Kupe

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Kupe, 2 və ya 4 oturacaqlı, 2 qapılı, 2 və ya 4 yan şüşələri olan üstü bağlı olan sərnişin daşımaq üçün nəzərdə tutulmuş olan avtomobil kuzası növüdür. 4 qapılı kupe (məsələn, mercedes cls350) nəqliyyat vasitələrində olduğu kimi, buradakı tərif də, tam deyil və ya səhvdir. İki nəfərlik olub bir arxa oturacağı olanlar klub kupe adlandırılmışdır. Avtomobil qısaltmaları kupeni daxili həcmi 934 litrdən daha az olan avtomobillər üçün tanıdığı halda, fransızlar sərnişin salonunun bir şüşə arakəsmə vasitəsilə sürücü bölməsindən ayrılaraq, maşının sürücüsünün açıqda, sərnişinlərinin isə qapalı məkanda hərəkət etdiyi ilk nəqliyyat vasitələrinə coupe chauffeur adını vermişdilər.

Ümumiyyətlə, dörd oturacaqlı iki qapılı, arxa oturacaq yerləri sabit tavanlı, qabaqdakı oturacaq yerlərinin üstü açıla bilən maşınlar da coupe de ville ya da town coupe olaraq adlandırılmışdır. RenaultBugatti bu addan Panel Brougham nəqliyyat vasitələri üçün istifadə etmişdirlər. Brougham, motorlu nəqliyyat vasitələrinin erkən mərhələlərində iki və ya dörd nəfərlik qapalı bir avtomobili təsvir etmək üçün istifadə edilmişdir. Belə avtomobillərin kəskin xətləri və hamar səthləri olanlarına isə Panel Brougham deyilmişdir.

İki qapılı, sürücünün yanındakı oturacağın yığıla bilindiyi maşınlar isə Opera kupe olaraq adlandırılır.