Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası
ANİİA
Yaranma tarixi oktyabr 2016
Qeydiyyat tarixi 31 oktyabr 2016
Mərkəzi Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti 205.
Yarandığı yer Bakı şəhəri
Fəaliyyət göstərdiyi yer 40°22′52″ şm. e. 49°49′23″ ş. u.
Qurucusu
Sədr Fərhad Qaraşov
Üzvləri
  • 344 nəf.
pomegranate.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (qısaca: ANİİA) — Azərbaycan Respublikasında fəaliyyət göstərən assosiasiyalardan biri.

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası 2016[1]-cı ilin noyabr ayından fəaliyyətə başlayıb[2] və ilk günlərdən Azərbaycanda narçılıqla məşğul olan fiziki və hüquqi şəxsləri öz ətrafına toplamağa nail olmuşdur. Dəqiq qeydiyyatlar nəticəsində bu sahədəki mövcud problemləri aradan qaldıran ANİİA narçılığın inkişafı istiqamətində aqrotexniki maarifləndirmə işləri aparmış və bu sahədə fəaliyyət göstərən yerli və xarici mütəxəssislərlə görüşlər keçirərək yüksək təcrübələr əldə etmişdir.

Assosiasiya "Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyi adı ilə 31 oktyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir[3].

Assoasiasiyanın ilk yığıncağı 17 mart 2017-ci il tarixində keçirilmişdir[3].

Assosiasiya üzvləri AZPROMO-nun dəstəyi ilə keçirilən beynəlxalq sərgi və tədbirlərdə, narın ixracı ilə əlaqədar təşkil olunan bütün xarici forumlarda AZPROMO-dan olan həmkarları ilə birgə iştirak edirlər.

Prezident İlham Əliyev Assosiasiyanın fəaliyyəti ilə tanış olarkən, 16 may 2018[1]

Assosiasiya Azərbaycan narının[4] yerli və xarici bazarlara mütəmadi təchizatı, istehsal və emal prosesləri ilə bağlı təcrübələrin və bacarıqların artırılması, istehsalatda yüksək texnologiyanın tətbiqi, xammal təchizatı sahələrində və ixracının təşviq edilməsi istiqamətində[5] fəaliyyət və xidmət göstərir[3].

ANİİA 2017-ci il dekabr ayının 22-də keçirilmiş tədbirdə nazirliyin "İlin Ən Fəal Assosiasiyası" mükafatı ilə təltif edilmişdir[6].

Assosiasiyaya rəhbərliyi sədr edir. İlk sədri Fərhad Qaraşov olmuşdur[3]. 2017-ci ildən iş adamı Fərhad Qaraşov Assosiasiyanın sədridir.


Rusiyanın paytaxtı Moskva şəhərində Beynəlxalq "Halal Expo" sərgisində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Assosiasiyanın fəaliyyəti ilə tanış olarkən.
ANİİA-nın sədri Fərhad Qaraşov "Made in Azerbaijan" brendini tanıdarkən.

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası yarandığı tarixdən hal-hazırkı tarixədək bir sıra tədbirlər həyata keçirmişdir. ANİİA assosiasiyanın üzvləri ilə birlikdə Göyçay rayonunda keçirilən Nar festivalında iştirak etmişdilər. Assosiasiya üzvlərinin stendləri yerli və xarici turistlər tərəfindən böyük maraqla qarşılanmışdır.[7].

Azərbaycan narının geniş təbliği üçün ANİİA, Mədəniyyət və Turizm Nazirliyi, XXI ƏSR BTİM və Azpromo ilə birgə həyata keçirdiyi "Nar- Meyvələrin Şahı" rəsm və heykəltaraşlıq müsabiqəsi olmuşdur.

Azərbaycan Milli Elmlər AkademiyasınınGöyçay Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Göyçay şəhərində "Nar Bitkisi və Məhsullarının Multidissiplinar Problemlərinə aid Respublika Elmi-Praktik Konfransı" keçirilmişdir. Konfransda Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası da öz nümayəndə heyəti ilə iştirak etmiş və nar meyvəsinin yetişdirilməsində ortaya çıxan problemlər və onların həlli barəsində öz təcrübəsini bölüşərək geniş müzakirələrə qoşulmuşdur.[mənbə göstərin]

Parisdə dünyanın ən böyük qida innovasiya sərgisi olan "Sial Paris" sərgisi keçirilmişdir. Sərgidə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri və assosiasiyanın 4 üzvü iştirak etmişdir.[mənbə göstərin]

Polşanın paytaxtı Varşava şəhərində və Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində Azərbaycan Ticarət Evinin açılışı olmuşdur. Azərbaycan Ticarət Evinin açılışında Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri və assosiasiyanın 6 üzvü iştirak etmişdir.[mənbə göstərin]

Almaniyanın Berlin şəhərində Fruit Logistica sərgisi keçirilmişdir. Sərgidə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri və assosiasiyanın 2 üzvü iştirak etmişdir. Avropaya Azərbaycanda becərilən nar meyvəsinin ixracı ilə bağlı niyyət görüşləri keçirilmişdir. Azərbaycanda istehsal olunan məhsullar, meyvə və tərəvəzlər "Made in Azerbaijan" brendi altında sərgilənmişdir.[8].

"Made in Azerbaijan" brendi olan Originarı beynəlxalq sərgilərdə tanıdan Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası Azərbaycan narının təşviqi üçün həyata keçirdiyi layihələr aşağıdakılardır:

  1. "Meyvələrin şahı-Nar"[9]
  2. "Nardan doğan rənglər"[10]
  3. "Mən bu cahanə sığmazam" Nar heykəltaraşlıq müsabiqəsi[11]

Assosiasiyanın hal hazırda 344 üzvü var[12] Bunlardan 16-sı şirkət, digərləri isə fiziki şəxsdir.[3] Bu səbəbdən assosiasiya üzvlərin sayının artmasını nəzərə alaraq və eyni zamanda mövcud üzvlərə hər hansi bir problemin həlli istiqamətində fəaliyyət göstərən Nəzarət Təftiş Komissiyası yaratmışdır.[mənbə göstərin]

Assosiasiya üzvləri AZPROMO-nun dəstəyi ilə keçirilən beynəlxalq sərgi və tədbirlərdə narın ixrac istiqamətində olan bütün xarici forumlarda birlikdə iştirak edirlər.[mənbə göstərin]

"Azərbaycan Narı" döş nişanı

[redaktə | mənbəni redaktə et]
"Azərbaycan Narı" döş nişanı

2018-ci ilin dekabr ayında Assosiasiya tərəfindən Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin razılığı ilə "Azərbaycan Narı" döş nişanı təsis edilmişdir[12]. Bu döş nişanının təsis edilməsində əsas məqsəd Azərbaycan Respublikasında narçılığın inkişafında, assosiasiyanın fəaliyyətində xidməti və əməyi olan şəxsləri təltif etməkdir[12].

"Azərbaycan Narı" döş nişanı narçılığın inkişafında töhfəsi olan şəxsləri mükafatlandırmaq məqsədilə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası sədrinin 01/2018 saylı, 3 sentyabr 2018-ci il tarixli əmri ilə təsis edilmişdir. Döş nişanı Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən 31 yanvar 2019-cu il tarixində ekspertizaya qəbul edilmişdir.[12].

Məqsəd və vəzifələri

[redaktə | mənbəni redaktə et]

Bu döş nişanının təsis edilməsində əsas məqsəd Azərbaycan narçılığına töhfə verən və diqqət göstərən, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) fəaliyyətində xidməti və əməyi olan şəxsləri təltif edərək narçılığın iqtisadi, mədəni və sosial əhəmiyyətinin aktuallığını saxlamaqdır.[12].

"Azərbaycan Narı" döş nişanının təsis edilməsi ANİİA-nın nizamnaməsinə tam uyğunluq təşkil edir və aşağıdakı vəzifələrin həyata keçirilməsinə xidmət edir:

  • iqtisadi və sosial inkişaf sahəsində dövlət və qeyri-dövlət orqanları tərəfindən həyata keçirilən tədbirləri dəstəkləmək və təşviq etmək;
  • narçılıq təsərrüfatlarında istehsal səmərəliliyinin artırılmasına kömək etmək;
  • narçılıqla bağlı maarifləndirmə və təşviq işini aparan şəxsləri mükafatlandırmaq;
  • "Azərbaycan Narı" döş nişanına dair Qaydalara əsasən, narçılığın inkişafında xidməti olan dövlət qulluqçuları, iş adamları, ictimai fəallar, jurnalistlər, elm və mədəniyyət xadimləri bu döş nişanı ilə təltif edilə bilər.

Döş nişanının istehsalı ilə bağlı ANİİA 02/09–2018 saylı, 5 sentyabr 2018-ci il tarixli məktubla Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə müraciət etmişdir. İdarənin razılığı ilə "Azərbaycan narı" döş nişanı "Azərsuvenir" MMC tərəfindən 2018-ci ilin noyabr ayında istehsal edilmişdir.[12].

"Azərbaycan narı" döş nişanı sənaye nümunəsi paltara bərkidilmək üçün lövhə, birləşdirici element, səthinə bədii-dekorativ komponentlər vurulmuş asma element ilə xarakterizə olunur. Döş nişanının dəlikli lövhəsi asma element və birləşdirici halqa ilə bərkidilmişdir. Lövhənin əks tərəfində bərkidici element mövcuddur.

Döş nişanın mərkəzində tərtib edilmiş çərçivəli dairəvi elementin yerləşdiyi ayrılan şüalar şəklində çoxşüalı ulduz mövcuddur. Döş nişanın lövhəsi üfqi uzadılmış düzbucaqlı şəkildə yerinə yetirilmişdir. Lövhənin aşağı tərəfi bitki ornamenti ilə bəzədilmişdir. İki budağın bir-birinə simmetrik qaşlarla bəzədilmiş ensiz lövhə ilə birləşdirilmiş şəkildə yerinə yetirilmişdir. Lövhənin ortası qırmızı rəngli mina ilə örtülmüşdür. Lövhənin hər iki tərəfində ardıcıl yerləşdirilmiş stilizə edilmiş ləçəklər yaşıl rəngli mina ilə örtülmüşdür.

Çox şüalı ulduz sarı rəngli metaldan hazırlanmışdır. Ulduzun kənarları iti bucaqlı tilli elementlər formasında işlənmişdir. Dairəvi şəkildə olan mərkəzi elementin stilizə edilmiş nar formasında qızılı rəngli metalla çənbər şəklində çərçivəyə salınmışdır. Döş nişanının qırmızı fonlu mərkəzində üç yarpaq şəklində qırmızı, mavi və yaşıl rəngli təsvir elementi və stilizə edilmiş "ANİİA" yazısı mövcuddur. Asma elementin əks tərəfində Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası sözləri yazılmışdır. Hər bir döş nişanı "001" sayından başlayaraq "Azərsuvenir" MMC tərəfindən individual nömrələnmişdir.

Nişanın diametri 40 mm olub 8 guşəli ulduz, nar rəngli mina işləməli üzərində Azərbaycan bayrağının rəngləri, 3 ədəd yaqut daş, nar fiquru, nar ağacının yaşıl yarpaqları, sünbül və Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının loqosu həkk olunmuş latun materiallı, qızıllama olan nişandır[12].

  1. 1 2 İlham Əliyev XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi və XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ilə tanış olub Arxivləşdirilib 2019-09-02 at the Wayback Machine. president.az, 16.05.2018  (az.)
  2. "Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası yeni saytının təqdimatını keçirib" (az.). azertag.az. 13.03.2018. 2020-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2021.
  3. 1 2 3 4 5 "Azərbaycan Arıçılar Assosiasiyası" (az.). azpromo.az. 2020-09-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2021.
  4. ""Made in Azerbaijan" brendi originar". 2019-02-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-02-22.
  5. "Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının iclası keçirilib" (az.). azpromo.az. 27.09.2017. 2020-02-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2021.
  6. "ANİİA" İqtisadiyyat naziri Şahin Mustafayev tərəfindən "İlin Ən Fəal Assosiasiyası" mükafatı ilə təltif edilib Arxivləşdirilib 2019-08-29 at the Wayback Machine. qafqazinfo.az, 26.01.2018  (az.)
  7. Göyçayda XIII Nar festivalı keçirilir Arxivləşdirilib 2020-05-17 at the Wayback Machine(az.)
  8. Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyi Arxivləşdirilib 2020-06-10 at the Wayback Machine(az.)
  9. "Meyvələrin şahı-Nar" müsabiqəsi Arxivləşdirilib 2023-06-29 at the Wayback Machine. azertag.az, 06.11.2017  (az.)
  10. "Nardan doğan rənglər" müsabiqəsi Arxivləşdirilib 2023-06-29 at the Wayback Machine. pomegranate.az, 29.10.2018  (az.)
  11. "Mən bu cahanə sığmazam" müsabiqəsi Arxivləşdirilib 2023-06-29 at the Wayback Machine. pomegranate.az, 01.05.2019  (az.)
  12. 1 2 3 4 5 6 7 "Azərbaycan Narı" döş nişanı təsis edildi — Foto Arxivləşdirilib 2019-05-04 at the Wayback Machine. azerbaycan24.com, 28.12.2018  (az.)
  13. Akif Əlizadə "Azərbaycan narı" döş nişanı ilə təltif olundu Arxivləşdirilib 2019-09-07 at the Wayback Machine. azedu.az, 28.12.2018  (az.)
  14. Akademik Akif Əlizadə "Azərbaycan narı" döş nişanı ilə təltif olunub Arxivləşdirilib 2019-05-27 at the Wayback Machine. science.gov.az, 28.12.2018  (az.)
  15. Fərhad Qaraşov Xalq rəssamını döş nişanı ilə təltif etdi — Fotolar Arxivləşdirilib 2019-05-03 at the Wayback Machine. azerbaycan24.com, 03.05.2019  (az.)
  16. "Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası Fəxri Üzvlük institutunu təsis edib" (az.). ednews.net. 14.10.2019. 2020-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]