Müzakirə:Səfəvilik

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç

Tarixdə ilk dəfə Şiə məzhəbini rəsmi din kimi gəbul etmiş dövlət Səfəvilər dövləti deyil--Melikov Memmed 07:59, 30 İyun 2010 (UTC)

Müzakirələr zamanı şiəliyin bir neçə qolunun olduğunu unutmaq lazım deyil. Səfəvilər "12 imam şiəsi" (Cəfərilər) inancına sahib idilər. Türkcə vikipediyada onların sufilərin bir qolu olduğu yazılır.--Vago 08:13, 30 İyun 2010 (UTC)
Ümumiyyətlə məqalə kobud yalnışlarla doludur. Ən əsası odur ki, Səfəvilik şiə yönümlü təriqət deyil. Ümumiyyətlə şiə yönümlü təsəvvüfi təriqətlər yoxdur. Səfəviliyin şiə yönümlü olmamasına dair kifayət qədər sanballı mənbələr var. Ən azından Ləmazat kimi mötəbər mənbə bunu təsdiqləyir. Şeyx Səfinin mənqəbələrini oxumaqla da bunu anlamaq mümkündür. Səfəvilik və Xəlvətilik öz mənbəyini eyni yerdən - Zahidiliyin qurucusu məşhur Azərbaycanlı sufi İbrahim Gilanidən götürür. Hər iki təriqət eyni silsilə və dini əsaslara dayanır. O zaman necə ola bilər ki, Xəlvətilik sünni, Səfəvilik isə şiə ynümlü olsun. Ayrıca Səfəvilikdən ayrılan qollar (bayramilik, cəlvətilik və s.) da sünni yönümlüdür. Bu isə başqa sözə yer qoymur. Hər iki təriqətin eyni mənşəli olması haqqında Xəlvətilik məqaləsində Səfəvilik və Xəlvətilik arasında əlaqələr bölməsində yazmışam. Daha geniş informasiya üçün ora baxa bilərsiz. Qısacası Səfəvilərin dövlət dini Səffəvilik təriqəti deyildi. --sefer azeri 15:16, 30 İyun 2010 (UTC)
Deyəsən artıq "İslam təriqətləri" haqqında geniş bilgilərə sahib olmanın zamanıdır. --Vago 10:28, 30 İyun 2010 (UTC)
Təsəvvüfi təriqətlərin 70 faizi Azərbaycan kökənlidir. Yəni dolayısıyla bu birbaşa bizim tariximizlə bağlı olan məsələdir. Mən bəzi şeyləri Azərbaycanda təsəvvüf məqaləsində qeyd etməy çalışmışam, təriqətlər, sufilər haqqında da xeyli məqalələr yaratmışam. Amma hələ çatışmazlıqlar var. Məsələn İşraqilik haqqında dolğun məlumat tapa bilmədim. Lakin Hürufilik, Xəlvətilik, Əxilik, Mövləvilik, Sührəvərdilik kimi təriqətlər haqqında məqalələr yaratmışam. --sefer azeri 15:54, 30 İyun 2010 (UTC)