Beşiktaş Gimnastika Klubu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Beşiktaş JK
Loqonun şəkli
Klubun tam adı Beşiktaş Gimnastika Klubu
Ölkə Türkiyə Türkiyə
Kodu BJK
Rəng(lər) , qara
Yaranma tarixi 3 Mart 1903
Stadionu Vodafone Park, Beşiktaş, İstanbul
Tutumu 41 903
Prezidenti Ahmet Nur Çebi
Baş məşqçisi Valérien Ismaël
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Beşiktaş Gimnastik Klubu (tr. Beşiktaş Jimnastik Kulübü) 1903-cü ilin Mart ayında İstanbulda təsis edilən idman klubudur. Beşiktaş Bərəkət Gimnastika klubu adıyla qurulan komanda, 26 Yanvar 1911 tarixində quruluşu təsis edilən klub Beşiktaş Osmanlı Gimnastika Klubu adı ilə təsdiqlənmişdir.[1] Klub, futbol (kişilər və qadınlar), basketbol (kişilər və qadınlar), voleybol (kişilər və qadınlar) və həndbol növlərində əsas liqada, gimnastika, əlillər, boks, bric, güləş, yüngül atletika, avarçəkmə, stolüstü tennisşahmat növlərində iştirak edir. Beşiktaş klubu emblemində Türkiyə bayrağını daşıyan ilk idman klubudur. Bundan əlavə futbol şöbəsində formasında ulduz daşıyan və beşdən çox çempionluğu olan 4 klubdan biridir.

Beşiktaşın 1915-ci ildəki bir neçə idmançısının şəkili
Klubun yaradıcısı Mehmet Şamil Şhaplı

1902-ci ildə 22 nəfərdən ibarət olan qrup, o dövrdə Mədinə mühafizəsi adını daşıyan Şhaplı Osman Fərid paşa Beşiktaş rayonunu Sərəncəbəy bölgəsindəki evinin həyətində həftənin müəyyən günlərində görüşüb gimnastika ilə məşğul olardılar. O dövrdə toplanma azadlığı olmadığına görə bir gün bu qrup kəşfiyyat idarəsinin hücumu ilə polisə aparılmışdılar. Ancaq sonralar II Əbdülhəmidin yavəri və bəzi saray əməkdaşları padşahı sağlamlığa xeyirli işlər gördüklərini və dinən haram qəbul edilən və qadağan edilən futbol ilə məşğul olmadıqlarına inandıraraq bu qrupu gimnastika ilə məşğul olmağa icazə vermişdilər.[2] Buna görə daha sonra adlarını Osmanlı Beşiktaş Bədən Tərbiyəsi Məktəbi olaraq dəyişdirmişdilər. Buna görə II Abdülhəmid də sadəcə bu idmanlarla məşğul olmaqları şərti ilə onlara icazə verən fərman imzaladı.[3] 1903-cü ilin mart ayında icazə ilə Beşiktaş Bərəkət Gimnastika Klubu yaradıldı.[4] Şhaplı Fərid paşanın oğlu Mehmet Şamil Şhaplı ilk prezident, Hüseyn Bərəkət isə ilk yardımçı oldu. Klub adını Şhaplı Fərid paşanın babası Mirzaiko Bərəkət bəy və atası Bereketiko Həsən bəydən alıb.[5]

1908-ci ildə ikinci konstitusiya ilə idmanla məşğul olmaq qadağaları bir qədər azaldıldı. 31 mart üsyanını yatırmaq üçün Ədirnədən İstanbula gələn Fuad Balkan və Məzhər Qazancı üsyan yatırıldıqdan sonra Fuad Balkan güləş və eskrim, Məzhər Qazancı isə ağırlıq qaldırma üzrə Sərəncəbəydə bir neçə dərs verməyə başladılar. Fuad Balkanın İhlamurdakı evinin alt mərtəbəsini hazırlayaraq, klubun adını Beşiktaş Osmanlı Gimnastika Klubu kimi dəyişdirdi.[6] 13 yanvar 1910-cu ildə Bəyoğlu Qeydiyyat bürosu prezidenti Muhittin bəy Beşiktaş Osmanlı Gimnastika Klubu adını təsdiqlədi. Beləliklə Beşiktaş rəsmi qeydə alınan ilk Türk idman klubu oldu. O zamanlar Osmanlıda Cəmiyyət Konstitusiyası olmadığına görə xüsusi icazə ilə bu qeydiyyat təsdiqlənmişdir. Bu konstitusiya 1912-ci ildə yaradıldığına görə digər klublar adi qeydiyyat ilə lisenziyalarını ala biliblər. Klubun qeydiyyatı tamamlandıqdan sonra yaxın zonalardan idmançıların qoşulması ilə birlikdə idmançı sayı 150 oldu. Daha sonra isə klubun olduğu bina İhlamur bölgəsindən Akaretlərə köçürüldü və 600 qızıl qarşılığında arxa hissəsindəki baxşa idman sahəsinə çevrildi.

Beşiktaşın qurucularının bir çoxu Qafqaz mənşəlidir.

  • 1 Əhməd Fetgeri Aşeni (Dəniz Polkovniki)
  • 2 Mehmet Əli Fetgeri (Müəllim-Yazıçı)
  • 3 Fuad Balkan (Eks-Mayor-Kocaeli millətvəkili)
  • 4 Mehmet Şamil Şhaplı (Osman Paşazadə)
  • 5 Hüseyin Bərəkət (Osman Paşazadə)
  • 6 Nazım Nazif Andər (Qadızadə-Aqro mühəndis)
  • 7 Həmzə Osman Erkan (Osman Paşazadə-Eks Afyon millətvəkili)
  • 8 Bəhçəd Bəy
  • 9 Kənan Bəy (II Abdülhəmidin xüsusi mühafizəçisi)
  • 10 Mehmet Paşa (Baş yavər)
  • 11 Dəli Fuad Paşa
  • 12 Fəti Bəy (Hava kapitanı)
  • 13 Muhittin Paşa (Eks Qahirə səfiri)
  • 14 Əli Qılınc (Eks Qaziəntəp millətvəkili)
  • 15 Məzhər Qazancı (Atlı qoşun zabiti)
  • 16 Ziya Qaramürsəl (Xəzinə qoruma müdiri)
  • 17 Əhməd Paşa (Sürrə əmiri)
  • 18 Şükrü Paşa (Eks Vyana səfiri)
  • 19 Mahmud Naci Bəy (Fəzzan millətvəkili)
  • 20 Şövkət Cənani (Baş vəkil Qədri Paşazadə)
  • 21 Cami Bayburd (Fəzzan millətvəkili)
  • 22 Şərəf Bəy (Müəllim, kapitan)

Rənglər və emblem

[redaktə | mənbəni redaktə et]
Beşiktaşın 1930-cu illərdə istifadə etdiyi emblem

Tarixi məlumatlara görə Beşiktaşın rəngləri ağ və qırmızı olmuşdur. Lakin Balkan müharibəsində 340 min əsgər şəhid olduğuna görə qırmızı rəng qaraya dəyişdirildi bundan sonra da rənglər bu cür qaldı. Lakin Beşiktaş idarəçiləri "100-cü il" sənədli filmində rənglərin heç vaxt qırmızı ağ olmadığını ən əvvəldən ağ-qara olduğunu iddia edirlər.[7] İlk zamanlar formaya ehtiyac olmasa da sonralar həm formaya həm də bir emblemə ehtiyac yarandığına görə ilk qurucu Mehmet Şamil Şhaplı heyəti toplayaraq ondaki rozetkaya bənzəyən bir emblem hazırlanmasını istəmişdir. İlk Beşiktaş embleminde orta hissədə düzbucaqlı və ona altdan bitişik tərs üçbucaqda baş hissəsindən üç ədəd qara iki ədəd ağ rəngdə köndələn cizgi, mərkəzində isə sol tərəfdə düzbucaqlının yarısı qədər Osmanlı bayrağı (indiki Türkiyə bayrağı) geri qalan hissədə dikinə üç ədəd qara iki ədəd ağ düzbucaqdan ibarətdir. Osmanlı (indiki Türk bayrağı) embelmdə əks etdirmə hüququ ilk qeydiyyata alınan klub olduğuna görə Beşiktaşa verilib.

Qara Qartal simvolunun alınması

[redaktə | mənbəni redaktə et]

19 yanvar 1941-ci ildə Şərəf Stadionunda oynadığı Süleymaniye matçında Mehmet Qalin adlı bir azarkeşin "Hücum edin Qara Qartallar" deyə qışqırması ilə bütün stadion bu cür azarkeşlik etməyə başlayıb və o matçı Beşiktaş 6-0 qalibiyyətlə bitirdiyinə görə Beşiktaşın simvolu "Qara Qartallar" qəbul edilib.[8]

  • 1903-08 Mehmet Şamil Şhaplı
  • 1908-11 Şükrü Paşa
  • 1911-18 Fuad Paşa
  • 1918-23 Fuad Balkan
  • 1923-24 Salih Bəy
  • 1924-26 Əhməd Fetgeri Aşeni
  • 1926-28 Fuad Balkan
  • 1928-30 Əhməd Fetgeri Aşeni
  • 1930-32 Emin Şükrü Kunt
  • 1932-35 Əbdülqədir Ziya Qaramürsəl
  • 1935-38 Fuad Balkan
  • 1938-39 Əbdülqədir Ziya Qaramürsəl
  • 1939-41 Yusif Ziya Ərdəm
  • 1941-42 Əbdülqədir Ziya Qaramürsəl
  • 1942-50 Abdulla Ziya Qozanoğlu
  • 1950 Əkrəm Amaç
  • 1950-52 Salih Fuad Keçəci
  • 1952-55 Abdulla Ziya Qozanoğlu
  • 1955-56 Tahir Söyüdlü
  • 1956-57 Danyal Akbel
  • 1957 Fərhad Nasir
  • 1957-58 Nuru Toqay
  • 1958 Ənvər Qaya
  • 1958-60 Nuru Toqay
  • 1960-63 Haqqı Yetən
  • 1963-64 Selahəttin Akel
  • 1964-66 Haqqı Yetən
  • 1966-67 Həsən Salman
  • 1967-68 Haqqı Yetən
  • 1968-69 Tələt Asal
  • 1969-70 Rüşdü Ərquş
  • 1970 Nuru Toqay
  • 1970-71 Aqasi Şən
  • 1971-72 Himmet Ünlü
  • 1972-73 Şəkip Oxçuoğlu
  • 1973-77 Mehmet Üstünqaya
  • 1977-79 Qazi Akınal
  • 1979 Hüseyn Cəvahir
  • 1979-80 Qazi Akınal
  • 1980-81 Rza Qumruoğlu

Futbol Şöbəsi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Beşiktaş PFK

Beşiktaşın futbol şöbəsi 1911-ci ildə Şərəf Bəyin nəaliyyətləri ilə qurulmuşdur. Şərəf Bəy 1911-ci ildən 1925-ə qədər həm futbolçu həm də məşqçi kimi Beşiktaşın şərəfini qoruyub. Sonralar başqa idman növlərinin futbolun qarşısını aldığına görə Şərəf bəy klubdan ayırılıb başqa bir klub yaradır və həmin yaradılan klub Beşiktaşı 3-2 məğlub etdikdən sonra Şərəf Bəy təkrar Beşiktaşa qaytarılır. Sonraki dövrlərdə Balkan müharibəsiI Dünya Müharibəsinə görə bir çox futbolçu orduya gedir. 1919-cu ildə Cuma Liqasına qoşulmaq istəsələr də bu rədd edilir. Buna görə Şərəf Bəy rədd alan digər klublarla birlikdə İstanbul İdman Liqasını yaradır. Sonralar ardıcıl olaraq Bazar Liqası və İstanbul Liqasında iştirak edərək bir neçə çempionluq qazanır. Sonralar Milli Küme adı verilən çempionatda iştirak edir. 1951-ci ildən etibarən ilk dəfə peşəkar İstanbul Peşəkarlar Liqası qurulur. 1956-cı ildə isə UEFA TürkiyədənÇempionlar Kubokuna klub alınacağını açıqlayır. Bununla birlikdə 1956-57 və 1957-58-ci illərin çempionu Beşiktaş və ilk türk klubu UEFA-nın ən nüfuzlu turnirində iştirak hüququ qazanır. Bu iştiraka görə 2000-ci ildə Türkiyə Futbol Federasiyası rəsmi çempionatlar başlamasa da Çempionlar Kubokunda iştiraka görə Beşiktaşın 1957 və 1958-ci ildəki çempionluqlarının da sayılmasına qərar verir.[9] 1959-cu ildə Türkiyədə ilk dəfə peşəkar çempionat yaradıldı və Milli Liqa adı verildi. O dövrdən indiyədək Beşiktaş 13 çempionluq qazandı. [10]

Avropa kubokları

[redaktə | mənbəni redaktə et]

1957-ci ildə Beşiktaş Çempionlar Kuboku dəvət edilməsinə baxmayaraq TFF Beşiktaşın adını UEFA-ya gec bildirməsinə görə həmin mövsüm iştirak edə bilmədi. Ertəsi mövsüm isə ilk dəfə Çempionlar Kubokunda iştirak etdi. İlk turda Yunanıstanın Olimpiakos klubu ilə qarşılaşmalı olsa da siyasi səbəblərə görə yunan klubunun oyuna çıxmaması ilə Beşiktaş mərhələni keçdi. Növbəti mərhələdə Madridin "Real" klubuna ümumi hesabda 3-1 məğlub olaraq turniri başa vurdu. Avropa kuboklarında Beşiktaş adına ilk qolu Qaya Köstepen vurmuşdur. Beşiktaş 2002-ci ildə UEFA Kubokunda Bosniya və Herseqovina klubu Sarayevonu 0-5 hesabı ilə məğlub edərək Avropada ən böyük hesablı qalibiyyətini alıb. Ən fərqli məğlubiyyətini isə 2007-08 Çempionlar Liqası mövsümündə İngiltərənin Liverpul klubuna qarşı 8-0 məğlubiyyətlə alıb. UEFA turnirlərində ən çox oynayan oyunçu İbrahim Üzülməz (63), ən çox qol vuran isə Oqtay Dərəlioğludur (14).[11]

Basketbol şöbəsi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Beşiktaş PBK

Beşiktaşın basketbol şöbəsi 1933-cü ildə təsis edilib. [12]Qadın basketbol klubu isə 1956-ci ildə təsis edilib. Basketbol klubunun ev oyunlarını BJK Akatlar Arena zalında oynayır.

Kişilər basketbol klubu

[redaktə | mənbəni redaktə et]

1933-cü ildə qurulan kişilər basketbol klubu,[13] ilk oyununu Qalatasaray ilə oynayıb və oyunu 27-28 uduzub. 1938-ci ildə Berlin Olimpiya oyunlarından sonra komanda dağılıb, 1940-cı ildə təkrar yardılan klub Barxoba klubunun dağılmasına görə onların heyətindəki oyunçuları öz heyətinə cəlb edə bilib. Klub 1950-ci ildə təkrar dağılıb və 5 il fəaliyyət göstərməkdə çətinlik yaşayıb. 16 mart 1957-ci ildə Beşiktaşın Karagücü ilə oyununda 110 xalının hamısını qeyd edən Hüdai Bahadur o dövr üçün rekord nəticə göstərmişdi.[14] 1966-17-ci ildə qurulan Türkiyə Liqasında iştirak edə bilməyən Beşiktaş ertəsi mövsüm bu liqaya qoşuldu. İlk dəfə 1974-75 mövsümündə Türkiyə liqasında çempion ola bilib.

2011-12 mövsümü isə kişi basketbol klubu üçün ən uğurlu mövsüm oldu. NBA-də baş verən krizisə görə Nyu Cersi Netsin oyunçusu Deron Uilyaması mövsümün sonuna qədər icarəyə götürən Beşiktaş ilk olara Türkiyə Kubokunda finalda Banvit klubunu 4 oyunda da məğlub edərək tarixində ilk dəfə bu kuboku qazandı. ULEB Eurocup turnirində mübarizəni dayandırdığına görə EuroChallenge kubokunda mübarizəyə davam edən Beşiktaş finalda Fransız klubu Elan Şalonu məğlub edərək bu kuboku və ilk Avropa çempionluğunu qazanmış oldu. Liqada isə ardıcıl olaraq əvvəlcə Fənərbaxçanı sonra Qalatasarayı, finalda isə Anadolu Efesi məğlub edərək tarixində ikinci dəfə bu kuboku qazandı. Beləliklə Beşiktaş kişilərdən ibarət basketbol klubu 2011-12 mövsümündə iştirak etdiyi bütün turnirlərdə qalib oldu. [15]

Qadınlar basketbol klubu

[redaktə | mənbəni redaktə et]

Qadın basketbol klubu 1956-ci ildə yaradıldıqdan sonra ilk mövsümündə ikinci oldu. Lakin sonra 1967-ci ilə qədər fəaliyyətini dayandırdı. 1955-80 aralığında İstanbul Liqasında səkkiz dəfə çempion ola bilib. Peşəkar Qadınlar Basketbol Liqasında isə 1983-84, 1984-85 və 2004-05 mövsümlərində çempion olub.[16]

Voleybol şöbəsi

[redaktə | mənbəni redaktə et]

1923-cü ildə yaradılıb. Voleybol komandası da ev oyunlarını BJK Akatlar Arenada oynayır.[17]

Kişilər voleybol klubu

[redaktə | mənbəni redaktə et]

1921-70 illəri aralığında cəmi 1 (1926) çempionluq qazanan klub, 1984-cü ildə Federasiya kubokunu qazanıb. 2012-ci ildə maliyyə problemlərinə görə fəaliyyətini dayandırsa da,[18] 2013-14 mövsümündə ikinci liqadan başlayıb və təkrar birinci liqaya yüksələ bilib.

Qadınlar voleybol klubu

[redaktə | mənbəni redaktə et]

Qadın voleybol klubu 1961-ci ildə yaradılıb. İlk mövsüm İstanbul Qadınlar Voleybol Liqasında mübarizə aparan klub, 1965-ci ildə Türkiyə Qadınlar Voleybol Çempionatının qalibi olub. 1975-86 aralığında klubun fəaliyyəti dayandırılıb. 1992-93 mövsümündə təkrar birinci liqaya çıxan klub, Avropa Qadınlar CEV kubokunda dördüncü yerə layiq olub. 2000-01 mövsümündə yenə dördüncü olduqdan sonra 2003-04 Türkiyə Liqasını bürünc mükafatla bitirərək Avropa Qadınlar Voleybol Çempionlar Liqasında mübarizə aparıb. 2008,2009 və 2013-cü illərdə Balkan Çempionatında çempion olub. 2013-14 mövsümündə Avropa Qadınlar Challenge Kubokunda finala çıxsa da rəqibinə məğlub olaraq gümüş mükafata layiq görülüb.[19]

Həndbol şöbəsi

[redaktə | mənbəni redaktə et]

Beşiktaş kişilər həndbol klubu 1978-ci ildə yaradılıb. 19811982-ci illərdə çempion ola bilib. Bundan əlavə 2005 və 2007-ci ildə çempion olan klub 2009-cu il də daxil olmaqla 2017-ci ilə qədər bütün Birinci Liqa kuboklarını qazana bilib. Klub həmçinin Türkiyə kubokunu da 2009-cu ildən ardıcıl qazanır. Super Kubokda isə 11 qələbəsi var. Avropa kuboklarında EHF Challenge Kubokunda 2009-cu ildə yarım final, 2003-cü ildə isə 1/4 final mərhələsinə qədər yüksələ bilib.[20]

Əlillər şöbəsi

[redaktə | mənbəni redaktə et]

Əlil idman şöbələri ilk dəfə 1 Avqust 2003-cü ildə Süleyman Seba tərəfindən yaradılıb. Əlillər şöbəsinə basketbol, oxçuluq və əl güləşi növləri daxildir.

Əlillər basketbol klubu

[redaktə | mənbəni redaktə et]

Əlillər basketbol klubu ilk dəfə 2004-05 və 2005-06 mövsümlərində çempionluq qazanmışdır. 2010-11 mövsümündə Andre Verqauven Kubokunda finalda Köln 99ers klubunu məğlub edərək tarixində ilk Avropa çempionluğunu qazanıb. 2011-12 mövsümündə isə Willi Brinkman Kubokunu da qazanaraq ikinci avropa çempionluğunu əldə edib. [21]

Digər şöbələr

[redaktə | mənbəni redaktə et]
  • Yüngül atletika - 1903-cü ildə yaradılan Beşiktaş Yüngül Atletika şöbəsinin qadınlar atletika komandası mövcuddur. Klub Komandalararası Çempionatı 13 dəfə qazanma uğuruna layiq olub.
  • Boks - Klub daxilində kişilər boks klubu fəaliyyət göstərir.
  • Bric - Klub daxilində kişilər boks klubu fəaliyyət göstərir.
  • Güləş - Klub daxilində kişilər boks klubu fəaliyyət göstərir. Bundan əlavə əl güləşi şöbəsi də vardır.
  • Avarçəkmə - Avarçəkmə şöbəsi 1990-cı ildə yaradılıb. Hələ də fəaliyyətini davam etdirir.
  • Gimnastika - Klub daxilində qız gimnastika klubu vardır. Bundan başqa İstanbulun, Şişli, Üsküdar və Beşiktaş rayonlarında gimnastika məktəbləri də vardır.
  • Şahmat - Klub daxilində olan şahmat klubu fəaliyyət göstərir. İstanbulun Levent rayonunda şahmat məktəbi də mövcüddur.
  • E-İdman - Beşiktaş E-İdman Klubu, "League of Legends" oyununda fəaliyyət göstərən dünyanın ilk e-idmana qoşulan idman klubudur.

Beşiktaş muzeyi

[redaktə | mənbəni redaktə et]
3-cü ulduza görə Beşiktaş Muzeyi qarşısına inşa edilən qartal heykəli

11 Nobayr 2001-ci ildə fəaliyyətə başlayan muzey, 28 iyun 2007 tarixində Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Türkiyənin ilk xüsusi idman muzeyi" adına yiyələnmişdir. Muzey əvvəllər İnönü Stadionu tərkibində olsa da, stadion sökülməyə başladığında başqa bir yerə köçürülb, Vodafone Parkın tikilməsi ilə təkrar yerinə geri gətirildi. Muzeyin qarşısında 2016-17 mövsümündə qazanılan 15-ci çempionluq və 3-cü ulduza görə qartal heykəli inşa edilib. 6 Sentyabr 2017-ci ildə muzeylə birlikdə Vodafone Parkı da gəzmək mümkün hala gətirilib. "Şeref Turu" adı verilən gəzinti ilə həm muzeyi həm də stadionu birlikdə ya da ayrı-ayrılıqda gəzmək mümkün olub. Muzey iki mərtəbəli və müxtəlif kuboklar, formalar, şəkillər, vizual görüntüləri əhatə edir.

Stadion və digər məkanlar

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Vodafone Park

11 May 2013-cü ildə Gənclərbirliyi matçı ilə sökülən İnönü Stadionunun yerinə tikilən Vodafone Park (əvvəlki adı ilə Vodafone Arena) 11 Aprel 2016-cı ildə Bursaspor matçı ilə təkrar istifadəyə verildi. Stadionda ilk qolu alman futbolçu Mario Qomes atıb. Stadion 41.903 tamaşaçıya sahibdir. 147 ədəd özəl otaq və burada ümumi 1847 oturacaq, VIP tribunasında isə 2150 oturacaq mövcuddur. 20 Avqust 2013-cü ildə Beşiktaş, mobil operator Vodafone ilə 15 illik müqavilə bağladı. Müqaviləyə əsasən Vodafone stadionun tikilməsinin böyük bir hissəsini qarşılayacaq və 15 il stadionun ad sahibi olacaq. Bundan əlavə 2014-cü ildən etibarən 5 mövsüm forma sponsoru olacaq. Bu razılaşmalardan Beşiktaş 145 milyon dollar qazanacağı açıqlanıb.

BJK Akatlar Arena

[redaktə | mənbəni redaktə et]

İstanbulun Beşiktaş rayonunda yerləşən bu salon Beşiktaşın basketbol və voleybol oyunlarına ev sahibliyi edir. Arenanın tutumu 3200 olsa da konsert və s. kimi tədbirlərdə 4500-ə qədər çoxaltıla bilir.

Süleyman Seba İdman Salonu

[redaktə | mənbəni redaktə et]

İstanbulun Beşiktaş rayonunda olan salon 1999-cu il 17 Sentyabrda istifadəyə verilmişdir. 1500 nəfər tutuma sahib salon Həndbol və Əlil Basketbol klubunun ev oyunlarını keçirilməsinə xidmət göstərir.

BJK Nevzat Dəmir Təlim Ərazisi

[redaktə | mənbəni redaktə et]

Beşiktaş futbol klubunun məşq, təlim ərazisidir. İstifadə haqqı 49 illik Beşiktaşda olan ərazi 26 iyul 2002-ci ildə açılıb. Nevzat Dəmir tərəfindən tikildiyinə görə bu insanın adı verilmişdir. 145 km² sahəyə sahib ərazidə peşəkər klub, rezerv klub, təlim binası, media binası və 30 km² ərazili ot örtüyü vardır. 2015-ci ildə ot örtüyü hibrid örtük adı verilən texnologiyaya uyğun hazırlanmışdır.

Əvvəlki stadion və məkanlar

[redaktə | mənbəni redaktə et]

Beşiktaşın əvvəlki stadionları Taksim Stadionu və Şərəf Stadionudur.

İnönü Stadionu

[redaktə | mənbəni redaktə et]

19 May 1947 tarixində açılan İnönü stadionunda ilk matç Beşiktaş və İsveçin AİK klubu ilə qarşılaşıb. Matçı 3-2 qalib bitirən Beşiktaşda Süleyman Seba stadiondakı ilk qolu vuran futbolçu olub. Stadionun 1952-ci ildə adını Mitadpaşa olaraq dəyişdirilsə də 1974-cü ildə təkrar İnönü stadionu olub. 2004-cü ildə yenidən qurma işləri nəticəsində 16 min olan tamaşaçı tutumu 32.086-ya artırıldı. 2013-cü ildə stadionun sökülüb yerində yenisinin tikilməsinə qərar verildi. Son matç 11 may 2013-cü ildə Gənclərbirliyi matçı idi. Beşiktaş matçı 3-0 qalib bitirdi. Stadiondakı son qolu isə Filip Holosko atdı.

İnternetdə aparılan sorğuya görə Türkiyədə Beşiktaşın 14 milyon azarkeşi mövcuddur. Bununla birlikdə araşdırmalara görə digər klublar tərəfindən ən çox sempatiya olunan klubdur.[22] Beşiktaş klubunun tərəfdar qrupu Çarşıdır. İstanbulun Beşiktaş rayonunun əsas bazarının (çarşısı) adı ilə bağlıdır. 2007-ci ildə Çempionlar Liqası matçında Liverpul ilə oyunda tərəfdarlar insanların yarada biləcəyi səs rekordunu qırmış lakin o anda stadionda Ginnesin Rekordlar Kitabı üçün müşahidəçi olmadığına görə bu rəsmiləşdirilməmişdir. 22 Sentyabr 2013-cü ildə Qalatasaray ilə oyunda 80 min azarkeş ilə Türkiyə liqası rekordu qırılıb.


  • İlk qurulan idman klubu (1903)
  • İlk idman kompleksi ve lokali kuran Klub (Akaretler-1909)
  • İlk İstanbul Liqası Çempionu (1924)
  • İlk eskirim Çempionu klub
  • İlk güləş Çempionu komanda
  • İlk voleybol çempionu klub
  • İlk Baş Nazir Kuboku
  • İlk Federasiya Kuboku
  • 20 klub arasında keçirilen Türkiyə Liqasınde ilk çempion
  • Çempion Klublar Kubokuna qatılan ilk Türk Komadası (1958-1959)

Avropa Kuboklarında ilk tur keçən klub (1958-1959 Çempion Klublar Kuboku 1-ci seçmə mərhələ)

  • İlk qitələr arası səyahət eləyən klub (ABŞ)
  • İlk maraton müsabiqəsini qazanan idmançı `Maratonçu İbrahim`
  • Türkiyə Süper Kubokunu alan ilk klub
  • Atatürk Kubokunu kazanan ilk klub
  • 100-cü İlində çempion olan ilk Türk komandası

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Arxivlənmiş surət". 2015-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-08.
  2. "Arxivlənmiş surət". 2014-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-07.
  3. "Arxivlənmiş surət". 2014-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-07.
  4. "Arxivlənmiş surət". 2015-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-07.
  5. "Bir Çərkəs Klubu". Cumhuriyet Qəzeti İdman Səhifəsi: s. 5. 2 Oktyabr 2007
  6. "Arxivlənmiş surət". 2015-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-07.
  7. "Arxivlənmiş surət". 2013-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-18.
  8. "Arxivlənmiş surət". 2015-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-23.
  9. "Arxivlənmiş surət". 2013-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-07.
  10. "Arxivlənmiş surət". 2014-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-05.
  11. "Arxivlənmiş surət". 2013-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-07.
  12. "Arxivlənmiş surət". 2014-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-28.
  13. "Arxivlənmiş surət". 2014-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-28.
  14. "Arxivlənmiş surət". 2014-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-28.
  15. "Arxivlənmiş surət". 2013-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-06.
  16. "Arxivlənmiş surət". 2014-07-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-28.
  17. "Arxivlənmiş surət". 2014-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-02.
  18. "Arxivlənmiş surət". 2014-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-01.
  19. "Arxivlənmiş surət". 2014-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-04.
  20. "Arxivlənmiş surət". 2015-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-07.
  21. "Arxivlənmiş surət". 2013-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-19.
  22. "Arxivlənmiş surət". 2015-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-28.