Arxeologiyada CİS

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

CİS və ya Coğrafi İnformasiya Sistemləri — son illər arxeologiya üçün vacib vasitə halını almışdır.[1] CİS və arxeologiya kombinasiyası mükəmməl bir ikili formalaşdırır və arxeologiya zamanla insan davranışının (məkan daxilində) işlənməsinə gətirib çıxarır. Arxeologiya tarixi hadisələrin ortaya çıxmasını coğrafiya, zaman və mədəniyyət çərçivəsində dəyərləndirir, arxeoloji tədqiqatların nəticələri məkan anlayışı baxımından zəngindir. CİS geniş miqyaslı məlumatları coğrafi dəyərləndirmə işində peşəkardır. Bu sürətli, doğru və mali bir vasitə olmasını təmin edir. CİS-in sahib olduğu imkanlar məlumat toplama, depolama və çağırma məsələlərində istifadəçiyə daha aydın bir görüntü təkllif edir. CİS arxeologiyada vacib ola bilər, ancaq CİS arxeologiyada xəritə formalaşdırmaqdan daha çox, fərqli məlumat növlərini birləşdirib analiz etmək və yeni məlumatlar yaratmaq üçün istifadə edilməlidir. CBS-nin arxeologiyada tətbiqi arxeoloqların sadəcə məlumat toplamaq və vizuallaşdırmaqlarını deyil, məkanla əlaqəli düşüncə vasitələrini də dəyişdirmişdir.

Tədqiqat və sənədlərin qorunması arxeologiya üçün vacibdir və bu tədqiqatlar sahə işləri ilə faydalı və həssas bir formada CİS ilə həyata keçirilir.[2] CİS-in istifadə olunduğu arxeoloji qazıntılarda və tədqiqatlarda CİS bir qərar vermə vasitəsi kimi istifadə edilə bilər.

Arxeoloji qazıntıda CİS istifadə edildiyində xəritələmə və qeydiyyat aparma işləri təkmilləşir. Bu da qazıntılarda əldə edilən tapıntıların analizində, vizuallaşdırılmasında və məlumatların sürətli şəkildə əlçatan olması baxımından faydalıdır.

Arxeoloji tədqiqatlarda CİS-in fərqli funksiyaları istifadə edilir. Qazıntı daxili məkan analizi və ya dağılma arealı, dəyişmə prosesini anlamaqda və sənədlərlə işləməkdə köməklik edir. Bunun üçün istifadə edilən köhnə üsullar geniş sahə üzərində sadəcə kiçik bir baxış aspekti təklif edir. Ağıllı modelləşmə arxeoloji məlumatları yaxşı analiz edilməsi üçün hidroqrafiya və histoqrafiyada olduğu kimi məlumat toplama üsulunu istifadə edir. CİS-də nöqtə məlumatı əlaqəli yerə fokuslanmaq və məlumat bazalarındakı dağınıq nöqtələri analiz etmək üçün istifadə edilir. Kütləvilik xəritəsi nöqtə məlumatın interpole edilərək bir bazadan istifadə səviyyələrini tapmaq məqsədilə istifadə edilir.

CİS-də sahə ilə əlaqəli bir çox məlumat qrupunu depolamaq, işləmək, birləşdirmək və qarışıq analizləri həyata keçirmək mümkündür. Vizuallıq analizi baza üzərindən ətrafında görüləbilən yerləri müəyyən etmək üçün istifadə edilməkdədir. Bu yaşayış yeri ilə ətraf yerlərlə sosial münasibətlərini ortaya qoymaqçün istifadə edilir. Simulyasiya gerçəyin sadələşdirilmiş bir formasıdır, hadisənin təməl degişkenlerini və onların əlaqələnmələrini müəyyən edərk çalışır. Bu təxmin həm test üçün, həm də məlumat yaratmaq üçün istifadə olunur. Arxeoloji Məlumat Elmi arxeologiyada məkan və zaman desenleri kəşf etmək və ortaya çıxarmaq üçün çalışır. Tədqiqatlar arxeoloji problemləri həll etmək və anlamaq üçün riyazi üsullar və komputer proqramları istehsal etməyə yönəlmişdir.

Mədəni irsin qorunması və idarə edilməsində CİS

[redaktə | mənbəni redaktə et]

Arxeoloji tədqiqat tətbiqləri ilə yanaşı, CİS mədəni irs sahələrinin mühafizəsini idarə etməyə kömək etmək üçün də istifadə olunur. GIS mühafizə təşkilatlarına inkişafın, münaqişənin və iqlim dəyişikliyinin arxeoloji və digər mədəni resurslara təsirlərini izləməyə kömək edir. [3] Bəzi dövlət qurumları GIS proqram təminatından tikinti və digər inkişafın potensial təsirlərini qiymətləndirmək üçün istifadə edir və bu qiymətləndirmələrdən icazə və təsirlərin azaldılması proseslərində istifadə edirlər.[4]

  1. Conolly J and Lake M (2006) Geographical Information Systems in Archaeology. Cambridge: Cambridge University Press.
  2. Marwick, Ben; Hiscock, Peter; Sullivan, Marjorie; Hughes, Philip. "Landform boundary effects on Holocene forager landscape use in arid South Australia". Journal of Archaeological Science: Reports. 19. July 2017: 864–874. doi:10.1016/j.jasrep.2017.07.004.
  3. Anderson, David G.; Bissett, Thaddeus G.; Yerka, Stephen J.; Wells, Joshua J.; Kansa, Eric C.; Kansa, Sarah W.; Myers, Kelsey Noack; DeMuth, R. Carl; White, Devin A. "Sea-level rise and archaeological site destruction: An example from the southeastern United States using DINAA (Digital Index of North American Archaeology)". PLOS ONE (ingilis). 12 (11). 2017-11-29: e0188142. Bibcode:2017PLoSO..1288142A. doi:10.1371/journal.pone.0188142. ISSN 1932-6203. PMC 5706671. PMID 29186200.
  4. Dalgity, Alison; Myers, David; Schmidt Patterson, Catherine (Fall 2022). "The Arches Platform: Bridging Heritage Pasts and Data-Rich Futures". Conservation Perspectives, The GCI Newsletter. Fall 2022. https://www.getty.edu/conservation/publications_resources/newsletters/pdf/v37n2.pdf Arxivləşdirilib 2023-10-09 at the Wayback Machine

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]