Hindenburq (dirijabl)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
"Hindenburq"un qəzaya uğradığı an

Hindenburq (dirijabl), LZ 129 Hindenburg (Luftschiff Zeppelin №129) — 6 may 1937-ci ildə ABŞ-də qəzaya uğrayaraq 36 nəfərin ölümünə səbəb olan alman dirijablı. Almaniya prezidenti Paul fon Hindenburqun şərəfinə adlandırılmışdır.

Nəhəng gümüşü dirijabl Atlantik okean sahillərindən Nyu-Yorka tərəf hərəkət edirdi. Aşağıda- eyvanlarda, həyətlərdə, küçələrdə minlərlə insan isə onu təntənə ilə qarşılayırdı. Şahidlərin sözlərinə görə o, nəhəng qeyzerə bənzəyirdi. Bəziləri onu yanan şəlaləyə oxşadırdı. Səma nəhəngi "Hindenburq" cəmi 4 saniyəyə külə döndü.

"Hindenburq"a Avropadan Amerikaya gəlmək üçün cəmi 2 gün kifayət etdi. 1937-ci ildə bəşəriyyət hava okeanına qalib gəldi. Qalib olmaq isə əsl alman soyadlı kapitana- Maks Prussa qismət oldu. Atlantikadan keçən yolda "Hindenburq" Britaniya hərbi eskadrası üzərindən keçirdi. Britaniya ordusun gəmiləri salamlama əlaməti olaraq siqnal verməli idilər. Lakin, onlar elə bil ki, 140 km/saat sürətlə hərəkət edən nəhəng dirijablı görməmişdilər. Yəqin ki, ingilislər Birinci Dünya müharibəsində qalib gəldikləri almanların onları hava nəqliyyatında necə öncələdikləri ilə barışa bilmirdilər. Axı, inglislər hələ də "Hindenburq"a bənzər bir şey yarada bilməmişdilər.

LZ-129 nömrəli bu nəhəng öz vətənində III Reyxin fəxri hesab olunurdu. "Hindenburq" alman zehninin və texnologiyasının ən nümunəvi bəhrəsi idi.

XX əsrin 30-cu illərində dirijabllar insan bəşəriyyətinin ən müasir və dəbli uğuru hesab olunurdu. Onlar təkrar yanacaq doldurulmadan o zaman üçün böyük məsafə qət etmək imkanlarına malik idi. Dirijabllar vasitəsilə yüzlərlə ton lazımi məhsul daşınırdı. Müharibə zamanında isə bombardmançı qismində çıxış edə bilirdilər. "Hindenburq" öz dövrünün ən möhtəşəm dirijablı idi. O, öz xüsusiyyətlərinə görə "Titanik"ı da xatırlayırdı. Gümüşü korpusun uzunluğu 248 metr idi. Gəminin göyərtəsi 16 yerə bölünmüşdü. Yuxarı hissədə 26 yerlik kayut, restoran, bar, salon və oxu zalı mövcud idi. Aşağı hissədə isə siqaret çəkmək üçün yerlər, hamam, ayaq yolları və mətbəx yerləşirdi.

Özünün çoxsaylı kayut və barları ilə "Hindenburq" öz-özlüyündə nəhəng "hidrogen bombası" idi. Nəhəng dirijablın içində olan 15 balonda iki yüz min kub metr ən tez alışan qaz yerləşirdi. Kiçik bir qığılcım kifayət edərdi ki, dirijabl alışsın. "Hindenburq"un yaradıcısı Quqo Eknerın hesablamalarına görə əgər hidrogen əvəzinə dirijabl alışmayan helium ilə doldurularsa, dirijabl daha da qarşısıalınmaz olacaq. Lakin o zaman heliumun yeganə təbii mənbəyi ABŞ-də Texas ştatında yerləşirdi. Buna görə də Amerika öz şərtlərini diqtə edə bilirdi. Almaniya cəmi bir milyon kub metr helium əldə etmək üçün çox şeydən keçməyə hazır idi, lakin ABŞ konqresi heliumun nasistlərə satılmasının qarşısını alan xüsusi qanun çıxarmışdı.

Nyu-York, 6 May 1937ci il

[redaktə | mənbəni redaktə et]

19:00’da "Hindenburq" Leykerhurst hava limanına istiqamət götürür. "Daimler"in 4 mühərriki də tam gücləri ilə çalışırdı. Aşağıda "Hindeburq"u minlərlə jurnalist, vətəndaş və hətta hərbi orkestr gözləyirdi. ABŞ rəsmiləri Almaniyadan gələn qonağı layiqli qarşılmaq istəyirdilər.

Çikaqodan olan radio-jurnalist Herbert Morison Leykerhurst limanından canlı reportaj aparırdı. O, dayanmadan nəhəng dirijablın möhtəşəmliyindən, onun içində olan oxu zallarından, rəqs meydançalarından həvəslə danışırdı. Həmin reportaj tarixə düşmüşdü. "Budur həmin gözəl Hindenburq yaxınlaşır. Bu nəhəng günəşin al çəhrayı rənginə bürünüb. Budur lyuk açılır, zabit yerə enmə trosunu atır.." Və birdən uzun bir fit səsi eşidilir. Ardınca isə Morisonun bağırtısı: "Aman Allah, o yanır! O düşür! O, aşağıda duran insanların başına düşür!" Yanğının parıltısı və qara tüstü 25 kilometr radiusdan sezilirdi. Yanıq iysi havada bir neçə gün qalmışdı.

Kapitan Maks Prussu yanğının içində xərəkdə çıxarırlar. "Mən başa düşmürəm, mən başa düşə bilmirəm"-deyə o, təkrarlayırdı. O, bir neçə gündən sonra ağır yanıqlar səbəbindən dünyasını dəyişir. Xəstəxanada da o yalnız "mən başa düşə bilmirəm" sözlərini çatdıra bilir.

Hadisədən sonra mətbuat bu hadisəni min cürə yozmağa başladı. Müxtəlif versiya sahiblərinin əsas diqqətini çəkdiyi bir məqam olurdu: demək olar ki, hidrogen bombasının partlamasına baxmayaraq yerdə duran insanlardan heç biri ciddi xəsarət almadı. Sərnişinlər arasında da itkilər gözlənilənlərdən xeyli az idi. 67 sərnişin dəhşətli partlayışdan xilas ola bilmişdi!

Günahkar kimdi?

[redaktə | mənbəni redaktə et]

Hadisənin səbəbini izah etmək üçün dərhal cəhdlər edildi. İlk versiya təbii ki, faşistlər tərəfindən gəldi və onlar anti-faşist diversiyaları bu işdə ittiham etdilər. Lakin iş o qədər də uğurlu alınmadı və 1943cü ildə iş bağlı elan olunur.

Anti-faşistlər də faşistlərdən geri qalmadılar və öz versiyalarını irəli sürdülər. Onların sözlərinə görə "Hindenburq"un göyərtəsinə hələ Almaniyada bomba qoyulmuşdu və bomba "Hindenburq"un 1 nömrəli anqarda olan zaman partlamalı idi, lakin bir qədər gecikməyə görə bomba dirjablın yerə endiyi zaman partlayır. Anti-faşistlərin fikirnə görə Hitler bundan ABŞ hökümətini Almaniyanın fəxrini qorumamaqda ittiham etməkdə istifadə edəcəkdi.

[1]

  1. "Arxivlənmiş surət". 2020-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-13.