Kanada Əmək Konqresi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kanada Əmək Konqresi
Yaranma tarixi 1956
Mərkəzi
canadianlabour.ca
congresdutravail.ca
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kanada Əmək Konqresi (ing. Canadian Labour Congress – CLC; fr. le Congrès du travail du Canada – CTC) — Kanadanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri.[1][2] Konqresin baş qərargahı Ottava şəhərində yerləşir.

Kanada Əmək Konqresi 23 aprel 1956-cı ildə xidmət sahəsində fəaliyyət göstərən işçiləri özündə cəmləşdirən Kanada Həmkarlar İttifaqları və Əmək Konqresi ilə bütün sahələrin əməkçilərini özündə cəmləşdirən Kanada Əməkçilərinin Konqresinin birləşməsi nəticəsində yaranmışdır. Qeyd olunan hər iki təşkilat o dövrün işçilərinin maraqlarını qoruyan aparıcı qurumlar idi.

İlk dövrdə Kanada Əmək Konqresinin üzvləri arasında nəqliyyat, mədən və özəl sektorun işçiləri çoxluq təşkil edirdi. 1960-cı illərdən etibarən digər sahələrdə çalışanlar da bu çoxluğa qatılmağa başladı. 1963-cü ildən başlayaraq Kanadada bir neçə azad həmkarlar ittifaqları yarandı. Bunlardan biri Kanada Dövlət Qulluqçularının Birliyi idi. Bu təşkilat da 1970-ci ildə Kanada Əmək Konqresinin tərkibinə keçdi. Daha sonra səhiyyə və təhsil işçiləri birləşərək həmkarlar ittifaqları yaratdılar. 1990-cı ildə onlar da Konqresin sıralarına qəbul olundu.

Hazırda Kanada Əmək Konqresi 3,3 milyondan çox işçinin maraqlarını qoruyur. Konqres ölkədə fəaliyyət göstərən bütün federal və regional əmək birlik və təşkilatların baş qərargahıdır.

1956-cı ildə Konqresin ilk prezidenti Klaud Jodoin seçilmişdir və o, 1968-ci ilədək bu vəzifədə çalışmışdır.

1999-2014-cü illərdə konqresə başçılıq edən Ken Qeorqeti jurnalistlərə verdiyi müsahibələrinin birində bildirmişdir:

"Bizə inanan işçilərimizin hüquqlarını müdafiə etmək üçün bütün yollardan istifadə edirik. Bütün yollar dedikdə mən tək təşəbbüskarı olduğumuz mitinq, tətil, nümayişləri nəzərdə tutmuram. İşçilərin iş yerlərində baş qaldıran problemlərini həll etmək üçün yerlərdə komissiyalar yaradılıb. Onlar yazılı şəkildə öz çətinlik və tələblərini o komissiyalara bildirirlər. Komissiyalar isə öz növbələrində İcraiyyə Komitəsinin iclaslarında həmin ərizələrin əsasında qoyulan məsələləri müzakirəyə çıxardırlar və müvafiq qərarlar qəbul olunur. Bununla yanaşı, biz həmkarlar ittifaqlarının konqresi olaraq, Parlamentdə də öz tələblərimizi çatdırırıq. Nəticədə müəyyən qərarlar qəbul olunur. Ehtiyac duyulduğu hallarda ölkənin Əmək Məcəlləsinə əlavə və dəyişikliklər edilir".

2014-cü ildən bəri təşkilata Hassan Yussuf rəhbərlik edir.

  1. "Who We Are". Canadian Labour Congress. 2022-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-27.
  2. "Canadian Labour Congress". Encyclopaedia Britannica. 2022-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-27.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]