Teymur Abdullazadə

Vikipediya, azad ensiklopediya
Grenzsoldat (müzakirə | töhfələr) (→‎Həyatı) tərəfindən edilmiş 20:48, 16 fevral 2021 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Teymur Abdullazadə
Fayl:Teymur Abdullazadə.jpg
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Günəşli, Biləsuvar rayonu, Azərbaycan Respublikası
Vəfat tarixi (19 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri Günəşli kəndi
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ Müharibəsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020

Teymur Faiq oğlu Abdullazadə (d. 24 iyun 2001; Günəşli, Biləsuvar rayonu — ö. 29 noyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi.[1]

Həyatı

Teymur Abdullazadə 2001-ci il iyunun 24-də Biləsuvar rayonunun Günəşli kəndində anadan olub.[2] Subay idi.

Hərbi xidməti

Azərbaycan Ordusunun əsgəri olan Teymur Abdullazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Teymur Abdullazadə oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Biləsuvar rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Abdullazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]

Təltifləri

İstinadlar

  1. "Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı" (PDF). mod.gov.az (az.). İstifadə tarixi: 12 yanvar 2021.
  2. Müdafiə Nazirliyi. "Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
  3. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (az.)). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  4. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.)). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.

Şablon:2-ci Qarabağ müharibəsinin şəhidləri