Arimlər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Arimlər (yun. ει̉ν 'Αρίμοις) — Homerin "İliada" poemasında adı çəkilən xalq.[1] Yozef Markvart onları armenlər ilə eyniləşdirir.[2]

ZevsTifon arasındakı döyüşü təsvir edən Homer arimləri xatırladır və Tifonun iqamətgahının onların ölkəsi olan Arima ərazisində yerləşdiyini göstərir.[1][2]

Tifon mifoloji nəhəng idi və vulkanik hadisələri təcəssüm etdirirdi. Homeri onun iqamətgahını Arima ölkəsində,[1] digər yunan salnaməçiləri Pindar və başqaları Kilikiyada hesab edirlər. Bu əlamətlərə əsaslanaraq Almaniya alimi C. Parç izah etmişdir ki, yunan mənbələrində arimlərin Kilikiya torpağında yerləşdiyi olunan vulkan əslində indiki Türkiyənin Kayseri vilayətindəki Ərciyəs dağıdır.[2]

Ermənilər ilə eyniləşdirmə

[redaktə | mənbəni redaktə et]

Yozef Markvart güman etmişdir ki, Homerin "İliada"sında adı çəkilən arimlər armenlərdir və bu, onlar haqqında ən qədim məlumatdır.[2]

Yunan salnaməçisi Posidoni və onun ardınca C. Parç arimləri aramilər ilə eyniləşdirmişdi, lakin Markvart bu fikri rədd edərək onları ermənilərin əcdadları olan armenlər ilə eyniləşdirmişdi. Markvartın fikrinə görə, o dövrdə samidilliassuriyalılar Kilikiyada və ya Cənubi Kappadokiyada deyil, Pontun şimal tərəfində yaşayırdılar. Onun sözlərinə görə, ermənilər Frigiyadan, xüsusən də indiki Ankara ərazisindən, Qızılirmaq çayının orta axarından Ərciyəs dağının ətrafına köç etmişdilər. Sonralar Kilikiyanın bu şimal vilayətindən olan ermənilər Kiçik Ermənistanda yerləşən Qızılirmaq çayının mənbəyinə, oradan isə Ermənistan yaylasına getməyə məcbur olmuşdular.[3]

  1. 1 2 3 «Իլիական», Հոմերոս, հին հունարեն բնագրից թարգ․՝ Հ․ Համբարձումյանի, Երևան, 1955, էջ 73․
  2. 1 2 3 4 «Երկեր», Հակոբ Մանանդյան, Հատոր Ա, Երևան, 1977, էջ 25․
  3. «Երկեր», Հակոբ Մանանդյան, Հատոր Ա, Երևան, 1977, էջ 25, 26․