Qrız

Vikipediya, azad ensiklopediya
Rasim Hacıyev (müzakirə | töhfələr) (→‎Əhalisi) tərəfindən edilmiş 05:29, 14 iyul 2011 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
QRIZ
41°12′56″ şm. e. 48°14′48″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Quba rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 2.016 m
Saat qurşağı
Qrız xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qrız və ya QırızAzərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.

Adı

"Qrız" sözü haqqında əsası olmayan rəvayətlər söyləyənlər olmuşdur. Belə ki, Qrız-Qrıts sözü qırmaq feli ilə təsadüfən fonetik səsləşir və ona görə də, bu rəvayətlər uydurmadır. "Tök" (tökmək), "var", "gəldi", "gələcək", "gəlir" fellərinin Qrız dilində təsnifatını və s. verdikdə "Q" elementinə, daha doğrusu söz önlüyünə rast gəlinir. Həmin "Q" elementi yüksəklik, ucalıq, hündürlük, açıqlıq göstərir. "rıts" isə hamar, cila mənasını verir. Cilalanmış daş-ritsə xud, cilalanmış taxta-ritsə təxtə yer bildirir. Kəndin mövqeyinə görə belə adlanır.

Tarixi

Qrızın tarixi demək olar ki, oyrənilməyib.

Yazılı mənbələrdə Qrız toponiminə ilk dəfə X əsrdə rast gəlinir. XVIII-cı əsrdə Qrız Şeyxəli xanın Rus imperiyasına qarşı apardağı mübarizədə onun mərkəzi iqamətgahı olmuşdur.

Kəndin ərazisində bir qədim dağılmış məscid var. Bəzi məlumatlara görə bu məscid Abbasi Xilafətinin banisi Abbasın məşhur sərkərdəsi Əbu Müslim Əl Xorasani tərəfindən təxminən VIII əsrdə inşa edilib.Məscid Əbu Müslimin adını daşıyır. Eyniadlı məsciddən yaxınlıqdakı XınalıqCek kəndlərində də var.

Fayl:Qriz-1.jpg
Qrız kəndi


Xınalıq mahalı

Əhalisi

Qrız kəndində hazırda 30-40 ev var. Kəndin əhalisi 368 nəfərdir. Yerli əhalinin bildirdiyinə görə vaxtilə burda 777 ev (bu evlər daş birmərtəbəli evlər olub, tavanı hamar və torpaqla örtülü olurdu) olub və orada 8000-ə yaxın əhali yaşayıb. Lakin onlar bir sıra amillərin təsiri altında miqrasiya etmişlər.

Əhali əsasən heyvandarlıqla və dəmyə əkinçiliyi ilə məşğul olur.Xalça və palaz toxunması kimi sənətlər inkişaf etmişdi.

Bundan başqa Qrızda vaxtilə yəhudilər də yaşamışlar, onları bura Fətəli xan köçürmüşdu. Bu gün də kənddə yəhudi qəbirstanlığı mövcuddur.

Kənddə əhalisini qrızlar təşkil edir.Qrız kəndi qrızların mərkəzi iqamətgahıdır.

Coğrafiyası

Qrız kəndi Ağ dağın ətəyində Qudyal çayın sol sahilində (şimal tərəfində) dəniz səviyyəsindən 2171,4 m yüksəklikdə üzü cənuba baxır. Kəndin ətrafında bir necə bulaq, şəlalə, mağara və çay var. Kəndin yaxınlığında Bab bəy - Bab ata (Pir Qirim Şam baba) və Pir Cəlal Türbəsi kimi müqəddəs yerlər var. Qrız kəndi Azərbaycan ərazisində ən çox qar düşən yaşayış məntəqələrindəndir.Bundan başqa kənddə o qədər də yaxşı vəziyyətdə olmayan məktəb, bələdiyyə binası və yeni məscid var.

Kəndə gedən yol yoxdur. Digər dağ kəndlərinə (Qırız-Dəhnə, Əlik, Cek, Haput) nisbətən Qrıza getmək daha çətindi. Hazırda Quba-Xınalıq yolundan Qrız kəndinə körpü çəkiləcəyi haqqda söz-söhbət gəzir. Bu körpü çəkiləcəyi halda Qrız kəndinə yolu 2 dəfəyə qədər azaldacaq.

Şəkillər

Ədəbiyyat

İstinad

Mənbə:

Həmçinin bax

Şablon:Şahdağ xalqlarının mərkəzi iqamətgahları Şablon:Quba rayonu kənd/qəsəbələri