Ben-Qurionun evi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Ben-Qurionun daxması — (ivr.צריף בן גוריון‏‎) İsrailin cənubundakı Negev səhrasında Kibbutz Sde Bokerdə yerləşir. İsrailin ilk baş naziri David Ben-Qurion bu evi özü və həyat yoldaşı Paula üçün tikdirmişdir.

David Ben-Qurion həmişə hesab edirdi ki, İsrail ərazisinin böyük hissəsini təşkil edən Negev səhrası tədricən məskunlaşdırılmalı və ölkə əhalisinin bir hissəsi həmin yerə köçürülməlidir. O, bu düşüncə ilə orada yaşamaq üçün Sde Bokerin yenicə formalaşmış Kibbutzunu seçmiş və ömrünün sonuna kimi orada əkinçilik və ferma təsərrüfatı ilə məşğul olmuşdur. Əlbəttə David Ben-Qurionun Tel-Əvivdə də evi var idi. Ben-Qurionun vəsiyyətinə əsasən, Sde Bokerdəki Kümə və Tel-Əvivdəki evi İsrail hökumətinə həsr edilmişdir. Hazırda İsrail hökumətinin qərarına əsasən bu iki yer muzeyə çevrilmişdir.[1]

  1. "Archived copy". 23 March 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2024-07-02., Ben-Gurion Heritage Institute