Kəsmik

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Evdə hazırlanan kəsmik
Mağazadan alınan kəsmik

Kəsmikinsan orqanizmi üçün faydalı qidalardan biri olan, qatılaşmış sud məhsulu.

Azərbaycanda xalq arasında kəsmik hazırlamaq üçün təzə sağılmış südə bir qədər qatıq əlavə edilir və ocağa qoyulur, süd qaynama dərəcəsinə çatanda kəsilir (çürüyür). Hazır məhlulu torbaya töküb süzürlər. Azərbaycanın bir sıra rayonunda dələmədən də kəsmik hazırlanır. Kəsmiyin sənaye istehsalı üçün süd turşusu bakteriyaları ilə süd mayalandırılır və zərdab kənar edilir. Kəsmiyin tərkibində zülal, yağ və süd şəkəri ilə yanaşı əvəz olunmayan çoxlu metionin və lizin amin turşuları, kalsium, fosfor, dəmir, maqnezium və s. vardır. Yağlılığına görə kəsmik yağlı (ən azı 18%), yarım yağlı (9%), yağsızlaşdırılmış (0,6%) növlərə bölünür. 100 q yağlı kəsmiyin kaloriliyi 230 kkal-dir (960 kc). 1 kq belə kəsmik yağlılığı 3,0—3,5% olan 5,9—6,9 kq süddən hazırlanır. Hazırda 55 növdən artıq kəsmikli məmulat (kəsmikli tort, krem və s.) istehsal edilir.

Kəsmik körpələr üçün faydalıdır

[redaktə | mənbəni redaktə et]

6-7-ci ayda südəmər yaşda uşağın kəsmik qəbul etməsi çox faydalıdır. Uşaq üçün yalnız xüsusi uşaq qidası kimi nəzərdə tutulan kəsmik istifadə etmək olar. Kəsmik ilk dövrlərdə ½ çay qaşığı həcmində qəbul edilməli, sonra isə bu, tədricən bir dəfəyə qida qəbulu üçün 30 q-a qədər artırıla bilər. Bu adətən günorta yeməyi porsiyasıdır. Bu yemək meyvə püresi ilə xüsusilə dadlı ola bilər.[1]

  1. "Arxivlənmiş surət". 2010-12-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-23.