DICE Los Angeles

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
EA Digital Illusions CE AB
Ümumi məlumatlar
Tipi diviziya
Sənaye Videooyun sənayesi
Məhsulları
Təsis tarixi 1995 (29 il əvvəl) (1995)[1]
Baş qərargahın yeri
Struktur
Ana şirkət
Rəhbərlik
Təsisçilər
dice.se/about/los-angeles/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

DICE Los Angeles (əvvəllər DreamWorks Interactive L.L.C., EA Los AngelesDanger Close Games) — ABŞ videooyun istehsalı şirkəti. "DICE Los Angeles" 1995-ci ilin aprel ayında "DreamWorks" və "Microsoft" şirkətləri tərəfindən təsis edilmişdir və 2013-cü ildən bəri "EA DICE" şirkətinin diviziyasıdır. 2000-ci ildə "Electronic Arts" studiyanı satın almış və onun adını "EA Los Angeles", daha sonra isə 2010-cu ildə "Danger Close Games" olaraq dəyişmişdir. 2013-cü ildə studiya baş ofisi İsveçdə yerləşən "EA DICE" şirkətinin bir diviziyası olmuş və "DICE Los Angeles" adını almışdır. Şirkət başlıca olaraq yaratdığı "Medal of Honor" və "Command & Conquer" videooyun seriyalarına görə tanınır.

DreamWorks Interactive (1995–2000)

[redaktə | mənbəni redaktə et]

"DreamWorks Interactive" şirkətinin təsis ediləcəyi 22 mart 1995-ci ildə açıqlanmışdır.[1] 3 aprel 1995-ci ildə fəaliyyətə başlayan şirkət "DreamWorks" və "Microsoft" şirkətlərinin birgə idarə etdiyi bir müəssisə idi. Studiyaya rejissor Stiven Spilberq rəhbərlik edirdi. Spilberqin dövründə studiya çoxlu lisenziyalı videooyun buraxmışdır. "Los Angeles Times" qəzetinin redaktoru Lezli Helmin dediyinə görə, şirkətin istehsal etdiyi ilk videooyunlar olduqca müvəffəqiyyətsiz idi.[2] Şirkətin ən böyük uğurlarından biri 1997-ci ilin avqust ayında satışa çıxardığı "Goosebumps: Escape from Horrorland" idi. Oyun ümumi olaraq 130 min nüsxə satmışdır.[3]

31 oktyabr 1999-cu ildə studiya PlayStation konsolu üçün birinci şəxs atıcı janrındakı "Medal of Honor" videooyununu satışa çıxarmışdır. "Electronic Arts" tərəfindən nəşr olunan bu oyun şirkətin ən uğurlu videooyun seriyasına çevrilmişdir.[4]

EA Los Angeles (2000–2010)

[redaktə | mənbəni redaktə et]

"Medal of Honor" videooyununun əldə etdiyi müvəffəqiyyətdən sonra "Electronic Arts" şirkəti 24 fevral 2000-ci ildə "DreamWorks" və "Microsoft"dan satın almışdır.[5] Şirkətin adı "EA Los Angeles" olaraq dəyişdirilmişdir. Buna əlavə olaraq, şirkət əsasən "Medal of Honor" seriyası üzrə işləyəcəkdi. Onlar həmin il "Medal of Honor: Underground" videooyununu satışa çıxarmışdır.[6] 6 avqust 2003-cü ildə "EA Los Angeles" Bel-Eyrdən Playa-Vistaya köçmüşdür.[7] Həmin ofisdə onlar "EA Pacific" ilə birləşdirilmiş və "Westwood Studios"un bir neçə əməkdaşını işə almışdır. Buna görə də, şirkət "Command & Conquer" seriyası üzrə işləməyə başlamışdır.[8]

Danger Close Games (2010–2013)

[redaktə | mənbəni redaktə et]

22 iyul 2010-cu ildə "Electronic Arts" "EA Los Angeles" şirkətinin "Danger Close Games" olaraq rebrendləşdiriləcəyini açıqlamışdır.[9] Şirkət bu dövrdə sadəcə "Medal of Honor" videooyunları üzrə işləmişdir.[10] Onların ilk layihəsi "Medal of Honor" 12 oktyabr 2010-cu ildə Microsoft Windows, PlayStation 3Xbox 360 platformaları üçün satışa çıxarılmışdır.[11] Oyunun davamı olan "Medal of Honor: Warfighter" 23 oktyabr 2012-ci ildə satışa çıxarılmışdır.[12]

DICE Los Angeles (2013–)

[redaktə | mənbəni redaktə et]

31 yanvar 2013-cü ildə "Electronic Arts" "Medal of Honor" seriyasını "Warfighter" epizodunun müvəffəqiyyətsizliyinə görə ləğv etmişdir. 15 may 2013-cü ildə studiya "EA DICE" şirkətinin bir diviziyası olmuşdur. "DICE Los Angeles" studiyası "Battlefield 4" videooyununun istehsalında "DICE Stockholm" ilə birgə işləmişdir.[13]

İl Ad Platforma(lar)
DreamWorks Interactive L.L.C. olaraq
1996 Someone's in the Kitchen! Microsoft Windows
Steven Spielberg's Director's Chair Microsoft Windows
Goosebumps: Escape from HorrorLand Microsoft Windows
The Neverhood Microsoft Windows
1997 Chaos Island: The Lost World Microsoft Windows
Goosebumps: Attack of the Mutant Microsoft Windows
Dilbert's Desktop Games Microsoft Windows
The Lost World: Jurassic Park PlayStation
1998 Skullmonkeys PlayStation
Small Soldiers PlayStation
Small Soldiers: Squad Commander Microsoft Windows
Trespasser Microsoft Windows
1999 BoomBots PlayStation
T'ai Fu: Wrath of the Tiger PlayStation
Warpath: Jurassic Park PlayStation
Medal of Honor PlayStation
2000 Medal of Honor: Underground PlayStation
EA Los Angeles olaraq
2001 Clive Barker's Undying macOS, Microsoft Windows
2002 Medal of Honor: Frontline GameCube, PlayStation 2, Xbox
2003 Medal of Honor: Rising Sun GameCube, PlayStation 2, Xbox
2004 GoldenEye: Rogue Agent GameCube, PlayStation 2, Xbox
Medal of Honor: Pacific Assault Microsoft Windows
The Lord of the Rings: The Battle for Middle-earth Microsoft Windows
2005 Medal of Honor: European Assault GameCube, PlayStation 2, Xbox
2006 The Lord of the Rings: The Battle for Middle-earth II Microsoft Windows, Xbox 360
2007 Command & Conquer 3: Tiberium Wars macOS, Microsoft Windows, Xbox 360
Medal of Honor: Vanguard PlayStation 2, Wii
Medal of Honor: Airborne Microsoft Windows, PlayStation 3, Xbox 360
Medal of Honor: Heroes 2 PlayStation Portable
2008 Boom Blox Wii
Command & Conquer: Red Alert 3 macOS, Microsoft Windows, PlayStation 3, Xbox 360
2009 Boom Blox Bash Party Wii
2010 Command & Conquer 4: Tiberian Twilight Microsoft Windows
Danger Close Games olaraq
2010 Medal of Honor Microsoft Windows, PlayStation 3, Xbox 360
2012 Medal of Honor: Warfighter Microsoft Windows, PlayStation 3, Xbox 360
DICE Los Angeles olaraq
2013 Battlefield 4 Microsoft Windows, PlayStation 3, PlayStation 4, Xbox 360, Xbox One
2016 Battlefield 1 Microsoft Windows, PlayStation 4, Xbox One
2017 Star Wars Battlefront II Microsoft Windows, PlayStation 4, Xbox One
  1. 1 2 Fabrikant, Ceraldin. "THE MEDIA BUSINESS; Dreamworks and Microsoft in Multimedia Venture". The New York Times. 1995. 23 may 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2018.
  2. Helm, Lezli. "Have CD-ROMances Run Their Course?". Los Angeles Times. 18 avqust 1997. 7 yanvar 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2018.
  3. GamerX. "December's 30 best-sellers". CNET Gamecenter. 3 fevral 1997. 1997-07-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-15. (#invalid_param_val)
  4. "Medal of Honor". Medalofhonor.wikia.com. 30 may 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2018.
  5. Keri, Tiffani. "EA buys Dreamworks Interactive". ZD Net. 24 fevral 2000. 11 sentyabr 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2018.
  6. Farmer, Melane Avstriya. "Electronic Arts to buy DreamWorks, Microsoft venture". CNET. February 24, 2000. 23 dekabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2018.
  7. "Electronic Arts Preps Massive LA Studio". IGN. 6 avqust 2003. 20 sentyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2018.
  8. Parker, Sem. "EA consolidates studios, closes Westwood". GameSpot. January 29, 2003. 2 mart 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2018.
  9. Qilbert, Ben. "'Danger Close' studio formed at EA by Medal of Honor team". Engadget.com. 22 avqust 2010. 29 yanvar 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2018.
  10. Qilbert, Ben. "Danger Close: The story behind EA LA's new name". Engadget. 23 iyul 2010. 17 avqust 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2018.
  11. Reyli, Cim. "Medal of Honor Team Forms New Studio". IGN. 22 iyul 2010. 2 noyabr 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2018.
  12. Dayer, Miç. "Medal of Honor: Warfighter Review". IGN. 26 oktyabr 2012. 28 noyabr 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2018.
  13. Hanzqard, Yens; Ledel, Yohann. "EA Opening New Los Angeles Game Studio". The Wall Street Journal. 15 may 2013. 18 may 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 avqust 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]