Azər Əliyev (əsgər, 1999)
Azər Əliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (22 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Dilafət (Dilafər) Əliyev |
Anası | Şükufə Əliyeva |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019 / 2019—2020 |
Rütbəsi | Baş əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Cəbrayılın azad edilməsi • Ağdam döyüşləri • Hadrutun azad edilməsi |
Təltifləri |
Azər Dilafət[1] oğlu Əliyev və ya Azər Dilafər[2] oğlu Əliyev (6 yanvar 1999, Yuxarı Qiyaməddinli, Ağcabədi rayonu — 28 yanvar 2021, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin Baş əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Azər Əliyev 6 yanvar 1999-cu ildə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində anadan olmuşdur.[2] Əslən Şuşa rayonunun Çaykənd kəndindəndir. 2008-2019-cu illərdə Ağcabədi rayon Yuxarı Qiyaməddinli kənd Alı Mustafayev adına tam orta məktəbdə təhsil almışdır. Ailəli idi, Nəzrin adlı qızı və şəhid olmasından sonra doğulan 29.04.2021-ci ildə doğulan[3] Əli adlı oğlu yadigar qaldı.
Hərbi xidməti
[redaktə | mənbəni redaktə et]Azər Əliyev Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Qazax rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Azər Əliyev 2019-cu ildən Xocavənd rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətdən artıq hərbi xidmət edirdi.
Azərbaycan Ordusunun əsgəri olan Azər Əliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Ağdamın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 15 oktyabr 2020-ci ildə Hadrutun azad edilməsi gedişatında Xocavənd rayonunun Nərgiztəpə kompleksi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanmış və xəstəxanaya yerləşdirilmişdir.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Əliyev "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[4]
Uzun müddət koma vəziyyətində olan Azər Əliyev 28 yanvar 2021-ci ildə müalicə aldığı xəstəxanada vəfat etmişdir.[5] 29 yanvar 2021-ci ildə doğulduğu Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Azər Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[6]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Azər Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[7]
Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Azər Əliyev ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.[8]
Təltifləri
[redaktə | mənbəni redaktə et]- (18.12.2020) — "Cəsur döyüşçü" medalı[9]
- (24.06.2021) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[10]
- (24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)[11]
- (24.06.2021) — "Ağdamın azad olunmasına görə" medalı (ölümündən sonra)[12]
Xatirəsi
[redaktə | mənbəni redaktə et]2021-ci ildə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndinin küçələrindən birinə Azər Əliyevin adı verilib. Bundan başqa, həmin kənddə onunla birgə iki şəhidin - Sahil Məmmədov və Sənan Miriyevin xatirəsi əbədiləşdirilərək onlara abidə ucaldılıb. Yuxarı Qiyaməddinli kəndinin başlanğıcında və Arazbar kəndinin qurtaracağında Arazbardan və Yuxarı Qiyaməddinlidən olan İkinci Qarabağ müharibəsi şəhidlərinə abidə ucaldılıb, şəkilləri və adları həkk olunub.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
- ↑ 1 2 "Dərdini danar ağlar - Məhsəti Musa şəhid Azər Əliyevi anır". 525.az (525-ci qəzet). 03.03.2021. 2021-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23.03.2021.
- ↑ Real TV. "Dünyaya göz açan şəhid oğlu". www.youtube.com ( YouTube portalı / "REAL TV" səhifəsi) (az.). 29.04.2021. 2021-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12.05.2021.
- ↑ Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 18.12.2020. 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
- ↑ İkinci Qarabağ müharibəsində yaralanmış MAXE şəhid olub Arxivləşdirilib 2023-06-28 at the Wayback Machine. Report.az. 29.01.2021.
- ↑ Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
- ↑ Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
- ↑ Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 18.12.2020. 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
- 6 yanvarda doğulanlar
- 1999-cu ildə doğulanlar
- Ağcabədi rayonunda doğulanlar
- 22 yaşında vəfat edənlər
- 28 yanvarda vəfat edənlər
- 2021-ci ildə vəfat edənlər
- Bakıda vəfat edənlər
- Ağcabədi rayonunda dəfn olunanlar
- Azərbaycan Silahlı Qüvvələrinin baş əsgərləri
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- "Cəsur döyüşçü" medalı ilə təltif edilənlər
- "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar
- Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri
- 1 noyabrda doğulanlar