Müzakirə:Orta əsrlər Azərbaycan ədəbiyyatının xronologiyası

Vikipediya saytından
Ən son rəy:8 il öncə, Sefer azeri tərəfindən "Yusif və Züleyxa" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç

Adlandırılma

[mənbəni redaktə et]

Məncə Orta əsrlər Azərbaycan ədəbiyyatının xronologiyası adlandırılsa daha düzgün olar. Çünki, orta əsrlərdə naməlum müəlliflər tərəfindən yazılmış əsərlər, həmçinin folklor nümunələri (dastanları nəzərdə tuturam) də vardır ki, onların da bu siyahıda göstərilməsi yaxşı olardı. Hörmətlə --sefer azeri 10:16, 13 iyul 2015 (UTC)Cavabla

Dəyişdirildi.--Shahrux (müzakirə) 10:19, 13 iyul 2015 (UTC)Cavabla

Yusif və Züleyxa

[mənbəni redaktə et]

İranica ensiklopediyasıbda [1] Xətai Təbrizi haqqında yazılıb:

Among the Azeri poets of the 9th/15th century mention should be made of Ḵaṭāʾī Tabrīzī. He wrote a maṯnawī entitled Yūsof wa Zoleyḵā, and dedicated it to the Āq Qoyunlū Sultan Yaʿqūb (r. 883-96/1478-90), who himself wrote poetry in Azeri.

KİV-də [2] Əhmədi Təbrizi haqqında yazılıb:

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutu İstanbulun Mərmərə Universitetinin Fənn-ədəbiyyat fakültəsinin kitabxanasından XVI əsr Azərbaycan şairi Əhmədi Təbrizinin «Yusif və Züleyxa» poe­ma­sının surətini əldə edib. İnstitutdan APA-ya verilən xəbərə görə, indiyədək Əhmədi Təbrizinin 1479-cu ildə yazılmış «Əs­rarnamə» adlı əsəri məlum idi. Hər iki əsəri müəllif Ağqoyunlu hökmdarı Sultan Yəqu­bun (1478-1490) dövründə əmirül-üməra olan Xəlilullaha təqdim edib.

Məncə hər iki şair eyniadlı əsəri eyni Sultan Yaquba həsr etmiş ola bilməz. Ona görə də yalnız İranicadakı məlumatı məqaləyə əlavə edirəm.--Shahrux (müzakirə) 10:54, 13 iyul 2015 (UTC)Cavabla

Azərbaycan dilində (türk dilində) "Yusif və Züleyxa"nın ilk variantı anonimdi. Sonradan müxtəlif şairlər eyni mövzunu işləyiblər. azərbaycan ədəbiyyatı tarixində (I cild, Bakı, 2006) yuxarıda adlarını qeyd elədiyin şairlərin heç birinin adı çəkilmir. Başqa mənbə bilirsinizsə dəqiqləşdirməyə çalışsanız yaxşı olar. Məsələn baxmaq olar, Xətai Təbrizinin "Əsrarnamə" adlı əsəri olub ya yox. Olubsa bu iki şəxsin eyni adam olduğunu düşünmək olar. Hər halda, dəqiqləşdirmək imkanı yoxdursa, hansısa mətbuat nümunəsi ilə müqayisədə ensiklopediyanın verdiyi məlumata üstünlük verməniz normaldı. Hörmətlə --sefer azeri 11:19, 13 iyul 2015 (UTC)Cavabla