Zoofiliya

Vikipediya, azad ensiklopediya
Legobot (müzakirə | töhfələr) (Bot: Migrating 44 interwiki links, now provided by Wikidata on d:q8392 (translate me)) tərəfindən edilmiş 10:50, 9 mart 2013 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Zoofiliya — insanların heyvanlarla əlaqəsi

Bir çox ölkələrdə isə zoofiliya cinayət predmeti hesab edilir. Bu iş üstündə tutulan şəxslərə pul, həbs və ya heyvan saxlamaq hüququndan məhrum etmə kimi cəzalar gözləyir. Lakin Avropa Birliyinin üzvü olan Danimarkada vəziyyət bir qədər başqadır. Burada xüsusi “heyvan fahişəxanaları” fəaliyyət göstərir. Qonaqlar burada müəyyən məbləğ ödəyərək heyvanlarla cinsi əlaqədə ola bilərlər. Ölkəyə turist cəlb etdiyi üçün hökumət bu fahişəxanaları bağlamağa tələsmir.

Qeyd edək ki, digər Avropa ölkələrində vəziyyət başqadır. Belçika qanunvericiliyi zoofiliyanı qadağan edir. İsveçrədə heyvanların istismarına dair foto və videoların yayımı qadağandır. 2006-cı ildə Fransanın Dijon şəhər məhkəməsi bir gənci heyvanla cinsi əlaqədə ittiham edərək 2 il şərti azadlıqdan məhrum etdi. Ona həmçinin ömürlük olaraq heyvan saxlamaq qadağan edildi. Fransa Cinayət Məcəlləsinə görə “heyvanlarla amansız və ya cinsi xarakterli rəftar 2 il həbs və ya 30 000 avro cərimə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs heyvan saxlamaq hüququndan da məhrum edilə bilər”[1].

Perunun köhnə qanunvericiliyi subay kişilərə dişi lama saxlamağı qadağan edirdi.

►== İstinadlar ==

  1. Fransa Cinayət Məcəlləsi, maddə 521

Mənbə