Məzəli qız (film)

Vikipediya saytından
Babək Akifoğlu (müzakirə | töhfələr) tərəfindən edilmiş 14:44, 21 noyabr 2011 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Şablon:Redaktə etməyin!

Məzəli qız
ing. Funny Girl
Janr romantik komediya, musiqili film, bioqrafik film, komediya-dram, dram filmi
Rejissor
Baş rollarda
İstehsalçılar Columbia Pictures
Distribütor Columbia Pictures, Netflix
İlk baxış tarixi 1968, 28 fevral 1969[1]
Müddət 151 dəq.
Büdcə 14.100.000 $
Ölkə
Dil ingilis dili
Rəng rəngli
Çəkiliş yeri Nyu Cersi, Santa-Monika
IMDb ID0062994
Mükafatları Ən yaxşı qadın roluna görə "Oskar" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məzmun

Hadisələr Nyu-Yorkda baş verir. Fanni Brays şəhər ətrafından olan sadə qızdır. O, uşaqlıqdan məşhur olmaq istəyib və vodevillərdə çıxış etməklə öz karyerasını başlamaq qərarına gəlir. Çıxış vaxtı diyircəkdə olan Fanni səhnədə cinas yaradır. Teatrın sahibi hirslənərək onu qovmaq istəyir, lakin səhnədə baş vermiş anlaşılmazlıq tamaşaçıları əyləndirir, bu məzəli və gözəl səsli qız onların xoşuna gəlir. Fanni işə qəbul olunur.

Çıxışdan sonra o, səhnə arxasında Niki Arnştaynla tanış olur. Fanni ona heyran olur. O, tezliklə yenidən görüşəcəklərini deyib uzun müddətə yoxa çıxır. Amma aşiq olmuş Fanninin kədərlənməyə vaxtı yox idi. Onun karyerası inkişaf edirdi. Bir azdan o, Nyu-Yorkdan olan konferansye Florens Ziqfeldin diqqətini cəlb edir. Ziqfeld onu "Ziqfildin qızları" adlı şousunda iştirak etməyə dəvət edir. Elə birinci çıxışında Fanni finaldakı mahnını oxumalı idi. Lakin kompleksi olan və özünü axmaq hesab edən qız mahnını ifa etməkdən imtina edir. Buna görə də Ziqfeldin özü ilə mübahisə edir. Onda qızın qarşısında iki seçim qalır: o, ya oxumalı, ya da qovulmalıdır. Fanni razılaşır, amma bu ifa komik şouya çevrilir: o, tamaşaçıların qarşısına gəlinlik paltarında, qarnında yastıq çıxır və hamilə qadını göstərir. Bu, tamaşaçıların xoşuna gəlir.

Filmin heyəti

Film üzərində işləyənlər

Ssenari müəllifləri : İzobel Lennart
Rejissor : Uilyam Uayler
Operator : Harri Stredlinq
Bəstəkarlar : Jul Stayn, Bob Merrill
Prodüser : Rey Stark

Rollarda

Barbara Streyzand
Ömər Şərif
Uolter Piceon
Enn Frensis
Cerald Mor
Cin Stepelton
Key Medford
  1. IMDb (ing.). 1990.