Mehdi bəy Hacıbababəyov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Mehdi bəy Hacıbababəyov
Şəxsi məlumatlar
Doğum tarixi 1871
Doğum yeri
Vəfat tarixi 1925
Vəfat yeri
Partiya
Təhsili

Mehdi bəy Hacıbababəyov (1871, Şamaxı1925, Bakı) — ictimai-siyasi xadim. Azərbaycanın istiqlal mübarizəsinin fəal iştirakçılarından biri.[1]

Mehdi bəy Şamaxının məşhur Hacıbababəyovlar ailəsinə mənsubdur. O, XIX əsrin məşhur azərbaycanlı memarı Qasım bəy Hacıbababəyovun, Sovet Azərbaycanının məşhur opera müğənnisi və Xalq Artisti (1938) Hüseynağa Hacıbababəyov ilə eyni nəsilə mənsubdur.

Mehdi bəy Hacıbababəyov 1871-ci ildə Şamaxıda anadan olmuşdur. Bakı realnı məktəbini bitirmişdir. 1901-ci ildən 1-ci Bakı rus-tatar məktəbində dərs demişdir. "Nicat" xeyriyyə cəmiyyətinin katiblərindən biri olmuş, axşam kurslarında dərs demiş, "Nicat" cəmiyyətinin teatr bölməsinə başçılıq etmiş, eyni zamanda, "Nicat" cəmiyyətinin 1-ci şəhər rus-tatar məktəbinin direktoru seçilmişdir.[2]

Rusiya imperiyasında inqilablar dövrü başladıqdan sonra yaxından siyasətlə məşğul olmağa başlamışdır. O, Müəssislər Məclisinin çağırılması üzrə mərkəzi komissiyanın üzvü idi. 1918-ci ilin 26 may tarixində Zaqafqaziya seyminin, Zaqafqaziya Demokratik Federativ Respublikasının süqut edən zaman o, Azərbaycan Milli Şurasının üzvü olmuşdur. Milli Şuranın Azərbaycanın İstiqlal bəyannaməsini qəbul edən 26 üzvündən biri idi. Hacıbababəyov Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsis edilməsi haqqında qanun"una (19 noyabr 1918) əsasən Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmişdi. Müsavat fraksiyasının (sonralar "Müsavat" və bitərəflər fraksiyası) üzvü idi.[3][2][4]

Mehdi bəy ərzaq nəzarətinin Gəncə vəkili olmuşdur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cildə. I cild. Bakı: Lider nəşriyyatı, 2004, səh. 403" (PDF). 2015-04-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-03-03.
  2. 1 2 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, 2005. səh. 427
  3. "Azərbaycan Milli Şurası". axc.preslib.az. 2018. 2021-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2024.
  4. Mehdi Abdullayev. "Azərbaycan Xalq Cümhuriyyəti – Şərqin ilk demokratik respublikası" (PDF). Xalq qəzeti. 22 may 2019. 22 March 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 19 fevral 2024.