Lidiya Ruslanova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Lidiya Ruslanova
rus. Лидия Русланова
Doğum tarixi 14 (27) oktyabr 1900[1]
Vəfat tarixi 21 sentyabr 1973(1973-09-21) (72 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
Təhsili
  • Saratov Dövlət Konservatoriyası[d]
Fəaliyyəti müğənni
Mükafatları 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı ulduz" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin 20 illik yubileyi" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
RSFSR əməkdar artisti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lidiya Andreyevna Ruslanova (rus. Лидия Андреевна Русланова; 14 (27) oktyabr 1900[1]21 sentyabr 1973, Moskva) – Rusiya xalq mahnılarının ifaçısı.[2]

1900-cü ildə Saratov yaxınlığında yerləşən Çernavka kəndində doğulmuş və Praskovya Andrianovna Leykina-Qorşenina (rus. Прасковья Андриановна Ле́йкина-Горшенина) adı ilə xaç suyuna salınmışdır.[3] Onun anası etnik baxımdan erzyan olmuşdur.[4] Beş yaşına çatanda iki valideyni (atası Rus-yapon müharibəsində, anası bu hadisədən qısa müddət sonra) ölmüşdür. Bu səbəbdən uşaqlığının böyük hissəsini yetim kimi keçirmişdir. Mahnı oxumağa yerli kilsə uşaq xoruna qatıldıqdan sonra başlamış və tezlikdə solo ifaçı olmuşdur.[5][4]

Lidiyanın dayısı onu mebel fabrikində işləməyə dəvət etmişdir. Fabrik sahiblərindən biri onun mahnı oxumağını eşitmiş və ona Saratov konservatoriyasında oxumağı tövsiyə etmişdir.[6] Lakin akademik təhsilini tamamlaya bilməmişdir.[2] Birinci Dünya müharibəsi zamanı xəstəxana qatarında işləmiş və Vitali Stepanov ilə tanış olmuşdur. 1917-ci ilin mayında onların uşağı olmuşdur. Lakin bir il sonra əri onu tərk etmişdir.[6] Lidiya Rusiya vətəndaş müharibəsində ölmüş başqa bir kişi ilə evlənmiş və ondan Ruslanova soyadını götürmüşdür.[7]

Lidiya Ruslanovaya həsr olunmuş Rusiya poçt markası (1999).

Ruslanova ilk konsertini 16 yaşında hərbi auditoriyanın qarşısında vermişdir. Rusiya vətəndaş müharibəsi illərində rus əsgərlər üçün oxumuşdur. 1923-cü ildə Rostov-na-Donda peşəkar müğənni kimi debüt etmişdir.[5] 1929-cu ilə qədər bir Çeka məmuru ilə yaşamış, daha sonra Vladimir Kryukov ilə evlənmişdir.[8]

1930-cu illərdə Ruslanova xeyli populyar olmuşdur. 1933-cü ildə musiqi, estrada və sirk müəssisələri assosiasiyasının sənətçisi olmuş və bütün Rusiyada çıxış etmişdir.[2] İkinci Dünya müharibəsi zamanı səyahətlər edərək sovet əsgərləri üçün vətənpərvərlik mahnıları olmuşdur.[9] Onun "Valenki" və "Katyuşa" məşhur olmuşdur. Berlin döyüşü zamanı Reyxstaq binasının pilləkənlərində çıxış etmişdir.[10]

Ruslanova SSRİ-nin ən varlı qadınlarından biri olmuşdur. 1942-ci ildə iki Katyuşanın konstruksiyasını maliyyələşdirərək orduya təqdim etmişdir.[5] Həmin il Rusiya SSR-nin əməkdar artisti adını almışdır.[2] Kobud davranışları və ədəbsiz dili əsgərləri çox cəlb etdiyi üçün sovet məmurları onu potensial təhlükə hesab etmişdirlər. 1948-ci ildə Ruslanovanın əri Vladimir Kryukov vətənə xəyanətdə təqsirləndirilərək həbs edilmişdir. 1950-ci ildə Ruslanovanı ərinin təqsirkar olması barədə bəyannamə imzalatdırmağa çalışsalar da, Ruslanova bunu qəbul etməmiş və növbəti 10 ilini əmək düşərgəsində keçirmişdir.[5]

Stalinin ölmünüdən sonra 4 avqust 1953-cü ildə azadlığa çıxmışdır. Düşərgə həyatı onu zəiflətsə də, dərhal karyerasını davam etdirməyə başlamışdır. Düşərgə həyatı sovet mətbuatı tərəfindən gizlədilmişdir.[11] O, Ümum-Sovet Sovet Mahnıları Festivalının prezidenti olmuş, 1973-cü ildəki ölümünə qədər oxumağa davam etmişdir.[12]

  1. 1 2 IMDb (ing.). 1990.
  2. 1 2 3 4 "Ruslanova Lidia singer :: people :: Russia-InfoCentre". Russia-InfoCentre. 2016-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-16.
  3. MacFadyen, David. Songs for Fat People. McGill-Queen's Press. 2002. səh. 201. ISBN 0-7735-2441-X.
  4. 1 2 Юрий Белов. "Девушка пела в церковном хоре" (rus). Молва. 2009-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-02-23.
  5. 1 2 3 4 Ferrero, Ángel. "Katiusha is 70 years old". Cubanow.net. İstifadə tarixi: 2008-10-16. [ölü keçid]
  6. 1 2 MacFadyen, p.202
  7. MacFadyen, pp.202–3
  8. MacFadyen, p.203
  9. MacFadyen, p.204
  10. Виолетта Баша. "Она пела на ступенях Рейхстага". 2011-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-02-23.
  11. MacFadyen, p.208
  12. MacFadyen, p.208

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]