Aydın Səlimzadə

Vikipediya, azad ensiklopediya
Cekli829 (müzakirə | töhfələr) (→‎Kitabları) tərəfindən edilmiş 04:19, 16 avqust 2012 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Aydın Səlimzadə
Doğum tarixi 2 iyul 1953(1953-07-02)
Doğum yeri
Vəfat tarixi 1995
Vəfat yeri
Təhsili

Aydın SəlimzadəAzərbaycan etnoqrafı; tarixçi alim, şair, yazıçı-publisist; "Elm və həyat" jurnalının baş redaktoru (1993-1995)[1]

Həyatı

1953-cü ildə İsmayıllı rayonunda Hacıhətəmli kəndində anadan olmuşdur.

Əmək fəaliyyətinə lap gənc yaşlarından başlamışdı.

Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində qiyabi təhsil aldığına görə, universiteti bitirənə qədər doğulduğu İsmayıllı rayonunda fəhləlikdən müəllimliyə qədər bir təcrübə məktəbi keçmişdir.

1979-cu ildən Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutunda işləmişdir.

Tarix İnstitutunun aspiranturasına qəbul olunandan sonra, Moskvada Etnoqrafiya İnstitutunda təcrübə keçmiş və 1986-cı ildə Minsk şəhərində "Sumqayıt şəhəri əhalisinin formalaşması və millətlərarası mədəni-məişət əlaqələri" mövzusunda dissertasiya müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi almışdır.

1989-1992-ci illərdə AEA-nın "Elm" qəzetinin baş redaktoru olmuş, 1992-1993-cü illərdə isə Azərbaycan Elmlər Akademiyası prezidentinin mətbuat və informasiya üzrə müavini vəzifəsində çalışmışdır.

1993-cü ilin sentyabr ayında "Elm və həyat" jurnalının baş redaktoru təyin olunmuşdur.

1995-ci ildə - 42 yaşında vəfat etmişdir.

Oğlu Ayaz hüquqşünas, qızı Aygün isə həkimdir.

Yaradıcılığı

İlk məqalə və şeirlərini tələbəlik illərində çap etdirmişdi.

İlk əvvəl "Ədəbiyyat və incəsənət" qəzetində"Azərbaycan" jurnalında ədəbi işçi vəzifəsində çalışmışdı.

2 kitabı və yüzlərlə məqaləsi çap olunmuşdur.

Kitabları

  • "Palıd vüqarı: Azərbaycan uzunömürlüləri haqqında düşüncələr". Ön söz: İ. İsmayılzadə. Bakı, Azərnəşr, 1983, 48 səhifə, şəkilli; tiraj: 13000.
  • "Su səmtinə axar". Bakı, Yazıçı, 1986, 128 səhifə.

İctimai-siyasi fəaliyyəti

Vətəndaş Həmrəyliyi Partiyasının ilk qurucularından və VHP Ali Məclisinin (Ali Şurasının) ilk üzvlərindən biri olub[2][3].

Xatirəsi

İstinadlar

  1. "Elm və Həyat", № 1, 2011  (az.)
  2. Vətəndaş Həmrəyliyi Partiyasının ilk qurucuları.  (az.)
  3. 17 il öncə Sabir Rüstəmxanlı «Nicatımız vətəndaş həmrəyliyindədir!» deyənləri bir çatının altına topladı.  (az.)
  4. Ayxan Şıxalıyev. "Hər ürəkdə bir Aydın". 525-ci qəzet, 18 may 2010, səh. 7.  (az.)

Xarici keçidlər