Sahil Məmmədov (Rasim oğlu)

Vikipediya, azad ensiklopediya
Musayev93 (müzakirə | töhfələr) tərəfindən edilmiş 13:29, 23 dekabr 2020 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Sahil Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 7 iyun 1995(1995-06-07)
Doğum yeri
Vəfat tarixi 28 sentyabr 2020(2020-09-28) (25 yaşında)
Vəfat yeri
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Silahlı Qüvvələri, Azərbaycan Respublikası
Döyüşlər

Məmmədov Sahil Rasim oğlu (7 iyun 1995, Qaraçuq, Naxçıvan Muxtar Respublikası28 sentyabr 2020, Murovdağ) — II Qarabağ müharibəsi şəhidi.

Həyatı

Sahil Məmmədov 07.06.1995 Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər Qaraçuq qəsəbəsində anadan olub. 2001-2005-ci illərdə Qaraçuq kənd orta məktəbində, 2005-2009-ci illərdə isə H.Əliyev adına tam orta məktəbdə təhsil alıb. 2009-2012-cı illərdə H.Əliyev adına Hərbi liseyə daxil olub. 2012-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2016-cı ildə həmin məktəbin "motoatıcı" ixtisası üzrə bitirib. 2016-cı il iyul 4 də Müdafiə nazirinin müvafiq əmrinə əsasən xidmətini davam etdirmək üçün  N saylı hərbi birləşmənin snayper bölüyündə bölük komandirinin müavini, 2019-cu ilin mart ayında N saylı hərbi hissədə Həmlə taborunda taqım komandiri vəzifəsində xidmət edib.

Döyüş yolu

Tovuz döyüşlərində və II Qarabağ müharibəsində iştirak edib. Murov dağın alınmasında şücaət göstərmişdir.

28.09.2020-cu il tarixində Murovdağ Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 07.12.2020 dəfn olunub.

Nailiyyətləri

Döyüş hazırlığındakı nailiyyətləri və xidmətdə fərqləndiyinə görə bir çox fəxri fərmanlarla təltif olunub. Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi yubileyi və Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi medalı. Və ölümündən sonra Vətən uğrunda ordeni verilib.

İstinadlar

Xarici keçidlər