Süd dişinin ağrısı
Süd dişinin ağrısı | |
---|---|
| |
Janr |
dram məhəbbət uşaq |
Rejissor | Hüseyn Mehdiyev |
Əsərin müəllifi | Ramiz Rövşən |
Ssenari müəllifi | Ramiz Rövşən |
Baş rollarda |
Pərviz Hüseynov Fuad Dadaşov Əlican Əzizov Larisa Xələfova Rəna Tanrıverdiyeva Ədalət Əbubəkirov |
Operator | Amin Novruzov |
Bəstəkar | Cavanşir Quliyev |
Rəssam | Arif Əbdürrəhmanov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 19 yanvar 1988 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 80 dəq. |
Ölkələr | SSRİ |
Dil | azərbaycanca |
İl | 1987 |
Texniki məlumatlar |
9 hissə 2327 metr 35 mm |
Rəng | rəngli |
IMDb | ID0286517 |
Məzmun
[redaktə | mənbəni redaktə et]Balaca Kərimin (Pərviz Hüseynov) anası (Xalidə Quliyeva) doğuş zamanı vəfat etmişdir. Kərimə həyat verən anasının fotoşəkli onun üçün səcdəgaha çevrilir. Oğlan evdə anasının adı ilə bağlı hər şeyi əzizləyir. Ona görə də böyük qardaşı Səlimin (Fuad Dadaşov) anasından qalma boyunbağını sevgilisinə (Rəna Tanrıverdiyeva) bağışlamasını, atasının (Əlican Əzizov) gənc müəllimə (Larisa Xələfova) ilə yaxınlıq etməsini heç cür qəbul edə bilmir. Anasına məxsus köhnə şkafın atası tərəfindən yandırılması Kərimi bərk sarsıdır.
Filmdə ana həsrəti ilə qovrulan, valideyn qayğısından ayrı düşmüş iki qardaşın — 7 yaşlı Kərimlə 15 yaşlı Səlimin taleyi fonunda uşaqlarla böyüklərin qarşılıqlı əlaqəsindən bəhs edilir.
Film haqqında
[redaktə | mənbəni redaktə et]Filmdə kütləvi səhnələrdə Xaçmaz rayonundakı 6 saylı orta məktəbin şagirdləri iştirak etmişlər.
Filmin heyəti
[redaktə | mənbəni redaktə et]Film üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]- Ssenari müəllifi: Ramiz Rövşən
- Quruluşçu rejissor: Hüseyn Mehdiyev
- Quruluşçu operator: Amin Novruzov
- Quruluşçu rəssam: Arif Əbdürrəhmanov
- Bəstəkar: Cavanşir Quliyev
- Səs operatoru: Əsəd Əsədov
- Rejissor: Rövşən Həsənov
- Operator: Rafiq Quliyev, Sərvər Rəşidoğlu (Sərvər Quliyev kimi)
- Geyim rəssamı: Tatyana Əmirova
- Qrim rəssamı: Firuzə İsmayılova
- Dekor rəssamı: T.Mirzəyev
- Montaj edən: Rahidə Quliyeva (R.Quliyeva kimi)
- Montaj üzrə assistent: Ş.Əliyeva
- Quraşdırılmış səhnələrin operatoru: Vaqif Bağırov
- Rejissor assistenti: Y.Əhmədov, Ə.Əhmədov
- Rəssam assistenti: X.Əminağayeva
- İnzibatçı: M.İsmayılov, İ.İsgəndərov, R.Hüseynov
- Redaktor : Eldəniz Quliyev, Dinarə Gərəkməzli (Dinarə Kərəkməzli kimi)
- Filmin direktoru: Azər Quliyev
- Bədii rəhbər: Rasim Ocaqov
Rollarda
[redaktə | mənbəni redaktə et]- Pərviz Hüseynov — Kərim
- Fuad Dadaşov — Səlim
- Əlican Əzizov — Kərimin atası
- Larisa Xələfova — Çimnaz müəllimə
- Rəna Tanrıverdiyeva — Sona
- Ədalət Əbubəkirov — Səttar
- Xalidə Quliyeva — Kərimin anası
- Nuriyyə Əhmədova — tibb bacısı
- Adil İsmayılov — rentgenoloq
- Əhməd Əhmədov — müəllim
Filmi səsləndirənlər
[redaktə | mənbəni redaktə et]- Əminə Yusifqızı — Çimnaz (Larisa Xələfova) (titrlərdə yoxdur)
- Pərviz Bağırov — Səlim (Fuad Dadaşov) (titrlərdə yoxdur)
- Hamlet Xanızadə — Kərimin atası (Əlican Əzizov) (titrlərdə yoxdur)
- Nəcibə Hüseynova — Kərimin anası (Xalidə Quliyeva) (titrlərdə yoxdur)
Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 278-298.