Anar Əliyev (əsgər)

Vikipediya, azad ensiklopediya
Xeyal (müzakirə | töhfələr) (Səhifə "{{Hərbi xadim |adı = Anar Əliyev |şəkil = Anar Əliyev (əsgər).jpg |şəklin ölçüsü = 250px |doğum tarixi = 16.05.1991 |doğum..." məzmunu ilə yaradıldı) tərəfindən edilmiş 13:39, 7 mart 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Anar Əliyev
Fayl:Anar Əliyev (əsgər).jpg
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Oğuz, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (29 yaşında)
Vəfat yeri Füzuli, Azərbaycan
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2009-2011 / 2020
Rütbəsi Əsgər
Döyüşlər Vətən müharibəsi
 • Füzuli döyüşləri
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020

Anar Talıb oğlu Əliyev (d. 16 may 1991; Oğuz, Azərbaycan SSR, SSRİö. 27 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2-ci Qarabağ müharibəsinin şəhidi.

Həyatı

Anar Əliyev 16 may 1991-ci ildə Oğuz rayonunda anadan olub. 1998-2009-cu illərdə Oğuz şəhər şəhid E.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə oxumuşdur. Ailəli idi, 1 oğlan övladı yadigar qaldı.

Hərbi xidməti

Anar Əliyev 2009-2001-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir.

İkinci Qarabağ müharibəsində iştirakı

Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Anar Əliyev 2020-ci il sentyabrın 27-də AzərbaycanErmənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzuli döyüşlərində savaşıb. Anar Əliyev oktyabrın 27-də Füzuli döyüşlərində qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Anar Əliyev oktyabrın 27-də Oğuz Şəhidlər Xiyabanında dəfn olunmuşdur.[1]

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Təltif və mükafatları

İstinadlar

  1. "Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı) (az.)). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.12.2020.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) (az.)). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) (az.)). 25.12.2020. 2020-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.

Şablon:2-ci Qarabağ müharibəsinin şəhidləri