Lui-Nikola Klerambo

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Lui-Nikola Klerambo
fr. Louis-Nicolas Clérambault
Ümumi məlumatlar
Doğum tarixi 19 dekabr 1676(1676-12-19)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 26 oktyabr 1749(1749-10-26)[1][2][…] (72 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, orqan ifaçısı[d], klavesinist[d]
Musiqi alətləri orqan, klavesin
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lui-Nikola Klerambo (fr. Louis-Nicolas Clérambault; 19 dekabr 1676[1][2][…], Paris26 oktyabr 1749[1][2][…], Paris) — fransız bəstəkarı.

Məşhur fransız bəstəkarı Klerambo 1676-cı ildə Parisdə-anadan olmuş, 1749-cu ildə orada vəfat etmişdir. 13 yaşından musiqi bəstələməyə başlamışdır. Sonralar "Səisir" adlı kral sarayında ortaq çalan işləmişdir. O dövrünün ən məşhur musiqişünası idi. O, "Buludları fəth edən günəş" operasının və "İki süitalı orqan kitabı" adlı ikicildlik əsərin müəllifidir. Klerambo saray və opera üçün kantatalar da bəstələmişdir. Bunlar XIV Lüdovikin sarayında böyük müvəffəqiyyətlə səsləndirilmişdir. Onun beş əsəri çap olunmuşdur. "Arfa" bəstəkarın şah əsəridir. Klerambo 1741-ci ildə Nizami Gəncəvinin "Yeddi gözəl" əsərini türkcədən fransızcaya çevirmişdir. Tərcümənin əlyazması hazırda Paris Milli kitabxanasında saxlanılır. Güman ki, Klerambonun məqsədi "Yeddi közəl" əsasında opera bəstələmək imiş. hələ bu tərcümədən qabaq da Fransada Nizami; yaradıcılığından bəhrələnərək səhnə əsərləri yazmaq ənənəsi olmuşdu.

Bəllidir ki, Alen Röne Lesajın "Yeddi közəl" motivləri əsasında yazdığı opera XIV Lüdozik tərəfindən 1680-ci ildə yaradılan "Komedi Fransız" teatrında 1721-ci ildən 1735-ci ilədək öz uğurlu səhnə həyatını yaşamışdır. Deməli, Nizami-nin poeması Fransa bəstəkarlarının opera yaradıcılığında özünəməxsus yer tutmuşdur.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Louis Nicholas Clerambault // Encyclopædia Britannica (ing.).
  3. 1 2 LIBRIS. 2012.