PHP

Vikipediya, azad ensiklopediya
Ugur Basak Bot~azwiki (müzakirə | töhfələr) (robot Adding: an, simple) tərəfindən edilmiş 17:29, 14 aprel 2006 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Dilin əsasları

HMTL daxilində php istifadə etmək

HTML səhifələrin daxildə php proqramlar yazıla bilər. Bu zaman php bu faylı oxuyarkən onu ancaq yazı kimi qəbul edir. Lakin xüsusi teqlərə rast gəldikdə, artıq onu php kod kimi başa düşür və bağlayıcı teqə qədər olan sətirləri tərcümə etməyə başlayır. Başa düşdüyünüz kimi HTML içərisinə php kod daxil etdikdə onu xüsusi teqlər arasında yazmaq lazımdır ki, həmin hissələri php kimi tərcümə etsin. Əks halda onları da yazı kimi oxuyacaq. Bu teqlər mütləlif formada ola bilər. Məsələn:

1.  <?php echo("HTML ilə işələyərkən belə edin.\n"); ?>

2.  <? echo ("Daha sadə olması üçün belə də mümkündür.\n"); ?>

    <?= ''operator'' ?> Bu ikisi bir-birinin eynidir "<? echo ''operator'' ?>"
  
3.  <script language="php">
       echo ("Bu şəkildə də php kodu HTML içərisinə daxil etmək olar.");
   </script>