Mahmud Əsəd Bozqurd

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mahmud Əsəd Bozqurd
türk. Mahmut Esat Bozkurt
Türkiyə Respublikasının İqtisadiyyat naziri
Baş nazirRauf Orbay
Əli Fəthi Okyar
ƏvvəlkiHəsən Saka
Türkiyə Respublikasının Ədliyyə naziri
22 noyabr 1924 – 27 sentyabr 1930
PrezidentMustafa Kamal Atatürk
SonrakıYusif Kamal Tenqirşenk
Şəxsi məlumatlar
Doğum tarixi 1 yanvar 1892(1892-01-01)
Doğum yeri
Vəfat tarixi 21 dekabr 1943(1943-12-21) (51 yaşında)
Vəfat yeri
Vəfat səbəbi beyin qansızması[d]
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mahmud Əsəd Bozqurd (1 yanvar 1892, Quşadası, Aydın ili21 dekabr 1943, İstanbul) — Mustafa Kamal Atatürkün yaxın dostlarından olan və Türkiyədə hüquqi təməllərin atılmasında yaxından iştirak etmiş dövlət xadimi. Türkiyə İstiqlaliyyət mübarizəsinin iştirakçısı, Türkiyə Respublikasının Ədliyyə naziri və TBMM-nin üzvü olmuşdur.

1892-ci ildə o dövrdə İzmirə bağlı bölgə olan Quşadasında anadan olmuşdur. Atası Quşadasının məşhur ailələrindən olan Hacı Mahmudoğullarından Həsən bəy olmuşdur.

21 dekabr 1943-cü il tarixində beyin qanaması nəticəsində İstanbulda vəfat etmişdir.[1] Məzarı İzmirin Səlcuq bölgəsindəki xüsusi məzarlıqdadır.

İki il İzmirdə təhsil aldıqdan sonra II Əbdülhəmid hakimiyyətinə qarşı mübarizəyə qatılan dayısı Ubeydullah Əfəndi ilə birlikdə İstanbula getmişdir. 1911-ci ildə İstanbul Hüquq Məktəbindən məzun olmuşdur. İsveçrədə LozannaFrayburq Universitetlərində təhsil almış və kapitulyasiyalar mövzusunda doktorantura pilləsində təhsil almışdır.

Türkiyə İstiqlaliyyət müharibəsi

[redaktə | mənbəni redaktə et]

İzmir yunanlar tərəfindən işğal edildikdən sonra İstiqlaliyyət müharibəsinə qatılmaq üçün Türkiyəyə geri dönmüşdür. Anadoludakı qüvvələrə qoşulmaq üçün İstanbuldan italyan ordusu üçün silah-sursat daşıyan İtaliya gəmisinə gizli olaraq minmiş, italyanlar tərəfindən həbs edilsə də, xilas ola bilmişdir. Bundan sonra Egey bölgəsindəki Qüvvayi-milliyə təşkilatına qoşulmuşdur.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

TBMM açıldığı dövrdə İzmir nümayəndəsi kimi məclisə girmişdir. TBMM-də Konstitutsiya Komissiyası və Xarici İşlər Komissiyasında çalışmışdır. 12 iyul 1922-ci ildə Rauf Orbayın rəhbəri olduğu IV İcra Vəkilləri Heyətində İqtisadiyyat Vəkilliyinə seçilmişdir. Bu vəzifədə 4 avqust 1923-cü ilə qədər qalmışdır.

11 avqust 1923-cü il tarixindəki TBMM II Çağırışda təkrar İzmir millətvəkili seçildi. 14 avqust 1923-cü il tarixində Əli Fəthi Okyarın rəhbərliyində qurulan V İcra Vəkilləri Heyətində TBMM tərəfindən təkrar İqtisadiyyat Vəkilliyinə seçildi. Bu vəzifəsini 27 noyabr 1923-cü ilə qədər davam etdirdi.

20 aprel 1924-cü il tarixində qəbul edilən Təşkilat-ı Əsasiyyə Qanunu hazırlayan komissiyada çalışmış, 22 noyabr 1924-cü ildə Əli Fəthi Okyarın hökumətində Ədliyyə Vəkili olaraq xidmət etmişdir. 5 noyabr 1925-ci ildə Ankara Hüquq Məktəbinin açılmasında böyük payı olmuşdur.

III və IV İsmət İnönü hökumətlərində Ədliyyə Vəkili olaraq çalışmışdır.

Ədliyyə vəkilliyi dövründə 17 fevral 1926-cı il tarixində Türk Mədəni Qanunu, 1 mart 1926-cı il tarixində Türk Cəza Qanunu, 19 aprel 1926-cı il tarixində Kabotaj Qanunu, 22 aprel 1926-cı il tarixində Türk Borclar Qanunu, 29 may 1926-cı il tarixində Türk Ticarət Qanunu, 18 iyun 1926-cı il tarixində Türk Hüquq Məhkəmələri Üsulu Qanunu kimi Türkiyə hüquq sisteminin hüquqi təməlləri hazırlanaraq qüvvəyə mindi.

Türkiyənin respublika tarixində Bozqurd-Lotus hadisəsi olaraq adlandırılan, Bozqurd adlı türk gəmisi ilə Lotus adlı fransız gəmisinin 2 avqust 1926-cı il tarixində Egey dənizində toqquşması səbəbilə iki ölkə arasında yaranmış problemdə Türkiyə Respublikasının hökumətini Beynəlxalq Ədalət Məhkəməsində təmsil etmişdir.[2] Bu məhkəmə tarixçilər tərəfindən Türk hüququnun və ədalət təşkilatının kapitulyasiyalar dövrünü geridə buraxaraq insan əvə azadlıq haqlarına əsaslanan müasir hüquq səviyyəsinə yüksəldiyinin bir simvolu olaraq dəyərləndirilməkdədir.[3]

1930-cu ildə Ağrıdakı kürd üsyanından sonra bu sözləri səsləndirdiyi deyilir:

" Dost, düşmən, hətta dağlar bu həqiqəti belə bilsinlər, bu məmləkətin əfəndisi Türklərdir. Saf Türk irqindən olmayanların Türk vətənində tək bir haqları vardır: Türklərə xidmətçi olma, kölə olma haqqı.[4] "

1934-cü ildə Soyad qanununun qüvvəyə minməsindən sonra ona Mustafa Kamal Atatürk tərəfindən Bozqurd soyadı verilmişdir.

Ankara Universiteti Hüquq Fakültəsində və Ankara Universiteti Siyasi Elmlər Fakültəsində Konstitutsiya və Dövlətlər Hüququ professorluğu etmişdir.

1935-ci ildə Mason lojalarının qapadılmasında böyük rolu olmuşdur.

Başlıca əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Lotus məhkəməsində Türkiyə-Fransa müdafiələri (1927)
  • Masonlar dinləyin! (1932)
  • Türk inqilabında vətən müdafiəsi (1934)
  • Türk kəndli və işçilərinin haqları (1939)
  • Dövlətlərarası haqq (1940)
  • Atatürk inqilabı (1940)
  • Topal Teymurun dövlət siyasəti (1943)
  1. Yamakoğlu, Cihan. M. Esat Bozkurt.
  2. Bardakçı, Murad. Mahmut Esat Bozkurt, 35’indeyken Lahey’de Fransızlar’ı fena devirmişti. İstanbul. 2005. 2021-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-04.
  3. Ersaydı, Alper. Bozkurt-Lotus Davası ve Genç Türkiye'nin Hukuksal Yetkinliği. 2010.
  4. Hans-Lukas, Kieser. Kemalizmin Etno-Milliyetçi Devrimcisi ve Kuramcısı: Dr. Mahmut Esat Bozkurt (1892-1943).