Cinsi seçmə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Cinsi seçmətəbii seçmənin formalarından olub, Çarlz Darvinin Növlərin mənşəyi kitabında izahını verdiyi anlayışdır.

John Gerrard Keulemansın Paradesia decora tablosunda cənnət quşları

Darvinə görə cinsi seçmə;

" ...həyatda qalma mübarizəsinə bağlı deyil, ancaq erkəklərin arasında dişilərini başdan çıxarma cəhlərinə bağlıdır; nəticə isə uğursuz olan rəqibin ölməsi deyil, ancaq daha az və ya heç bir balanın olmamasıdır.[1] "
" ...hər hansı bir heyvanın dişi və erkəyi eyni ümumi vərdişlərə sahibdirsə.. ancaq quruluş, rəng və naxışları cəhətdən fərqlənirsə, bu tip fərqlənmələrə ümumi mənada cinsi seçmə səbəb olur.[2] "

Darvin cinsi seçməni tovuzquşu, cənnət quşları və dişi maralların buynuzları və şirlərin yalları kimi nümunələr üzərində izah etmişdir.

Cinsi seçmənin kəşfi

[redaktə | mənbəni redaktə et]

Darvin yaratdığı təlim üçün çox sayda növdən məlumat toplasa da, dövrün elmi şərtləri daxilində bu məlumatların hamısını izah edə bilməmişdir. Məsələn, qanunun tarixi müddətini təsdiqləyəcək olan bir çox fosil o vaxtlar hələ tapılmamışdı və göz ilə beyin kimi bəzi orqanlar o dövr üçün təkamüllə meydana gələ bilməyəcək qədər mürəkkəb görünürdü. Üstəlik fərdi xüsusiyyətlərin övladlara necə ötürüldüyü mövzusunda da hər hansı bir məlumat yox idi. Bu səbəbdən Darvinin açıqlamaqda çətinlik çəkdiyi bir çox mövzu olmuşdur. Buna baxmayaraq, əlində təkamül dəyişikliklərini sübut edən o qədər məlumat var idi ki, inkişaf etdirdiyi təlimin səhv olması ona qeyri-mümkün görünürdü. Darvindən sonra gələn elm adamları, Darvinin mərd və dürüstcə Növlərin mənşəyinə əlavə etdiyi "Nəzəriyyənin Çətinlikləri" qismindəki anlaya bilmədiyi nöqtələri tək-tək və istisnasız olaraq açıqladılar və əskik tapdığı boşluqları doldurmağı bacardılar.

Darvin doğulan balaların yalnız həyatda qalmaq mövzusunda müvəffəqiyyətli olmaları hər hansı bir məna ifadə etmədiyini anlamışdır. Çünki nəticə etibarilə hər fərd bir yerdən sonra ölmək məcburiyyətindədir və ölənə kimi nə qədər müvəffəqiyyətli olsa da, özündəki müvəffəqiyyətli genləri ölümsüz etmədiyi müddətdə müvəffəqiyyətinin təkamül baxımından hər hansı bir dəyəri yoxdur. Canlılar yalnız həyatda qalmaq üçün deyil, çoxalmaq (genlərini gələcəyə ötürmək) üçün də mübarizə aparırlar. Bəzi genlərdən qaynaqlanan zahiri xüsusiyyətlər və davranışlar əks cinsi daha çox çəkir, bəziləri də daha müvəffəqiyyətsiz olur. Bu səbəbdən həyatda qalmağı bacara bilənlər həm də artma mövzusunda müvəffəqiyyətli olmaq məcburiyyətində idilər.

Cinsi seçmə qanunu

[redaktə | mənbəni redaktə et]

Əvvəl cinsi çoxalmanın, sonra isə cinsiyyətlərin təkamülləşməyə başlamasıyla birlikdə, eyni növün iki fərqli cinsiyyəti fərqli xüsusiyyətlər qazanmağa başlamışdırlar. Bu vəziyyət növə müxtəliflik baxımından daha çox müvəffəqiyyət gətirmişdir, lakin bu müvəffəqiyyətin qarşılığında cinsiyyətlər bir-birləri üçün mübarizəni də zəruri etmişdir. Bu mübarizə, göründüyü qədər sadə deyil. Çünki əksər hallarda əks cins üçün aparılan mübarizə ölümlə nəticələnir.

Erkək tovuz quşu (sağda), dişi tovuz quşuya (solda) cinsi yaxınlaşma edir

Darvin və Darvindən sonraki alimlər bu vəziyyətin maraqlı bir nəticəsini kəşf etdilər: təbii seçmənin dəstəklədiyi əlamətlər ilə cinsi seçmənin dəstəklədiyi əlamətlər əksər hallarda üst-üstə düşmürdü. Yəni təbii seçmə kiçik və solğun rəngli quyruqları dəstəkləyərkən, cinsi seçmə böyük parlaq rəngləri dəstəkləyirdi. Bu səbəbdən bir növün normal şərtlər altındakı xüsusiyyətlərinin bu iki əks qanun arasındakı tarazlıqla təmin edildiyini deyə bilərik. Yəni sabit şərtlər altında bir tovuz quşu populyasiyasının erkəklərinin quyruq iriliyi və rəng müxtəlifliyi müəyyən sərhədlər daxilində olacaq, amma nə vaxt ki tarazlıq bir tərəfə pozulsa, onda təkamül müddəti daxilində növdə dəyişmələr başlayır. Məsələn, populyasiya üzərindəki ovçu təzyiqi artsa təbii seçmə cinsi seçməni üstələyəcək və hər nəsildə daha qısa və daha solğun quyruqlular həyatda qalacaq. Beləcə bu istiqamətdə təkamül müşahidə ediləcək, lakin ovçu təzyiqi ortadan qalxsa (ya da azalsa), həyatda qalmaq artıq problem olmayacaq (və ya daha asanlaşacaq) və artım mövzusundakı müvəffəqiyyət bütün müvəffəqiyyəti təyin edəcək. Bu vəziyyətdə, nəsillər içərisində daha uzun və daha parlaq quyruqlu populyasiyaların təkamülləşəcəyi aydındır. Darvin bu problemi həll etdiyində, olduqca rahatlaşmışdır. Çünki tovuz quşlarından başqa digər növlərdəki bir çox xüsusiyyət cinsi seçmə sayəsində açıqlana bilmişdir. Məsələn, maralların yerimə və qaçma bacarıqlarını olduqca məhdudlaşdıran nəhəng buynuz strukturları cinsi seçmə qanunu ilə asanlıqla açıqlana bilər. Onsuz da sonradan aparılan təcrübələrlə cinsi seçmənin təkamül dəyişiklikləri yarada biləcəyi laboratoriya mühitində də təsdiq edilmişdir.

Təbiətdə cinsi seçmənin və çoxalma mübarizəsinin əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Təbiətdə hansı canlıya baxsaq, az və ya çox miqdarda cinsi seçmə görərik. Buna, bir növ üzərindəki cinsi təzyiq deyilir. Bioloji baxımdan hər növün iki təməl həyat məqsədi var.

  1. Həyatda Qalmaq
  2. Çoxalmaq Planetdəki insanların istisnasız hamısı, həyatda qalma mübarizəsindən, ya da çoxalmaqdan imtina etsələr, insan növünün 80–100 il ərzində nəslinin kəsiləcəyi görünər. Çünki bu dəqiqə doğulan bir körpə də, əgər heç kim nəsil artırmasa, 80–100 il dən sonra öləcək və o da nəsil artıra bilməyəcəyi üçün insan nəsli davam etməyəcək. Məhz bu səbəbdən, bütün növlərin 2 bioloji məqsədi var. Bunu cinsi yolla artan bütün canlılara aid edə bilərik. Təbiətdə hər heyvan doğuşundan ölümünə qədər ilk olaraq həyat mübarizəsi , sonra isə çoxalma mübarizəsi aparır. Çoxalma mübarizəsi, dediyimiz kimi, növlərin bəzi fərdləri üzərində cinsi təzyiq dediyimiz amili meydana gətirir. Bu, əks cinsə təsir edə bilmək üçün bir fərdin sahib olması lazım olan xüsusiyyətlərdir. Təbiətdə fərdlər, cütləşə bilmək üçün bir-biriləriylə mübarizə aparmaq məcburiyyətindədirlər. Və bəzi xüsusiyyətlərə sahib olan fərdlər, digərləri ilə müqayisədə daha üstün mövqedə olurlar və çoxalma şansları da artır.

Cinsi seçmənin növləri

[redaktə | mənbəni redaktə et]

Cinsarası seçmə

[redaktə | mənbəni redaktə et]

Təbiətdə dişilər arasında gedən mübarizə nümunələri çoxdur, amma erkəklər arasında olan döyüş, hər vaxt dişilər arası olanından daha çox və sərtdir. Bunun səbəbi, təbiətdə çox böyük nisbətdə növlərin dişilərinin erkəklərini seçməsi vəziyyətinin etibarlı olmasıdır. Quşlardan insana, həşəratlara qədər bir çox növdə ümumiyyətlə dişilər seçici mövqedə, erkəklər isə seçilən mövqedədir. Elm adamları bunlarla əlaqədar bir çox nəzəriyyələr irəli sürmüşdürlər. Bunlardan ən maraqlısı, dişilərin daha çox seçici olmasının səbəbini izah edən qamet miqdarıdır. Bunun bir başqa adı cins qatqısıdır. Nəticə olaraq ortaya çıxan erkək-dişi fərqlilikləri nəticəsində yaranan təkamül təzyiqi isə Cinsarası (İnterseksual) Seçmə adıyla tanınır. Dişilər, ümumiyyətlə erkəklərə görə müqayisə edilməyəcək qədər az sayda qamet çıxarırlar. Məsələn insanda, dişilər cütləşmədə istifadə edilmək üçün 1 yumurta (qamet) çıxarır, kişi isə milyonlarla spermatozoid (qamet). Bu vəziyyət, cinsi fərq səbəbiylə, dişilərin daha qiymətli, erkəklərin isə daha dəyərsiz olduğunu göstərir. Çünki təbiətdə az olan hər zaman daha qiymətlidir. Buradakı "qiymət" və "dəyər" sözləri əlbəttə əxlaqi mənada deyil, təkamül mənasındadır. Çünki növlərin təkamülündə, ömürləri ərzində sərf etdikləri hər enerji əhəmiyyətlidir və uyğunlaşma müvəffəqiyyətlərinə təsir edir. Beləliklə, erkəklər seçilmək üçün daha çox enerji sərf edir, dişilər isə seçmək üçün daha az enerji sərf edirlər. Təbii ki bu bütün növlərə aid deyil, çünki bəzi canlılarda bunun əksini müşahidə etmək olar.

Cinsdaxili seçmə

[redaktə | mənbəni redaktə et]

Cinsdaxili (İntraseksual) Seçmədə, ümumiyyətlə ikincili cinsi əlamətlər dediyimiz xüsusiyyətlər seçilir, ya da uduzur. Bu seçmənin tək səbəbi, əks cins üçün aparılacaq mübarizədən zəfərlə çıxa bilmək, rəqibləri uzaqlaşdırmaq, yaralamaq və ya öldürməkdir. Nümunə olaraq buynuzlar göstərilə bilər. Bunlar ümumiyyətlə "silahlar" kimi də təyin oluna bilər, çünki dişi üçün aparılacaq mübarizədə böyük əhəmiyyətə sahibdirlər.

Cinsi qarşıdurma

[redaktə | mənbəni redaktə et]

Cinsi qarşıdurma daha texniki bir termindir və bir cinsiyyətə təsir etməyə çalışan əks cinsiyyətdəki fərdlərin bir-birləriylə üst-üstə düşən, yəni sağlam və formda olmaq baxımından bərabər dəyərə sahib xüsusiyyətlər təkamülləşdirmiş olmalarından qaynaqlanır.

Cinsi seçmə nümunələri

[redaktə | mənbəni redaktə et]

Nümunə: Şimal Dənizfili

[redaktə | mənbəni redaktə et]

Şimal Dənizfililəri hər il cütləşmə dövrlərində amansız döyüşlər aparan bu növün erkək fərdlərindən qazananlar, 30–100 arası dişiylə cütləşə bilərkən, məğlub olanlar bəzən heç bir dişiylə cütləşə bilmirlər. Bu səbəbdən hər vaxt ən güclü dişlərə, çənəyə və kəlləyə sahib olan fərdlər bu qanlı mübarizədə daha üstün mövqedə olacaq və cinsi seçmə bu canlıların lehinə işləyəcəkdir.

Nümunə: Tovuzquşları

[redaktə | mənbəni redaktə et]

Cinsi Seçmənin ən məşhur nümunəsi tovuz quşlarıdır. Erkək tovuz quşlarının ovsunlayıcı deyilə biləcək quyruq tüklərini hamımız bilirik. Ancaq maraqlıdır ki, bu tüklər əslində onun üçün daşınmaz bir yükdür. Və təbii mühitdə olan tovuz quşları üçün yeganə deyimlə "ölümcüldür". Çünki tovuz quşunu inanılmaz dərəcədə yavaşladırlar və ovçulardan qaçmasını qeyri-mümkün hala gətirirlər. İllərcə elm əleyhdarları bu tükləri Təbii Seçməyə qarşı olaraq təqdim etmişlər və "bir quşa qaçmasında çətinlik təmin edəcək bir xüsusiyyətin təkamül ilə açıqlana bilməyəcəyini, amma insanın göz zövqü üçün belə gözəl bir quş yaradıldığıyla açıqlana biləcəyini" iddia etmişlər, amma artıq bilirik ki, tovuz quşlarının bu gözəl və ağır quyruqları dişilərin həmişə daha al-əlvan rənglərə sahib və uzun quyruqlu olan fərdləri seçmələrindən, yəni cinsi seçmədən qaynaqlanır.

Nümunə: Marallar

[redaktə | mənbəni redaktə et]

Bir başqa nümunə, yenə dişi üçün bir-biriylə ağlasığmaz şiddətdəki mübarizələrə daxil olan marallardır. Bəzi maral növləri, uzun buynuzları və güclü başlarıyla bir-birləriylə inanılmaz sərtlikdə vuruşurlar. Sonunda məğlub olan erkək dişilərdən əl çəkir və qazanan hətta birdən çox dişiylə cütləşə bilir.

Nümunə: Quşlar

[redaktə | mənbəni redaktə et]

Quşlarda da xüsusilə İnterseksual Seçməyə gözəl nümunələr var. Uçuş sürəti, yüksəkliyi, forması; tük rənginin tonları, rəngarəngliyi; dişilər üçün aparılan mübarizələr; bəzən ən yaxşı və dayanıqlı yuvanı quran erkəklər və bu tip ikinci xüsusiyyətlər quşların seçiminə təsir edir. Ətrafımızdakı bir çox rəngbərəng quşların mövcud olma səbəbləri, üzərlərindəki cinsi təzyiqdir. Bu, xüsusilə tutuquşularda daha çox görülür.

Nümunə: İnsan

[redaktə | mənbəni redaktə et]

İnsanda da Cinsi Seçmə mövcuddur. Zəkanın inkişafıyla birlikdə bəlkə seçmə tək tərəfli, yəni yalnız dişilərin seçməsindən ibarət deyil, amma bu vəziyyətin hələ də etibarlı olduğu deyilə bilər. İbtidai insanlarda dişilərin əzələli, güclü və dayanıqlı kişiləri, kişilərin isə daha iri sinəli, daha geniş ombalı qadınları seçdiyini bilirik. Çünki iri sinələr daha çox süd verə biləcək və iri ombalar isə daha çox sayda uşaq doğa biləcək fərdləri işarə edir. Hal-hazırda isə ağlın inkişafıyla əlaqədar bu seçimlər daha mürəkkəb bir hal almışdır, amma təməl olaraq bir çox kişinin meyli ilə qadının meyli, bəzi sərhədlər daxilində ümumiləşdirilə bilər. Rəngli gözlü, rəngli saçlı, açıq bədənli qadınlar seçim səbəbi olarkən, kişilərdən də yenə daha möhkəm bir görünüşə sahib olan, uzun boylu kişilər seçim səbəbidir. Bu seçimlər adamdan adama çox dəyişir, lakin nə olursa olsun, nəticə eynidir: Fiziki görünüş, cinsi seçmədə rol oynayır.

Cinsi Seçmə, təkamülün qaçılmaz bir parçasıdır və bəzən Təbii Seçmədən, yəni həyatda qalmaqdan daha böyük əhəmiyyət daşıya bilir. Üstəlik Cinsi Seçmə bir çox digər Təkamül mexanizmləri kimi təcrübi olaraq da təsdiq edilmişdir.

Həyatın Təkamülü

bio.research.ucsc.edu

bio.research.ucsc.edu

www.zoology.ubc.ca

www.stanford.edu

www.nature.com

press.princeton.edu

evolution.berkeley.edu Arxivləşdirilib 2006-09-01 at the Wayback Machine

en.wikipedia.org

en.wikipedia.org — sexual selection

  1. Darwin, Charles (1859). On the Origin of Species (1st edition). Chapter 4, page 88. "And this leads me to say a few words on what I call Sexual Selection. This depends ..." http://darwin-online.org.uk/content/frameset?viewtype=side&itemID=F373&pageseq=12 Arxivləşdirilib 2011-11-05 at the Wayback Machine
  2. Darwin, Charles (1859). On the Origin of Species (1st edition). Chapter 4, page 89. http://darwin-online.org.uk/content/frameset?viewtype=side&itemID=F373&pageseq=12 Arxivləşdirilib 2011-11-05 at the Wayback Machine

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]