Matey Kejman

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Matey Kejman
serb. Матеја Кежман / Mateja Kežman
Ümumi məlumatlar
Ləqəbi Betmen[1]
Doğum tarixi (45 yaş)
Doğum yeri Zemun, Serbiya SR, Yuqoslaviya
Vətəndaşlığı Yuqoslaviya Yuqoslaviya/Serbiya və Monteneqro
Serbiya Serbiya
Boyu 182 sm[2]
Çəkisi 74[2] kq
Mövqeyi hücumçu
Klub haqqında məlumat
Klub karyerasını bitirib
Karyerası
Klub karyerası[* 1]
1995—1996 Yuqoslaviya Zemun 0 (0)
1996—1997 Yuqoslaviya Radniçki 17 (11)
1997—1998 Yuqoslaviya Loznitsa 13 (5)
1997—1998 Yuqoslaviya Sartid 14 (4)
1998—2000 Yuqoslaviya Partizan 54 (33)
2000—2004 Niderland PSV Eyndhoven 122 (105)
2004—2005 İngiltərə Çelsi 25 (4)
2005—2006 İspaniya Atletiko Madrid 30 (8)
2006—2008 Türkiyə Fənərbaxça 46 (20)
2008—2010 Fransa Pari Sen-Jermen 35 (5)
2009  Rusiya Zenit Sankt-Peterburq 10 (2)
2011 Honkonq Saut Çayna 17 (7)
2011 Belarus BATE Borisov 6 (0)
2012 Honkonq Saut Çayna 1 (0)
Milli yığma[* 2]
2000—2003 Yuqoslaviya Yuqoslaviya 27 (10)
2003—2006 Serbiya və Monteneqro Serbiya və Monteneqro 22 (7)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 29 noyabr 2009 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mateya Kejman (serb. Матеја Кежман / Mateja Kežman; 12 aprel 1979, Zemun, Yuqoslaviya) — keçmiş Serbiya futbolçusu, hücumçu, oyunçu karyerasını başa vurub. Daha çox PSV Eyndhoven klubundakı uğurlu çıxışı ilə yadda qalıb.

Serbiya çempionatlarında dəfələrlə bombardir adını qazanmış Matey Kejman Niderlandda kifayət qədər məşhurlaşıb. Onun "Uçan holland" ölkəsinə gəlişi 2000-ci ilə təsadüf edir. "Narıncı ölkə"də çıxış etdiyi 4 mövsümün 3-də snayperlər siyahısında birinci olmuş serbiyalı rusiyalı maqnat, Çukotka vilayətinin məşhur meri, "Çelsi"nin sahibkarı Roman Abramoviçin şəxsi dəvəti ilə də "Dumanlı Albion"a təşrif buyurdu. Cəmi 5 milyon funt sterlinqə. Lakin hücumçu gözlənilən effekti vermədi, nədənsə oyunu alınmadı – mövsümə cəmi 7 qol vurdu. Elə bunun nqəticəsi idi ki, sonrakı mövsüm madridli "matrasçılar"ın – "Atletiko"nun düşərgəsinə keçmək məcburiyyətində qaldı.

Əfsanəvi korrida ölkəsi İspaniyada da "futbol matadoru"na mövsüm düşərli olmadı. Doğrudur, bəzi qarşılaşmalarda həlledici rol oynadı, matçların taleyini həll etdi, lazımlı qolları vurdu. Ancaq bu onun yenidən göylərə yüksəlməsi, parlaması və yeni zirvələr fəth etməsi üçün yetərli olmadı. Ümumi götürdükdə, o, mövsümü çox zəif keçirdi, çünki gözlənilənləri verə bilmədi, əsl liderə çevrilib komandanı arxasınca aparmadı. Beləliklə, növbəti ünvan Türkiyə, Şərqlə Qərb arasında əfsanəvi körpu, dünyanın mərkəzi sayılan İstanbulun "bülbül" ocağı Fənərbağça oldu. "Şükrü Saracoğlu" ona Niderlanddakı uğurları gətirməsə də, işləri heç də pis getmir. Hər şeyə baxmayaraq, buna şahmatda "pat" vəziyyəti deyirlər. Çünki nə əla demək olar, nə də ki "pis" deyib onu böyük günahlarda ittiham etmək mümkündür. O özü də, deyəsən, bu vəziyyətdən qurtarmaq istəyir. Belə olmasaydı, onun "dəlisov", dəliqanlı imici heç doğrulmazdı.

İndi Kejman özünə yeni məskən, yeni istinadgah, yeni yuva axtarır. Tez-tez verdiyi müsahibələrdə nədənsə Rusiyanın son çempionu Sankt-Peterburq "Zenit"inin adını çox çəkir. Hə, yeri gəlmişkən, bu klubu da onun dünya şöhrəti qazandığı ölkədən – Niderlanddan olan mütəxəssis Dik Advokaat çalışdırır. Bəlkə, Şimal sahilləri, qızmar dəmiri soyutdu, onu ovundurub öz tilsiminə saldı.

PSV (2000/2001 – 24 qol, 2002/2003 – 35 qol və 2003/2004 – 31 qol)

  1. "Кежман: «С детства мечтал играть за ПСЖ» — football.ua". 2009-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-30.
  2. 1 2 "ФК БАТЭ: Кежман Матея". 2011-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-30.