Karbon planeti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Karbon planeti
Şərəfinə adlandırılıb
Karbon

Karbon planetiYer kürəsindən bir neçə dəfə böyük olan, demək olar ki, bütünlüklə kristallaşmış karbondan ibarət planet. Səthində 1600 dərəcə isti olan bu planet sürətlə fırlanır.[1]

Səthində 400 dərəcə istilik olan bu planetdə cazibə qüvvəsi çox güclüdür və səthindən qalxan buxar yuxarıda buz qatı əmələ gətirir. Buna baxmayaraq aşağıda, səthdə yanmaqda olan təbəqə var.

Karbon planet bəşəriyyətə məlum olan ən qaranlıq planetdir. O, səthinə düşən işığın yalnız 1 faizini əks etdirə bilir.

Bu planet eyni zamanda qalaktikada elmə məlum olan ən böyük su kütləsidir. Qalaktikada sərbəst halda rast gəlinən bu su kütləsi elmə yeni məlum olub. Onun su tutumu yer üzündəki okeanın nə az nə çox 140 trilyon qatına bərabərdir. ABŞ Milli Kosmik Agentliyinin mütəxəssisləri bu kütləyə qalaktikanın su anbarı adını verib. Yeri gəlmişkən bu kütlə buxar halındadır. Nə qədər qəribə olsa da əsasən qaz və toz buludu olan Saggitarius B-nin içərisində böyük miqdarda alkoqol da var.

Bu planetlərdən ibarət sistemə insan təfəkkürünün yetişə bilməyəcəyi qədər çox sayda planetlər qrupu daxildir. ABŞ Milli Kosmik Agentliyi bu sistemə Kuasar adını verib. Sistemin genişliyi 4 milyard işıq ilini əhatə edir. Bizim qalaktikadan ən azı 40 min dəfə böyük olan bu sistem o qədər nəhəngdir ki, onu ifadə etmək üçün bu gün mövcud olan istənilən astronomik model yetərsiz qalır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]