Maral böcək

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Maral böcək
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Maral böcək
Beynəlxalq elmi adı

Maral böcək (lat. Lucanus cervus) — Sərtqanadlılar dəstəsinə, Buynuzlu böcəklər

fəsiləsinə aid böcək növü.

Bığcıkları dizlikli, buğumları isə toppuzşəkilli olub 3-6 ədəddir. Mandibuaları çox güclü olub, erkək fərdlərdə dişilərə nisbətən daha iridir. Bədənin rəngi əksər hallarda qəhvəyimtil qaradır. Qanadüstlükləri və çənələri şabalıdı – qəhvəyidir. Sürfləri ağ rəngdə olub, S formasında əyilmiş vəziyyətdə olurlar. Sürfələrin bədən uzunluğu 14 sm – dir. Erkək fərdlərin bədəninin uzunluğu mandibulaları ilə birlikdə 83 mm, dişi fərdlərinki isə 45 mm – dir.

Mərkəzi, Cənubi və Qərbi Avropa, Kiçik Asiyada yayılmışlar. Azərbaycanda isə Böyük Qafqazda rast gəlinir

Böcəklər may ayından iyul ayınadək təbiətdə görünürlər. Yetkin böcəklər isə ağac və kolların gövdələrindən axan şirə ilə qidalanırlar. Yumurtalarını çürüməkdə olan və ya artıq çürümüş ağacların qabığı altına qoyurlar. Yumurtadan çıxmış sürfələr çürümüş oduncaqla qidalanırlar. Yaşayış yerinin termiki xüsusiyyətlərindən asılı olaraq bir genarasiya 4 – 6 il davam edə bilir. Maral böcək Azərbaycanda bu fəsilənin ən iri nümayəndəsidir.

Sayı azalan növdür. Səbəb isə arealının insanlar tərəfindən daraldılması yəni torpaqların istifadəsi və özlərinin isə kolleksiyaçılar tərəfindən tutulmasıdır. Azərbaycandan başqa Danimarka, Almaniya, Polşa, Latviya, Estoniya, Belarus respublikası, İsveç, Ukrayna və Rusiya federasiyasının Qırmızı Kitabına daxil edilmişdir.

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]

Lucanus cervus cervus Linnaeus, 1758

  • Scarabaeus cervus cervus Linnaeus, 1758
  • Lucanus cervus americanus Hope & Westwood, 1845
  • Lucanus cervus antennatus Rey, 1890
  • Lucanus cervus armiger Herbst, 1790
  • Lucanus cervus capitalis Mollenkamp, 1910
  • Lucanus cervus capra Olivier, 1789
  • Lucanus cervus capreolus Fuessly, 1775
  • Lucanus cervus dorcas Muller, 1776
  • Lucanus cervus grandis Haworth, 1807
  • Lucanus cervus hircus Herbst, 1790
  • Lucanus cervus inermis Marsham, 1802
  • Lucanus cervus longipennis Von Rothenburg, 1900
  • Lucanus cervus lusitanicus Hope & Westwood, 1845
  • Lucanus cervus major Burmeister, 1847
  • Lucanus cervus microcephalus Mulsant, 1842
  • Lucanus cervus nigrinus March, 1931
  • Lucanus cervus ornatus Bernau, 1929
  • Lucanus cervus scapulodonta Weinreich,
  • Lucanus cervus validus Mollenkamp, 1912
  • Lucanus cervus vicinus Hope & Westwood, 1845

Lucanus cervus akbesianus Planet, 1896

  • Lucanus cervus var. poujadei Planet, 1897
  • Lucanus cervus motschulskyi Benesh, 1960

Lucanus cervus fabiani Mulsant & Godart, 1855

  • Lucanus cervus heptaphyllus Abeille de Perrin, 1867
  • Lucanus cervus pentaphyllus Reiche, 1853
  • Hexaphyllus cervus pontbrianti Mulsant, 1839
  • Lucanus cervus reichei Motschulsky, 1870

Lucanus cervus turcicus Sturm, 1843

  • Lucanus cervus var. smyrniacus Didier & Seguy, 1953