Murad Mahmudov (çavuş)
Murad Mahmudov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şəki, Azərbaycan |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Tərtər, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Çavuş |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri | 2020 |
Murad Mahmudov (tam adı: Murad Mahir oğlu Mahmudov; 12 aprel 1995; Şəki, Azərbaycan — 10 oktyabr 2020; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi.
Mündəricat
Həyatı
[redaktə | mənbəni redaktə et]Murad Mahmudov 1995-ci il aprelin 12-də Şəki rayonunun Çayqaraqoyunlu kəndində anadan olub.[1] Ailəli idi. Damla və Aysu adında qızları yadigar qaldı.
Hərbi xidməti
[redaktə | mənbəni redaktə et]Murad Mahmudov 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun çavuşu olan Murad Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə savaşıb. Murad Mahmudov oktyabrın 10-da Madagizin azad edilməsi zamanı şəhid olub. Şəki rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Mahmudov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Təltifləri
[redaktə | mənbəni redaktə et]- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- 12 apreldə doğulanlar
- 1995-ci ildə doğulanlar
- 25 yaşında vəfat edənlər
- 10 oktyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin çavuşları
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar
- Şəki rayonunda doğulanlar
- Tərtər rayonunda vəfat edənlər
- Şəki rayonunda dəfn olunanlar