Mahir Əsədov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mahir Əsədov
24 noyabr 1995 – 12 noyabr 2000
Seçki dairəsi1995 — 100 nömrəli Şəmkir qəsəbə
Şəxsi məlumatlar
Doğum tarixi 11 noyabr 1952(1952-11-11) (71 yaş)
Partiya
Təhsili

Mahir Əsgər oğlu Əsədov (11 noyabr 1952) — azərbaycanlı dövlət xadimi; Azərbaycan Milli Məclisinin 1-ci çağırış üzvü.

Mahir Əsədov 1952-ci il noyabrın 11-də anadan olub.[1] N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə işi bölməsində ali təhsil alıb.[1] Rus dilini bilir.[1] Əvvəl YAP üzvü olub.[1]

1993–1996-cı illərdə Azərbaycan parlamentlərinə rəhbərlik etmiş, hakim Yeni Azərbaycan Partiyası üzvü Rəsul Quliyev 11 sentyabr 1996-cı ildə Milli Məclisin sədri postundan istefa verərək Amerika Birləşmiş Ştatlarına köçmüşdü.[2] 29 noyabr 1998-ci ildə keçirilən Azərbaycan Demokrat Partiyasının VI (Birləşdirici) Qurultay Səlahiyyətli Konfransında onun rəhbərlik etdiyi Beynəlxalq Demokratiya və Ekologiya Fondu və Aydın Quliyevin rəhbərlik etdiyi Demokratik Azərbaycan Partiyası Azərbaycan Demokrat Partiyasına birləşmişdir.[3][4] Birləşmədən sonra partiyada həmsədrlik postu təsis edilmiş, İlyas İsmayılov və Rəsul Quliyev partiyanın həmsədrləri seçilmişdir.[3]

Birləşmələrin ardınca partiya güclənmiş və partiyaya siyasi axın başlamışdır. Belə ki, partiyanın rəsmi dövlət qeydiyyatı olmamasına baxmayaraq Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatlarından 31 saylı Birinci Kəpəz (Gəncə şəhəri) seçki dairəsindən seçilmiş Şamil Yusifov, 58 saylı Biləsuvar seçki dairəsindən deputat seçilmiş Akif Şahbazov, 85 saylı Samux-Goranboy seçki dairəsindən deputat seçilmiş Solmaz Ələsgərova, 100 saylı Şəmkir kənd seçki dairəsindən deputat seçilmiş Mahir Əsədov və Yeni Azərbaycan Partiyasının proposional sistem üzrə siyahısı üzrə deputat seçilmiş Zəminə Dünyamalıyeva mənsub olduqları hakim Yeni Azərbaycan Partiyasından istefa verərək Azərbaycan Demokrat Partiyasına üzv olmuşdur.[3][4] Onlarla bərabər 33 saylı Birinci Nizami seçki dairəsi üzrə seçilmiş bitərəf deputat Yusif Bağırzadə və iyul 1996-cı ildə keçirilən təkrar seçkilərlə seçilmiş bitərəf deputat Umar Əfəndiyev də Azərbaycan Demokrat Partiyasına üzv olmuşdur.[5]

27 yanvar 2007-ci ildə Azərbaycan Demokrat Partiyası Təşkilat Komitəsi partiyanın Ali Məclisinin iclasını keçirərək radikal müxalifət partiyası kimi yox, konstruktiv və siyasi dialoq yönümlü siyasi partiya kimi çıxış etməyə başlayacaqlarını aşıqlamışdır. 2007-ci ilin əvvəlində Rəsul Quliyev Ali Məclisin iclasını çağırdı. Bu səbəbdən qərara etiraz olaraq ADP Ali Məclisinin 59 üzvü bəyanatla çıxış etdi.[6] Sədr müavini Sərdar Cəlaloğlu Rəsul Quliyevin bu qərardan xəbərdar olduğunu, bu qərarla razılaşmayacağı təqdirdə Rəsul Quliyevin partiya sədrliyindən istefa verəcəyini açıqlamışdır.[7] 10 fevral 2007-ci ildə Rəsul Quliyev Sərdar Cəlaloğlunu sədr müavinliyindən azad etdi və Təşkilat Komitəsinin fəaliyyətini dayandırdı,[8] lakin Cəlaloğlu 27 yanvarda partiyanın bütün strukturlarını buraxdığını açıqladı.[9] 19 fevral 2007-ci ildə isə Rəsul Quliyev partiya sıralarından xaric edildi.[10]

14 aprel 2007-ci ildə Rəsul Quliyev və tərəfdarları qurultay keçirdi. Qurultayda Azərbaycan Demokrat Partiyası adından imtina edilərək Açıq Cəmiyyət Partiyasının yaradıldığı elan olundu. Zəminə Dünyamalıyeva, Akif Şahbazov və Mahir Əsədov da bu partiyaya qatıldı. Yeni yaranan partiyanın sədri Akif Şahbazov seçildi.[11][12]

Ailəlidir, dörd övladı var.[1]

1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində 100 nömrəli Şəmkir qəsəbə dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Mahir Əsədov, 1-ci çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Mahir Əsədov, Milli Məclisin Təbii ehtiyatlar, enerji və ətraf mühit məsələləri Daimi Komissiyasının üzvü, Azərbaycan—Mərakeş parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə rəhbəri olub.[13][14] 1998-ci ildə YAP sıralarından istefa verib və ADP üzvü olub.

  1. 1 2 3 4 5 Azərbaycan Milli Məclisinin rəsmi internet səhifəsi. "ƏSGƏROV Mahir Əsgər oğlu". www.meclis.gov.az (az.)). 01.01.2022. Archived from the original on 2022-07-07. İstifadə tarixi: 01.01.2022.
  2. Crocusoft. "Azərbaycan Respublikası Milli Məclisinin sədri R.Quliyevin istefası haqqında". e-qanun.az (ingilis). 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  3. 1 2 3 modern.az. "ADP-yə gəlib-getmiş tanınmışlar - Keçmiş nazir, eks-spiker, general, polis rəisi və digərləri - ARAŞDIRMA". modern.az (az.). 2024-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  4. 1 2 modern.az. "27 naxçıvanlı demokratın yaratdığı ADP- "PARTİYAMIZDIR"". modern.az (az.). 2024-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  5. elli. "Azərbaycanda seçki xronikası: "Heydər Əliyev dedi ki, dünyanın heç bir yerində deputatları xalq seçmir"". MEYDAN.TV (az.). 2024-08-09. 2024-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  6. modern.az. "ADP-yə gəlib-getmiş tanınmışlar - Keçmiş nazir, eks-spiker, general, polis rəisi və digərləri - ARAŞDIRMA". modern.az (az.). 2024-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  7. AzadlıqRadiosu. "ADP siyasi yönümünü dəyişdi". Azadlıq Radiosu (az.). 2007-01-27. 2024-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  8. "Azərbaycan Demokrat partiyasında qarşıdurma". Voice of America (az.). 2007-02-19. 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  9. AzadlıqRadiosu. "Rəsul Quliyev Sərdar Cəlaloğlunu özünün müavini vəzifəsindən azad etdi". Azadlıq Radiosu (az.). 2007-02-11. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  10. "Rəsul Quliyev ADP sıralarından xaric olunub". Trend.Az (az.). 2007-02-19. 2020-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-14.
  11. modern.az. "ADP-yə gəlib-getmiş tanınmışlar - Keçmiş nazir, eks-spiker, general, polis rəisi və digərləri - ARAŞDIRMA". modern.az (az.). 2024-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  12. AzadlıqRadiosu. "Rəsul Quliyev «Açıq Cəmiyyət» Partiyasının lideri seçilib". Azadlıq Radiosu (az.). 2007-04-14. 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  13. Azərbaycan Milli Məclisinin rəsmi internet səhifəsi. "I çağırış Azərbaycan Milli Məclisinin Təbii ehtiyatlar, enerji və ətraf mühit məsələləri Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 24 noyabr 1995-ci il tarixli Qərarı" (PDF) (az.)). 24.11.1995. 26.08.2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26.08.2020.
  14. Normativ hüquqi sənədlərin vahid internet bazası. "I çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 7 mart 1997-ci il tarixli 256-IQR nömrəli Qərarı" (az.)). 07.03.1997. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.