Balaton gölü

Vikipediya, azad ensiklopediya
Fortius-94 (müzakirə | töhfələr) (→‎Xarici keçidlər) tərəfindən edilmiş 08:46, 3 aprel 2015 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Balaton gölü
hu/Balaton
Ümumi məlumatlar
Mütləq hündürlüyü 104 m
Eni 15 km
Uzunluğu
  • 78 km
Sahil uzunluğu 236 km
Sahəsi 594 km²
Həcmi 1,9 km³
Su tutumu 5,174[1]
Dərin yeri 12,5 m
Orta dərinliyi 3,6 m
Tökülən çay Zala çayı
Yerləşməsi
46°50′ şm. e. 17°44′ ş. u.
Ölkə  Macarıstan
Balaton gölü xəritədə
Balaton gölü
Balaton gölü
Balaton gölü xəritədə
Balaton gölü
Balaton gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Balaton gölüMacarıstanın Transdanubian regionunda yerləşən şirin sulu göldür. Mərkəzi Avropanın ən böyük gölü olmaqla yanaşı[2], regionun əsas turizm mərkəzlərindən hesab edilir. Gölü su axını ilə əsasən Zala çayı təmin edir və göldən yalnız Şio çayı başlanğıc götürür. Düzənlik cənub sahilləri kurort şəhərləri kimi tanındığı halda, şimal sahillərinin dağlıq regionları tarixi və əsas şərabçılıq regionları kimi tanınır.

Balıqçılıq yaxşı inkişaf edib. Göl gəmiçiliyə yararlıdır.

Adı

Göl Macar dilində sadəcə olaraq Balaton kimi məlumdur. Adın yaranmasına çox güman ki, Slavyanca "palçıq" və ya "bataqlıq" mənasını verən blato sözü təsir göstərib (sloven. Blatno jezero,[3][4] slovak. Blatenské jazero[5]). Slavyan şahzadəsi Pribina 846-cı ilin yanvarında Zala çayı boyu bataqlıqlarda və meşələrlə əhatə olunmuş müasir Zalavar ərazisində, Balaton gölü regionunda bir neçə kilsə və hakimiyyət yeri kimi qalalar tikdirməyə başladı.[6][7][8] Onun yaxşı möhkəmləndirilmiş qalaları Aşağı Pannoniya knyazlığının paytaxtını Bolqarlar və Moraviyanlardan qoruyan Blatnohrad və ya Moosburg ("Bataqlıq Qalası") kimi məşhur oldu.[6][7][8]

Göl Qədim Romalılar tərəfindən Pelso və ya Lakus Pelsodis adlandırılıb.[9] Göl üçün Pelso adı güman ki, bir vaxtlar regionda məskunlaşmış İlliryalıların zamanında, illirya dilindən irəli gəlir.

Alman dilində gölün adı Plattensedir.[10] Çətin ki, Almanlar dayaz olduğu üçün gölü belə adlandırsınlar, çünki platt sifəti 17-ci əsrdə alman lüğətinə daxil olub.[11] Onu da qeyd etmək lazımdır ki, Balaton gölünün orta dərinliyi (3.2 m) sahəsi üçün qeyri-adi deyil (yaxınlıqdakı Noizidler-Ze gölünün orta dərinliyi təxminən 1 m-dir).

İqlim

Region kontinental iqlimə malikdir. Gölün sahilləri üçün davamlı günəşli yay, mayın ortalarından sentyabrın sonunadək səciyyəvidir. Qış nisbətən yumşaq keçir, lakin göl demək olar ki, hər qışda donur. Buzun orta qalınlığı 10-20 santimetr təşkil edir, lakin buzun qalınlığının 70 santimetr qeydə alındığı hallarda olub.

Balaton gölü hər il yerli ərazinin yağıntısına təsir göstərir. Əraziyə Macarıstanın çox hissəsindən təxminən iki-üç düym (5-7 sm) çox yağıntı düşür. Buludlu günlərin sayı daha çoxdur və ərazi daha az ekstremal temperatura malikdir. Balaton gölü ətrafındakı iqlim üzümçülük üçün regionu daha ideal edib. Torpaq (vulkanik süxur olan) qarışıq Aralıq dənizi kimi iqlimə malik olması regionu iki min il əvvəl — Roma İmperiyası dövründən bəri şərabçılıq üçün məşhur yerlərdən birinə çevirib.[12]

İstinadlar

  1. Herschy, Reginald W.; Fairbridge, Rhodes W. Encyclopedia of Hydrology and Lakes. Springer Publishing. 1998. ISBN 978-0-412-74060-2. İstifadə tarixi: 1 aprel, 2015.
  2. "Lake Balaton". Encyclopædia Britannica. İstifadə tarixi: 1 aprel, 2015. (#apostrophe_markup)
  3. Historical review - Google Knihy. Books.google.com. 2009-01-06. İstifadə tarixi: 3 aprel 2015.
  4. A bulwark against Germany: the fight of the Slovenes, the western branch of ... - Bogumil Vošnjak, Fanny S. Copeland - Google Knihy. Books.google.com. İstifadə tarixi: 3 aprel 2015.
  5. Dejiny slovenského jazyka - Ján Stanislav - Google Knihy. Books.google.com. İstifadə tarixi: 3 aprel 2015.
  6. 1 2 Bartl 2002, səh. 19.
  7. 1 2 Róna-Tas 1999, səh. 243.
  8. 1 2 Goldberg 2006, səh. 85.
  9. Brill's New Pauly: encyclopaedia of the ancient world - Hubert Cancik, Helmuth Schneider, David E. Orton - Google Knihy. Books.google.com. İstifadə tarixi: 3 aprel 2015.
  10. "Urlaub in Ungarn - Ferienwohnung Ferienhaus am Plattensee in Ungarn". Weltweit-urlaub.de. İstifadə tarixi: January 2014.
  11. "the Grimm dictionary". Woerterbuchnetz.de. İstifadə tarixi: 3 aprel 2015.
  12. "Lake Balaton". balatonbaikal.com. İstifadə tarixi: 3 aprel 2015.

Xarici keçidlər