Müzakirə:Maçu Piçu

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç

Bu seherin inkler terefinden salinmasi tam deqiq deyil — Bu imzasız yazı 212.47.134.82 (m) tərəfindən əlavə edilib;

Tələffüz və Yazılış

[mənbəni redaktə et]

Şəhərin adı dünyaya ispan dilində yazıldığı kimi yayılıb - Machu Picchu. İlk baxışdan, ispan dilində /Maçu Pikçu/ şəklində oxunmalı olduğu kmi görünür. Bu adı ilk dəfə görənlər də məhz /Pikçu/ deyə oxuyacaqlar. Amma normalda /Piçu/ şəklində oxunur. Niyəsini bilmirəm, ola bilsin, Keçua dilinin quruluşu, fonetikası ilə bağlıdır. Hansısa xüsusi səsə görə də belə yazıla bilər, ola bilsin Orta Əsrlərdə bölgəyə gedib çıxmış ispan xronolojistlərin səhvi ucbatından da literatura bu şəkildə yazmaq qaydası keçib. Bununla bağlı ispanlar özləri də müzakirələr aparırlar ki, niyə Picchu yazılır amma Pichu oxunur deyə. Bəzi qaynaqlara görə keçua dilində, Piqchua yazılırmış. Təbii ki, keçua dilində amma latin qrafikasıyla. 50-ci illərdə latın qrafikalı keçua əlifbası revizə edilir və Picchu yazılmağa başlanır. İddiaya görə bundan sonra Pichu şəklində tələffüz yayğınlaşır.

Azərbaycan mediasını qaynaq olara istifadə edənlərə gəlincə:

http://www.bizimyol.info/news/57491.html

http://metbuat.ru/news/734831/inklerin-itirilmis-seheri.html https://a24.az/peru-antik-dunya/

Amma https://www.youtube.com/watch?v=OfgQL5afycE göründüyü kimi yerli keçua bələdçisi düzgün tələffüsü bildirir. Belə ki, keçua dilinə görə "Pihçu" deyə oxunmalıdır. İ bir qədər uzadılır. İspan dilində H hərfli səsli oxunmadığına görə, ola bilsin bu səbəbdən ispanlar Pihçudan h-nı çıxardıb və Piçu deyə oxumağa başlayıblar. Lakin yazıda H, özünü Q daha sonra da C şəklində olsa da, qoruya bilmişdir.