Meyvəli buz

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Meyvəli buz

Meyvəli buz — Soyuq desert olub, donmuş içkidən hazırlanır. Bəzən çay və ya meyvəli içkilərdən istifadə edilir.

Meyvəli buzu hazırlayan zaman mayenin donması üçün çubuğun ətrafına dolanır. Bəzən rəngləndirici də qatılır[1]. Bəzi növ meyvəli buzlar isə stakana qoyulur, çubuqlar isə yanında verilir.

İlk dəfə meyvəli buz 1905-ci ildə hazırlanıb. 11 yaşlı san-fransiskolu Frenk İpperson stakanda qazlı suyu içərisindəki taxta qaşıqla unudur. Gecə temperaturun aşağı düşməsi ilə stakanda olan qazlı su donur və Frenk onu səhəri gün aşkarlayır. O əvvəl buzu əritmək istəyir və qaşıqdan tutaraq onu çıxarır. Sonra o şəkildə yeyir. İlk dəfə 1922-ci ildə Oklends baletində yanğınsöndürənlərə təqdim olunur. 1923-cü ildə İpperson çubuqda donmuş buzu patentləşdirir. Bir neçə il sonra isə o Nyu-Yorkun "Joe Lowe Company" şirkətinə onun hazırlanması üçün icazə verir[2].

  1. ↑ Hawkeshealth.net. Hawkeshealth.net. Архивировано 4 июня 2013 года.
  2. The Popsicle Story. Popsicle.