Breşiya FK

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Breşiya FK
Loqonun şəkli
Klubun rəsmi loqosu
Ölkə
Rəng(lər) göy,
Yaranma tarixi 1911
Liqa İtaliya B Seriyası
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Breşiya FK — (italyanca səslənmə: [ˈbreʃʃa ˈkaltʃo]), hazırda İtaliyanın B Seriyasında çıxış edən, Lombardiyanın Breşiya şəhərini təmsil edən İtaliya futbol klubu.

Klub dörd dəfə qalib gəldiyi B Seriyasında mövsümlərin ümumi sayına (64) və ardıcıl mövsümlərdə iştiraka (18, 1947–48-dən 1964–65-ə qədər) görə rekorda sahibdir. Onların A Seriyasında keçirdiyi ən yaxşı mövsüm 2000–01 mövsümündə səkkizinci yer tutmaqlarıdır. 21-ci əsrin əvvəlində, 1993-cü ildə Qızıl topun sahibi Roberto Baccionun liderlik etdiyi klub, 2001-ci ildə finala yüksələrək İntertoto Kubokunun finalına vəsiqə qazanır, lakin Paris Sen-Jermen ilə qarşılaşmda səfər qolları ilə məğlub olur. Bu dövrdə, gələcəyin məşhur məşqçisi Pep Qvardiola da klubun oyunçularından idi.

Komandanın rəngləri mavi və ağdır. Komanda oyunlarını 19,550 yerlik Stadio Mario Riqamonti stadionunda keçirir.[1] Klubun, qonşu Berqamonu təmsil edən Atalanta ilə uzun müddətdir rəqabəti var.[2][3]

Komanda 1911-ci ildə "Breşiya Futbol Klubu" kimi yaradılıb və elə həmin il İtaliyada "Terza Categoria" divizionuna qoşulub. 1913-cü ildə "Breşiya" tarixində ilk dəfə "Birinci Divizion"a yüksəlir və 1929-cu ildən sonrakı yeddi mövsümdən altısında A Seriyasında çıxış edir.

"Breşiya" ardıcıl olaraq, 1982-ci ilə kimi C Seriyasına düşənə qədər iki yüksək divizion arasında gedib gəlir. Daha sonra klub 1985-ci ildə B Seriyasına qayıdır. Breşiya İtaliyanın iki milli "Lega Calcio" turnirindən kənarda (AB seriyaları) cəmi dörd il oynayır: bu baxımdan İtaliyada yalnız 11 klub Breşiyadan daha yaxşı performans göstərə bilib.

Breşiya 1940-cı illərdə

Breşiya 1994-cü ildə "Anglo-Italian" Kubokunu qazanır. Bu, klubun bütün tarixində o günə qədər olan ən böyük nailiyyət idi.

Breşiya futbolda ön plana 2000-ci ildə ön plana çıxır. O zaman əvvəllər heç bir maraq kəsb etməyən klub, məşhur futbolçu Roberto Baccio ilə müqavilə bağlayır və o, komandaya liderlik edərək Breşiyanı 2000–01 mövsümündə yeddinci yerə daşıyır və bununla da komanda UEFA İntertoto Kubokuna vəsiqə qazanır. Ardınca Breşiya İntertoto Kubokunun finalına yüksəlir. Burada "PSJ" komandaya rəqib olur. Bu komanda ilə ilk oyunda səfərdə 0–0[4] və ikinci oyunda evdə 1–1[5] hesabı ilə heç-heçə əldə edir. Ancaq səfər qolları qaydasına görə komanda Paris Sen-Jermenə uduzur.

Baccio 2004-cü ildə təqaüdə çıxana qədər Breşiya\da dörd il keçirdir və bu tarixi dörd il ərzində Breşiya geniş şəkildə "Baccionun Breşiyası" kimi tanınır. Baccionun Breşiyada dörd illik karyerası ərzində klub A Seriyasında ən yaxşı dövrunu keçirir. Roberto Baccionun təqaüdə çıxmasından sonra gələn növbəti mövsümdə (2004–05), Breşiya A Seriyasında 19-cu yeri tutur və aşağı liqaya düşur.

Breşiya aşağı liqaya düşdükdən sonra yüksək liqaya qayıtmaq üçün mübarizə aparır və nəhayət 2009–10 mövsümündə Torinonu 2–1 hesabı ilə məğlub etdikdən sonra A Seriyasına qayıdır. 2010–11 mövsümündə onlar yenidən B Seriyasına düşdülər.

2014–15 mövsümündə B Seriyasında axırdan ikinci yeri tutaraq "Lega Pro"ya düşürlər. Ancaq, Parmanın müflis olduğunu elan etdikdən və D Seriyasına düşməsindən sonra Breşiya B Seriyasında onları əvəz etmək üçün seçilmiş komanda olur.

2018–19 mövsümündə B Seriyasının çempionu olaraq təkrar A Seriyasına vəsiqə qazanırlar.

Bütün zamanların ən yaxşı məşqçilərindən biri olan Mirça Luçesku, rumıniyalı futbolçu George Haci, hücumçu Luka Toni, "Barselona"nın ikonik pleymeykeri Pep Qvardiola, İtaliyalı hücumçu Mario Balotelli və pleymeyker Andrea Pirlo Breşiyada forma geyiniblər.

Rənglər və Gerb

[redaktə | mənbəni redaktə et]

1911-ci ildə Breşiyanın ilk forma dəsti ortada qalın ağ şaquli zolaqlı mavi (milli rəng) rəngdə olur. Bu dizayn 2011-ci ildə, klubun yüzillik mövsümü üçün təkrar istifadə olunur. Klubun formasındakı ağ "V" ilk dəfə 1927-ci ildə peyda olur. Formaya "V" hərfinin əlavə edilmə səbəbi isə, komandanın başqa bir komanda olan Virtusun yeni tikilmiş evi olan stadiondan istifadə edə bilməsi idi. Bu üslub 1940-cı ilə qədər "V" hərfi çıxarılana və düz mavi köynəkdən istifadə edilənə qədər qalır.

İkinci Dünya Müharibəsindən sonra komandanın formasında bəzi əhəmiyyətli dəyişikliklər baş verir: köynək sadə ağ, şortlar isə mavi olur. Bu qısamüddətli olur və 1954-cü ildə sadə mavi köynək geri qayıdır. Formadakı ağ "V" də nəhayət 1961-ci ildə, o vaxtkı yeni sədrin xoş niyyət nümayişi olaraq geri dönür.

Formadakı "V" 1969-cu ildə yenidən yoxa çıxır və diaqonal ağ çəngəl ilə əvəz olunur. Ancaq 1974-cü ildə geri dönür, lakin daha kiçik ölçudə. Breşiya şəhərinin simvolu olan aslanın daxil edildiyi "V" ürəyin üstündə yerləşirdi. Köynək 1991-ci ilə qədər açıq mavi rəngdə qalır. Formadakı "V" isə o vaxtdan bəri istifadə olunur.[6]

Breşiya formlarında ilk nişan 1980-ci illərdə peyda oldu; şir təsviri olan qızılı konturlu mavi təpə. Breşiya şəhəri Avstriya hakimiyyətinə qarşı 1849-cu ilin yazında şəhərdə baş verən on günlük xalq üsyanından sonra "Leonessa d'İtaliya" (İtaliya aslanı) kimi tanınır.

Gerb 2011-ci ildə, daha yüksək görünürlük, yarpaqlar və köhnə loqotipin əsaslı şəkildə yenidən işlənməsi ilə Breşiyanın yüzilliyi üçün dəyişdirildi. Gerbi əhatə edən qızıl qalxanın qalın profili və dəfnə budaqları 100 yaşa çatmağın saf təntənəsidir. Yazı komandanın yarandığı dövrün üslubunda olan şriftin xeyrinə dəyişib.

Breşiyada futbol oynanılan ilk yer Tempini zavodunda ingilis işçilərinin fasilələrdə futbol oynadığı "Campo Fiera" idi. 1911-ci ildə, yeni klubun təməli qoyulandan sonra yaranan həvəsin ardınca, "Via Milano"da qısa müddət sonra hasarlanmış bir sahənin inşa edildiyi ehtimal edilir.

1920-ci ildə Breşiyada komandanın 1923-cü ilə qədər istifadə etdiyi yeni meydança, Via Cesare Lombroso açılır. 1923-cü ildən 1959-cu ilə qədər komanda Porta Veneziyada (o zaman Via Naviglio) yerləşən və şəhərin Virtus idman klubu üçün tikilmiş və "Stadion" adlanan daha müasir və daha böyük obyektə köçür.

Sonralatr "Via Giovanni Novagani"də mövcud meydançada stendlərin təmirinə və tikintisinə başlanır. Bu, 1959-cu ildə tamamlanır və Breşiya ev oyunlarını yeni Mario Riqamonti stadionunda keçirməyə başlayır (Superqa hava fəlakətində ölən Torino oyunçusu Mario Riqamontinin adını daşıyır).

Sonuncu dəfə 27 August 2022 tarixində yeniləndi[7][8]
Nömrə Ölkə Mövqeyi Futbolçu
1 İtaliya GK Lorenzo Andrenacci
2 Avstraliya DF Fran Karaçiç
3 Fransa DF Mattheyu Huard
4 İtaliya DF Davide Adorni
5 Niderland MF Tom van de Looi
6 İtaliya MF Nikolas Galazzi
7 İtaliya MF Federiko Viviani
8 Albaniya MF Emanuele Ndoj
9 İtaliya FW Stefano Moreo
11 Fransa FW Florian Aye
12 İtaliya GK Luka Lezzerini
14 İtaliya MF Massimiliano Mangraviti
15 İtaliya DF Andrea Kistana
Nömrə Ölkə Mövqeyi Futbolçu
16 İtaliya MF Vinçenzo Garofalo
18 İsveç DF Aleksander Jallov
19 İtaliya MF Patrik Nuama
20 Niderland MF Reyven Niemeijer
21 Polşa MF Yakub Labojko
22 İtaliya MF Luka Sonzonyi
24 İtaliya FW Flavio Bianki (Cenodan icarə)
25 İtaliya MF Dimitri Bisoli (Kapitan)
26 İtaliya MF Massimo Bertagnoli
27 İtaliya MF Giacomo Olzer
28 Liviya MF Əhməd Benali
30 İtaliya DF Federiko Pace
32 İtaliya DF Andrea Papetti
  • B Seriyası :
    • Qalib (4): 1964–65, 1991–92, 1996–97, 2018–19
  • Seriya C/C1 :
    • Qalib (2): 1938–39, 1984–85
  1. "Stadio Rigamonti". bresciacalcio.it. August 18, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 21, 2021.
  2. War, Pigs and Rabbits: Atalanta and Brescia meet 13 years later Arxivləşdirilib 2022-12-13 at the Wayback Machine, Conor Clancy, Forza Italian Football, 29 November 2019. Retrieved 2 June 2022
  3. Brescia v Atalanta: the Italian derby built on a 900-year-old feud Arxivləşdirilib 2022-12-13 at the Wayback Machine, Martino Simcik Arese, The Guardian / Copa 90, 7 February 2020. Retrieved 2 June 2022
  4. Paris Saint Germain – Brescia Calcio : 0–0 (Match Report) Arxivləşdirilib 2022-04-07 at the Wayback Machine ScoresPro.com
  5. Brescia Calcio – Paris Saint Germain : 1–1 (Match Report) Arxivləşdirilib 2022-04-07 at the Wayback Machine ScoresPro.com
  6. "Storia". Brescia Calcio (italyan). 14 August 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 February 2011.
  7. "Giocatori" [Players]. Brescia Calcio (italyan). 7 July 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 January 2011.
  8. "Scelti i numeri di maglia per la stagione 2015/2016" (italyan). Brescia Calcio. 5 August 2015. 27 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 August 2015.