QWERTY

Vikipediya, azad ensiklopediya
Bikar (müzakirə | töhfələr) (188.253.239.148 tərəfindən edilmiş redaktələr geri qaytarılaraq TexnoBot tərəfindən yaradılan sonuncu versiya bərpa olundu.) tərəfindən edilmiş 16:54, 11 mart 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
QWERTY klaviaturası (Britaniya versiyası)

QWERTYlatın hərflərindən ibarət ən məşhur klaviatura düzülüşü. Klaviaturada ingilis əlifbasının bu düzülüşündən istifadə edilir. Latın əlifbasından istifadə edən digər dillər də bu düzülüşdən istifadə edir. Bu düzülüşü klaviaturanın sol-üst hissəsindəki altı simvola uyğun olaraq adlandırırlar.

1867-1871-ci illərdə Kristofer Şoulz tərəfindən hazırlanan ilk eksperimental yazı maşını, iki sıradan ibarət əlifba sırası ilə yerləşmiş klavişlərdən ibarət idi. Belə yerləşmə üsulu linglərin bir-biri ilə sıx birləşmələrinə səbəb oldu. Şoulz bu problemi həll etmək üçün, yazı maşınını tədricən dəyişdirərək, düzülüş üzərində təcrübə aparırdı. İlk istehsal edilən yazı maşını Reminqton 1 oldu. Bu yazı maşınında QWERTY düzülüşü qurulmuşdu. Bu yazı maşını ilk beş il müddətində bazara təqdim edilmiş yeganə yazı maşını idi və zaman keçdikcə alıcılar QWERTY düzülüşünə öyrəşməyə başladılar.