Artırma

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

ArtırmaAzərbaycanda ən çox yazqabağı, Novruz bayramı günlərində, eləcə də digər vaxtlarda, əsasən uşaqgənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biri.

Oyunun qaydaları

[redaktə | mənbəni redaktə et]

Uşaqlar iki dəstəyə ayrılırlar. Püşk atırlar. Püşk hansı dəstəyə düşərsə, o dəstə aşağı əyilir. O biri uşaqlar bir-bir onların üstündən atılır, axıra çatan uşaq yerə əyilir. Bu minvalla sıra əvvəldən artır, axırdan azalır. Uşaqların hər dəstəsində on uşaq olarsa, onu da aşağı əyilir. İkinci dəstənin üzvləri bir-bir onların üstündən hoppanıb birinci dəstənin sırasında aşağı əyilirlər. Hamı atılıb qurtarandan sonra aşağıya əyilmiş yeni bir dəstə yaranır. Birinci dəstənin uşaqları bir-bir ayağa qalxıb aşağı əyilən uşaqların üstündən hoppanırlar. Bu minvalla oyun uşaqlar yorulanacan davam edir[1].[2]

  1. Şifahi xalq ədəbiyyatı, Uşaq folkloru. "Altun kitab" nəşriyyatı, Bakı-2007. səh. 65.
  2. Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.31.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]