstappen 5
Brendon Hartli 4
Stoffel Vandorn 4
Felipe Massa 3
Roman Qrojan 3
Sebastyan Fettel 3
Kimi Rəykkönen 3
Fernando Alonso 2
Karlos Sayns 2
Censon Batton 2
Paskal Verlyayn 2
Pyer Qasli 2
Daniel Rikiardo 2
Sergey Sirotkin 2
Niko Hülkenberq 1
Colion Palmer 1
Lens Stroll 1
Maraqlı statistika
[redaktə | mənbəni redaktə et]SIRALANMA TURU
[redaktə | mənbəni redaktə et]- Sebastyan Fettel mövsümdə ardıcıl üçüncü, karyerasında 53-cü poulunu qazanıb. O, həm
də ilk cərgədən start almaq sayına görə (87) Ayrton Sennaya çatıb.
- Bakı Şəhər Halqası Sebastyan Fettelin poul qazandığı 23-cü, ilk cərgədən yarışa başladığı
26-cı tras olub.
- Bakı Şəhər Halqası Ferrari komandasının azı bir poul qazandığı 49-cu tras olub.
- Sıralanma turunda ikinci olan Lyuis Həmilton 120-ci dəfə yarışa ilk cərgədən başlayıb.
Britaniyalı sürücü bu göstəriciyə görə mütləq liderdir.
- Valtteri Bottas ardıcıl üçüncü yarışda üçüncü yerdən start alıb.
- Sıralanma turunda altıncı olan Kimi Rəykkönen
2016-cı ildə Meksika Qran Prisindən bəri ən pis nəticəsini əldə edib. O, keçən il Yaponiyadakı yarışa 10-cu yerdən start vermişdi, lakin buna səbəb ötürmələr qutusu dəyişdirildiyi üçün 5 yer itirməsi olmuşdu.
YARIŞ
[redaktə | mənbəni redaktə et]- Son altı ayda (keçənilki ABŞ Qran Prisindən
bəri) ilk dəfə qalib gələn Lyuis Həmilton karyerasında 63-cü qələbəsini qazanıb.
- Lyuis Həmilton Formula 1-də yarışdığı 12-ci mövsümündə də qalib gəlib və çempionat
tarixində buna nail olan yeganə sürücüdür.
- Bakı Şəhər Halqası Lyuis Həmiltonun qələbə qazandığı 25-ci tras olub – britaniyalı sürücü
bu göstəriciyə görə də vahid liderdir.
- Lyuis Həmilton karyerasında 120-ci dəfə podiuma yüksəlib.
- Yarışda ikinci olan Kimi Rəykkönen 29 müxtəlif trasda podiuma yüksəlmiş olub və
Alen Prostun nəticəsini təkrarlayıb. Finlandiyalının aktivində artıq 94 podium var.
- Yarışı üçüncü yerdə başa vuran Serxio Perez 8 dəfə podiuma yüksələn ilk meksikalı sürücü
olub. O,Pedro Rodrigesi üstələyib.
- Finiş xəttini altıncı keçən Şarl Lekler Formula 1 tarixində xal qazanmış ikinci Monakolu sürücü
olub. Digəri isə təbii ki,Lui Şirondur.
- Brendon Hartli çempionatda Kris Amondan sonra xal qazanan ilk yeni zelandiyalı sürücü
olub.
- Yarışın sön dövrələrində lider gedərkən təkəri
partladığı üçün mübarizəni dayandıran Valtteri Bottasın 18 yarışlıq məhsuldar seriyası sona çatıb.