Molla Şəmsəddin Fənari

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Molla Şəmsəddin Fənari
Əvvəlkiyoxdur
SonrakıMolla Fəxrəddin Əcəmi
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Mavəraünnəhr, Teymurilər dövləti
Vəfat tarixi (80 yaşında)
Vəfat yeri
Fəaliyyəti fəqih, qazı, müfəssir
Dini islam, sünni islam
Elmi fəaliyyəti
Elm sahəsi Hənəfi məzhəbi, təfsir, məntiq

Molla Şəmsəddin Fənari, (1350[1][2], Bursa15 mart 1431[3], Bursa) — Osmanlı alimi, müdərris və ilk Osmanlı şeyxülislamı.[4]

1350-ci ilin aprel ayında Mavəraünnəhrdə dünyaya gəlmişdir. Əsl adı Şəmsəddin Məhəmməd ibn Həmzədir. İlk təhsilini atasından aldıqdan sonra İznikdə din dərsləri aldı. Müəllimi ilə aralarında yaranan elmi bir mübahisə səbəbilə buradan ayrıldı və Amasiyaya getdi. Burada Cəmaləddin Aksarayinin tələbəsi oldu və 1376-cı ildə təhsilini tamamladı. Ardından Qahirəyə gedən Molla Şəmsəddin burada elmi dərslər aldıqdan sonra Bursaya geri döndü. İldırım Bəyazidin əmrilə Manastr Mədrəsəsinə müdərris təyin olundu və bu vəzifəsinə davam edərkən 1393-cü ildə Bursa qazısı seçildi. 1402-ci ildə baş verən Ankara döyüşü səbəbilə Əmir Teymurun ordusu Bursanı ələ keçirdi və Qaramanoğulları bəyliyini bərpa etdi. Bu əsnada bir müddət vəzifədən azad edilən Şəmsəddin Fənari bir qrup alimlə birlikdə Əmir Teymurun əmrilə əsir alındı və Kütahyaya aparıldı. 1415-ci ildə ikinci dəfə Bursa qazısı təyin olundu. 1419-cu ildə həcc ziyarətinə çıxmış, döndükdən sonra bir müddət Qahirədə qalaraq burada dərslər vermişdir. 1420-ci ildə buradan ayrılan Şəmsəddin Fənari öncə Qüds şəhərinə, ardından Bursaya geri döndü və vəzifəsinə davam etdi. 1425-ci ildə II Murad tərəfindən şeyxülislamlığa gətirildi.[4][5]

1430-cu ildə ikinci dəfə həcc ziyarətinə gedən Şəmsəddin Fənari bu dəfə də öncə Qahirəyə, ardından Bursaya qayıtdı. Döndükdən qısa müddət sonra 15 mart 1431-ci ildə Bursada vəfat etdi. Cənazəsi özünün inşa etdirdiyi məscidə dəfn edildi. İstər dövlət adamları, istərsə də xalq arasında sayılıb seçilən Molla Fənarinin maddi vəziyyəti yaxşı olsa da, çox sadə həyat yaşamış, ailəsini ipəkçiliklə məşğul olaraq saxlamışdır. Tarixi mənbələrdə iki oğlunun olduğu müəyyən olunur. Övladlarından Mehmed Şah Fənari (ö. 1435) bir çox əsərlərin müəllifi olmuş məşhur Osmanlı alimi, Yusif Bali Fənari isə müdərrisqazı olaraq fəaliyyət göstərmişdir.[4]

Seçilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]
  1. Ayn-ül-A'yân
  2. Fusûl-ül-Bedâyi' fî Usûl-iş-Şerâyi
  3. Îsâgûcî Şerhi
  4. Enmûzecu'l-Ülûm
  5. Ferâiz-i Sirâçiyye Şerhi
  6. Eşâs-ut-Taşrîf
  7. Esmâ'il-Funûn
  8. Eş'ile
  9. Risâletu Riçâl-il-Gayb
  10. Risâletun fî Menâkib-iş-Şeyh Behâuddîn-i Nakşibendî
  11. Serhu Üsûl-il-Pezdevî
  12. Serhu Telhîs-il-câmı' el-Kebîr
  13. Serhu Telhîs-il-Miftâh
  1. محمد بن حمزة الفناري، 1350‒1431 // AlKindi.
  2. Muhammed b. Hamza b. Muhammed Şemseddîn el- Fenârî // CONOR.BG.
  3. Molla Şemseddin Fenari // SNAC (ing.). 2010.
  4. 1 2 3 "Arxivlənmiş surət". 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-20.
  5. Uzunçarşılı, İsmail Hakkı (1998 8. baskı) Osmanlı Tarihi II. Cilt: İstanbul'un Fethinden Kanunî Sultan Süleyman'ın Ölümüne Kadar Ankara:Türk Tarih Kurumu ISBN 975-16-0012-X