Kürdüstan qəzası

Vikipediya, azad ensiklopediya
Sabuhi from Baku (müzakirə | töhfələr) (→‎Etnik tərkib) tərəfindən edilmiş 20:50, 15 aprel 2012 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Kürdüstan qəzası (rus. Курдистанский уезд) - 1923 - 1929-cu illərdə Azərbaycan Sovet Sosialist Respublikasının ərazisində mövcud olmuş qəza.[1][2][3] Qəza Sergey Kirovun təklifi ilə 1923-cü il 21 iyun Azərbaycan Xalq Kommisarları Sovetinin iclasında yaradılmışdır. Kürdüstan qəzasının ilk mərkəzi Pircahan kəndi idi. Daha sonralar mərkəz Laçın şəhərinə köçürülmüşdür. Qəzanın ilk katibi Şuşada anadan olmuş, azərbaycanlı bolşevik Hüsü Hacıyev olmuşdur. 1926-cı ildəki siyahıya alınmada Kürdüstan qəzasında əhalinin etnik tərkibi 72,3% kürd, 26,7% türklər olsa da əhalinin 92,5%-nin ana dili türk dili və yalnız 6,1%-nin ana dili isə Kürd dili olmuşdur.[4][5] SSRİ daxilində inzibati ərazi vahidlərinin dəyişdirilməsi sahəsində işlərin aparılması, bir sıra inzibati ərazi vahidlərinin ləğv edilməsi,Kürdüstan qəzasınında ləğvinə səbəb olmuşdur. 1929-cu ilin 8 aprel tarixili Azərbaycan Sovet Sosialist Respublikasının qərarı ilə Kürdüstan qəzası ləğv edilmişdir.

Əhali

Etnik tərkib

Qırmızı Kürdüstan qəzası[4]
Etnik qrup Bütün qəza Laçın ş. Qaraqışlaq d. Kəlbəcər d. Qoturlu d. Qubadlı d. Kürdhacı d. Muradxanlı d.
Cəmi 51,426 435 6,050 12,046 4,888 13,533 8,285 6,189
Kürd 37,182 110 6,003 11,967 4,873 1 8,169 6,059
Azərbaycan türkü 13,745 164 21 62 13 13,367 99 19
Erməni 373 66 8 12 2 162 13 110
Rus 81 57 15 4 y. 1 3 1
Ukraynalı 20 18 2 y. y. y. y. y.
Gürcü 3 3 y. y. y. y. y. y.

Dil

Qırmızı Kürdüstan qəzası[4]
Ana dili Bütün qəza Laçın ş. Qaraqışlaq d. Kəlbəcər d. Qoturlu d. Qubadlı d. Kürdhacı d. Muradxanlı d.
Cəmi 51,426 435 6,050 12,046 4,888 13,533 8,285 6,189
Azərbaycan türkcəsi 47,594 274 4,186 11,658 3,965 13,328 8,122 6,061
Kürdcə 3,123 2 1,799 298 871 y. 141 12
Ermənicə 380 65 14 12 2 162 13 112
Rusca 98 74 16 4 y. 1 3 y.
Ukrayınca 5 4 1 y. y. y. y. y.
Gürcücə 3 3 y. y. y. y. y. y.
Almanca 1 1 y. y. y. y. y. y.
Farsca 1 1 y. y. y. y. y. y.
Tatarca 1 y. 1 y. y. y. y. y.

İstinadlar

  1. Laçın. Tarixi haqqında qısa məlumat
  2. Административно-территориальное деление Азербайджанской Республики. Президентская Библиотека, Баку, 2007
  3. Russia and the problem of Kurds
  4. 1 2 3 Ethno-Caucasus, Этнодемография Кавказа :Курдистанский уезд (перепись 1926 года)
  5. Всесоюзная перепись населения 17 декабря 1926 года, т. IV, пт.14, Центральное статистическое управление СССР, М., 1929, с. 13.

Mənbə

Букшпан А. Азербайджанские курды : Лачин, Кельбаджары, Нахкрай: Заметки /А. Букшпан; Выпускающий. З. Агаев Азербайджанский Гос. Научно-Исследоват. Институт Отделение Востока Баку, 1932.- 94 с.