Ruslan Muradov
Ruslan Muradov | |
---|---|
Ruslan Həmid oğlu Muradov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Mingəçevir, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Papravənd, Ağdam, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Mingəçevir Şəhidlər Xiyabanı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru qoşunları |
Xidmət illəri | 22 yanvar 1992 - 22 avqust 1992 |
Rütbəsi | Əsgər |
Döyüşlər | Qarabağ müharibəsi |
Təltifləri |
Ruslan Muradov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Həyatı
[redaktə | mənbəni redaktə et]27 iyun 1973-cü ildə Mingəçevir şəhərində doğulmuşdur. 1990-cı ildə burada 10 saylı məktəbi bitirmişdir. Daha sonra atasının işlədiyi Mingəçevir Texniki Rezin Məmulatı zavodunda çalışıb.[1] Ruslan 1992-ci il 22 yanvar tarixdə Milli Ordu sıralarına daxil olur. Bir müddət hazırlıq keçdikdən sonra Ağdamın Papravənd kəndinə göndərilir.
Döyüşlərdə iştirakı
[redaktə | mənbəni redaktə et]Papravənd kəndinə gəldiyi gündən burada qızğın döyüşə girir. Kənd erməni işğalçılarından azad edilir. 1992-ci ildə Azərbaycana məxsus təyyarələrdən biri düşmən əlində olan əraziyə düşmüşdü yaralıları xilas etmək üçün aparılan əməliyyat nəticə verdi... bu əməliyyatda Ruslan xüsusilə fərqlənmişdi.
Ruslan Muradov 1992-ci il 22 avqust Ağdam rayonunun Papravənd kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu.
Ailəsi
[redaktə | mənbəni redaktə et]Subay idi.
Xatirəsi
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Muradov Ruslan Həmid oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Mingəçevir şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Mingəçevir şəhərindəki Texniki Humanitar Lisey qəhrəmanımızın adını daşıyır, burada büstü qoyulub.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ ARB 24. "Milli Qəhrəman Ruslan Muradovun doğum günüdür" (az.). Youtube.com. 27.06.2018. İstifadə tarixi: 2018-06-28.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 215.
- 27 iyunda doğulanlar
- 1973-cü ildə doğulanlar
- 19 yaşında vəfat edənlər
- 22 avqustda vəfat edənlər
- 1992-ci ildə vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri
- Azərbaycanın Milli Qəhrəmanları
- Əlifba sırasına görə hərbi xadimlər
- Mingəçevirdə doğulanlar
- Ağdamda vəfat edənlər
- Birinci Qarabağ müharibəsi iştirakçıları