Qrızlılar

Vikipediya, azad ensiklopediya
Rasim Hacıyev (müzakirə | töhfələr) tərəfindən edilmiş 16:15, 10 iyul 2011 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Qrızlılar
qrız. кърыцӀаь
Ümumi sayı
10 000 — 15 000
Yaşadığı ərazilər
Azərbaycan Azərbaycan, (Quba rayonu, Qırız kəndi)
Dili

Qrız diliazərbaycan dili

Dini

İslam (sünni)

Qohum xalqlar

Şahdağ milli etnik qrupu


Qrızlar Azərbaycanın Şimal zonasında etnik qrup. Nax-Dağıstan dil ailəsinin ləzgi dil qrupuna aid qrız dilində danışırlar. Qrızlar İslam dinin Sünni təriqətinə aiddilər. Qrızların sayı haqqında müxtəlif məlumatlar var. N.K.Zeydlicin 1886-ci ilə olan məlumatlarana görə Qrızların sayı 7767 nəfər olub. 1926-cu ilin siyahalınmasına görə Qrızların sayı 2600 nəfər idi. 1959-cu ilin siyahalınması zamanı Qrızlar ayrıca bir qrup kimi qeydə alınmamışlar. "Кавказский этнографический сборник, том 3"-da Qrızların sayı 9704 nəfər kimi qeyd olunmuşdur. 2005-ci ildə nəşr olunan "The Sociolinguistic Situation of the Kryz in Azerbaijan"-ın Vəli Xıdırova istinadən verdiyi məlumata görə Azərbaycanda Qrızların sayı 10 000-15 000 arasında dəyişir.


Tarixi

Qrızların tarixi demək olar ki öyrənilməyib.

Fayl:Qriz-1.jpg
Qrız kəndi

Qədim yunan alimi Strabon özünün 17 cildlik "Coğrafiya" əsərində qeyd edir ki, Qafqaz Albaniyasında 26 alban tayfası yaşayır və həmin tayfaların hərəsi öz dilində danışır. Qrızlar həmin 26 alban tayfasından biridir və o zamandan öz dilində danışırlar. Q.A.Qeybullayev "Azərbaycan Toponomiyası" əsərində Hər (Qafqaz Albaniyasında tayfa) tayfasının Qrızların əcdadı olduğunu bildirmişdi. Müəllifin yazdığına görə Hər tayfası Qafqaz Albaniyasının şimal-şərqində yayılmışdır və Qrızlar indi yaşadığı torpaqlara sonradan köçmüşlər.

T.Mustafazədənin "Quba Xanlığı" əsərində Qrız haqqında bir sıra maraqlı qeydlərə rast gəlmək olar:

Xınalıq mahalı

"Bulqakova xəbər çatmışdı ki, öz ailəsini Qrız kəndində yerləşdirən Şeyxəli xan hər gecə Çərəkə adlı kiçik çayın kənarına eyni adlı kəndə gəlir və burada öz sadiq adamları ilə məsləhətləşmələr aparır."

"Bulqakov Xınalıq və Qrız kəndlərinə qasid göndərərək sakinlərdən xanın ailəsini tutub verməyi tələb etsə də heç bir nəticəyə nail olmamış və kəndləri cəzalandıraraq, 8 əmanət, 150 iri buynuzlu mal-qara və 100 qoyun almışdı."

"Şeyxəli Xan Qrız kəndini özünə iqamətgah seçərək buradan xanlığı idarə etməyə başladı. A.A.Bakıxanova görə, Şeyxəli xan Qrız kəndinin yaxınığında yeni şəhər salmağa və kəndi genişləndirməyə başladı. Görünür ki, yeni yaradılacaq şəhər istehkam xarakteri daşımalı idi"

"Lisaneviç 21 oktyabr 1810-cu il tarixli raportunda yazırdı ki, Qrız və Yuxarıbaş mahalları üsyançılardan təmizlənib, əyalətdə sakitlik bərpa olunub, Şeyxəli xan isə öz tərəfdarları ilə Tabasarana qaçmış, hal-hazırda Yersi kəndindədir."

1941-ci ildə kənddə kişi cinsinə mənsub bütün gənc, qoca və hətta yeniyetmələr müharibəyə göndərilir. Onların çox hissəsi bir daha Qrıza qayıtmır. Bundan bir müddət sonra Qrız səmasında Bakını bombardman etməyə uçan alman təyyarələri görünür. Əhalinin dediyinə görə, Mozdok ətrafında gedən döyüşlərdəki topların səsi Qrıza kimi gəlib çatırdı. Müharibə vaxtı Qrızda Qırmızı ordunun hissələri də yerləşdirilir. Daima təşviş içində yaşayan qadınlar, uşaqlar və qocalar sonunda Qrızdan köçməyə məcbur olmuşlar. Onlar Quba rayonunun digər kəndlərinə və əsasən də Xaçmaz şəhərinə və onu əhatə edən 24 kəndə köçmüşlər. Əhalinin böyük hissəsi kənddən köçdükdən sonra kənddə qalan əhali orda mövcud olmuş qədim evləri dağıtmış və onların yerində indi mövcud olan evləri tikmişdir.

Qrız obaları

Fayl:Qriz-3.jpg
"Qrız" adlı xalça

Qrızların obaları əsasən XVIII əsrin sonlarında əmələ gəlməyə başlamışdır. XIX əsrin sonlarında düzənlikdə olan obalara insanların axını daha da artmışdır. 1870-ci illərin ortalarından qrızların müəyyən hissəsi Müşkür mahalına köçür. Lakin qrızlar həmişə 3 yay ayı müddətində malik olduğu mal-qara ilə birlikdə dağlardakı yaylaqlara köçür. Müşkür mahalındakı Qrız obalarının sayı 58 çatırdı və onlar da dağ icmasının tərkibinə daxil olurlar. Ə.Qubatov "Azərbaycan xalqı ilə vahid qardaşlıq ailəsində" əsərində yazır: "XIX-cu əsrin sonlarına aid mənbə istisna olmaqla, Haputdan 57 oba, Qrızdan 37 oba, Buduqdan 12 oba və s. yarandığı qeyd edilmişdi". "Кавказский этнографический сборник, том 3"-də Qrızdan müxtəlif vaxtlarda 39 obanın ayrıldığı göstərilmişdir.

N.K.Zeydlic özünün "Списки населенных мест Российской Империи по Кавказскому краю" əsərində verdyi Qrız oblarının siyahısı belədir. Onu da qeyd etmək lazımdır ki, əsərdə Cek və Haputların obaları ayrıca verilmişdir.

  1. Qrız - 26 ev
  2. Qara yanığ - 20 ev
  3. Digah oba - 20 ev
  4. Şümağır qışlaq - 11 ev
  5. Tepe yatag - 7 ev
  6. Qaraxan oba - 17 ev
  7. Yardım oba - 5 ev
  8. İspat oba - 9 ev
  9. Hacı Məmməd oba - 4 ev
  10. Ağaverdi oba - 6 ev
  11. Pirqulu oba - 28 ev
  12. Rüstəm oba - 4 ev
  13. İbrahimxəlil oba - 5 ev
  14. Bağı oba - 4 ev
  15. Çinar tala - 20 ev
  16. Mançar oba - 6 ev
  17. Girdə tala - 20 ev
  18. Əhmədxan oba - 5 ev
  19. Ovuclı oba - 11 ev
  20. Hacıəbdürrəhim oba - 9 ev
  21. Sibir oba - 15 ev
  22. Usta Məmməd oba - 19 ev
  23. Bala oba - 13 ev
  24. Uzun oba - 81 ev
  25. Hacı qazma - 35 ev
  26. Əhməd oba - 52 ev
  27. Hacıəhməd oba - 31 ev
  28. Şərif oba - 26 ev
  29. Tikanlı oba - 37 ev
  30. Hacı Qurban - 43 ev
  31. Qala oba - 23 ev
  32. Manaf oba - 4 ev
  33. Qara bucaq - 8 ev
  34. Dink oba - 19 ev

Ümumilikdə 643 ev

Şıxbala Qrızlının Ə.Qubatovın "Azərbaycan xalqı ilə vahid qardaşlıq ailəsində" əsərinə istinadən verdiyi Xaçmaz rayonunda Qrızların yaşadığı obaların siyahısı belədir:

Fayl:Qriz-2.jpg
Rizvan bulağı adlanan yerdən Ağ dağın görünüşü
  1. Hacı qazma;
  2. Hacıəhməd oba;
  3. Əhməd oba;
  4. Hacı-Qurban oba;
  5. Mançar oba;
  6. Şərif oba;
  7. Uzun oba;
  8. Məçid oba;
  9. Yataq oba;
  10. Tikanlı oba;
  11. Nağı oba;
  12. Hacıəbdürrəhim oba;
  13. Sibir oba;
  14. Palçıq oba;
  15. Çinar tala;
  16. Molla oba;
  17. Ağaşirin oba;
  18. Pirqulu oba;
  19. Hacıməmməd oba;
  20. Ağaverdi oba;
  21. İdris oba;
  22. Fərzəli oba;
  23. Nəcəf oba;
  24. Şümağır;
  25. Digah oba.
Fayl:“Qrız” xovlu xalça.jpg
"Qrız" xovlu xalça, XVIII əsr

Xaçmaz rayonunda yaşayan Qrızlar ümumilikdə bu xalq üçün səciyyəvi olan cəhətləri qoruyub saxlıyırlar.

Görkəmli Qrızlar

  • İbrahim Qrızi - Hələlik bizə məlum olduğuna görə Qrız-Xınalıq bölgəsindən çıxmış ilk görkəmli alimdir. filologiya elmləri doktoru Nazif Qəhrəmanlı "Quba abidələri" məqaləsində onun adını çəkəndən (Qobustan, 1984, № 1) bir müddət sonra axtarışları davam etdirib "İbrahim Qrızi haqqında nə bilirik?" məqaləsində (Azərbaycan, 1999, 17 avqust) və "Azərbaycan kitabının inkişaf yolu (Qədim dövrdən XIX əsrin sonuna qədər)" kitabında (Azərbaycan Ensiklopediyası NPB, 2000, s. 113-116) ilk məlumat vermişdir."İbrahim Qrızi haqqında nə bilirik?" məqaləsində (Azərbaycan, 1999, 17 avqust) qeyd olunur ki, İbrahim Qrızi şeyx titulu daşımışdır.Qədim Şərqdə yalnız Nizami Gəncəvi kimi ustadlar şeyx titulunu daşımışlar, bu da İbrahim Qrızinin böyüklüyünə dəlalət edən bir amildir.Təəsüf ki, alimin əsərləri günümüzə qədər gəlib çatmamışdır.
  • Süleyman bəy - Qrızdan çıxmış yeganə bəy. O, irsi bəy olmamış, bəy titulunu rus ordusunda 25 illik xidmətinə görə almışdır. Süleyman bəyin oğlu Sankt-Peterburqda ali hərbi təhsil almışdır. Süleyman bəyin hərbi rütbəsi dəqiq bilinmir. (Bəzi məlumatlara görə general olmuşdur).
  • Xidirov Vəli Sərxan oğlu (1936-2010). Xaçmaz rayonunun Palçıqoba kəndində anadan olub. Qafqaz dilləri üzrə məşhur dilçi Y.D. Deşeriyevin rəhbərliyi altında Qrız dili üzrə namizədlik dissertasiyasını müdafiə edib. 1962-ci ildən indiki Bakı Slavyan Universitetində işləyib. Müasir Qrız dili və digər ləzgi dillərinin qrammatikası üzrə çoxsaylı məqalələr və "Глагол в крызском языке" kitabının müəllifidir.
  • Rəşidov Şahmurad Vəlimuradov - 1920-ci il təvəllüdlü. Dil-ədəbiyyat müəllimi. "Qrız və qrızlılar" kitabının müəllifi.
  • Mədinov Ramazan Abdulla oğlu - Ali dərəcəli həkim. "Tərəqqi medalı" laureatı.
  • Süleymanov Şıxbala Şərif oğlu (Şıxbala Qrızlı) - 19.03.1936-ci ildə Xaçmaz rayonunun Hacıəbdürrəhim oba kəndində ziyalı ailəsində anadan olmuşdur.1962-ci ildən bu günə kimi Hacıəbdürrəhim oba kənd ibtidai məktəbində direktor vəzifəsində çalışır."Ekoloji tərbiyə" və "Dilimiz və tariximiz" rublikası altında 7 məqaləsi yerli və mərkəzi qəzetlərdə dərc edilmişdir.Məqalələrinin əksəriyyəti qrız etnosuna həsr edilmişdir."Qrızlar və qrız dili" kitabı müəllifin ilk nəşridir.

Ədəbiyyat

Həmçinin bax

Şablon:Şahdağ milli etnik qrupu-qaralama