Qrız dili

Vikipediya, azad ensiklopediya
Rasim Hacıyev (müzakirə | töhfələr) tərəfindən edilmiş 16:43, 10 iyul 2011 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

{{{2}}}

Qrız dili (qrız. КърыцӀаь мез) — Qrızlıların danışdığı dili. Ləzgi dillər qrupunun Şahdağ yarımqrupuna aiddir.

Tədqiqi

Qrız dili Ləzgi dillər qrupunun Şahdağ yarımqrupuna aiddir. Qrız dilinə ən yaxın dil Buduq dilidir. Həmçinin Qrız dilində yaxın Qrız-Dəhnə, Cek, Əlik, Haput və Yergüc kəndlərində də danışılır. Bu kəndlərdə danışılan Qrız dilinin ləhcələri o qədər fərqlənir ki, bəzi alimlərin fikrincə onları ayrı bir dil kimi götürmək olar. Lakin bu dili araşdıran linqvist və alimlərin böyük əksəriyyəti bu dili Qrız dilinin ləhcələri kimi qəbul etmişlər. Ən son araşdırmalar zamanı da Grimes (2000-ci ildə) bu dilləri Qrız dilinin dialektləri kimi qeyd etmişdir. Qrız, Cek, Haput, Əlik, Buduq, Yergüc dillərinin leksikası, morfologiyası, sintaksisi, xüsusən sonsuzluğa qədər əşyaların cinsini bildirmək üçün meyar olan say sistemi, qohumluq bildirən sözlər demək olar ki, eynidi.

Gənc fransız tədqiqatçılarından biri Jil Otye Fransanın Şərq Dilləri və Sivilizasiyaları İnstitutunda "Qrız dilinin şərhi. Azərbaycanın şimal-şərqində Qafqaz dillərinin tədqiqi" mövzusunda kurs işi müdafiə etmişdi. O, Azərbaycana gələrək, Qrız dilini öyrənmişdi.

Qrız dili haqqında 1972-ci ildə Ş.Sədiyevin doktorluq dissertasiyası, 1964-ci ildə V.Xidirovun namizədlik dissertasiyası dərc edilmişdi.

Qrammatikası

Qrız dilində cins, kəmiyyət və hal kateqoriyaları vardır. Cümlə feli xəbərin tipinə görə dəyişir[1].

Qrız dilində danışanlar

Qrız dilində danışanların ümümi sayı 10 000 - 15 000 arasında dəyişir.

İstinadlar

  1. Azərbaycanın müasir etnik palitrası