Nakiyə Elgün

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nakiyə Elgün
türk. Nakiye Elgün
Türkiyə Böyük Millət Məclisinin VII çağırış deputatı
8 mart 1943 – 14 iyun 1946
Seçki dairəsiƏrzurum seçki dairəsi
Türkiyə Böyük Millət Məclisinin VI çağırış deputatı
3 aprel 1939 – 15 yanvar 1943
Seçki dairəsiƏrzurum seçki dairəsi
Türkiyə Böyük Millət Məclisinin V çağırış deputatı
1 mart 1935 – 27 yanvar 1939
Seçki dairəsiƏrzurum seçki dairəsi
Şəxsi məlumatlar
Doğum tarixi 1882
Doğum yeri
  • Rumelifeneri[d]
Vəfat tarixi 23 mart 1954(1954-03-23)
Vəfat yeri
Partiya
Təhsili
  • Qız Müəllim Məktəbi[d]
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nakiyə Elgün (1882, Rumelifeneri[d]23 mart 1954, İstanbul) — türk siyasətçi və pedaqoq.[1]

O, Osmanlı dövrünün sonu və Türkiyə Cümhuriyyətinin ilk illərində qızların təhsilə cəlb edilməsinni təbliğ edən ilk maarifçilərdən biri olub. Elgün Osmanlı qadın hərəkatının üzvlərindən idi və 1930-cu ildə İstanbul Bələdiyyə Məclisinin ilk qadın üzvü olmaqla Cümhuriyyət dövrünün siyasi hüquqlar əldə edən ilk qadınlarından biri olmuşur. O 1934-cü ildə Türkiyə Böyük Millət Məclisində Ərzurumu üç dəfə təmsil etmiş və Türkiyə Cümhuriyyətinin ilk 18 qadın millət vəkilindən (deputat) biri olmuşdur.[1]

Erkən illəri və karyerası

[redaktə | mənbəni redaktə et]

Nakiyə Elgün 1882-ci ildə İstanbulda anadan olub.[1] 1901-ci ildə Qız müəllim məktəbini bitirmiş, 1911-ci ilə qədər həmin məktəbdə ədəbiyyat müəllimi kimi işləmişdir. Elgün 1911-ci ildə İkinci Məşrutiyyətdən sonra yeni açılmış İstanbul İnas Məktəbinə təyin olunub.[2] İnas məktəbində işlədiyi müddətdə Osmanlı dövlətinin Maarif Nazirliyi ondan təhsil pillələrinin yenilənməsi ilə bağlı apardıqları işdə sistemə rəhbərlik edəcək layihə hazırlamağı xahiş etmişdir. Elgün fiziki mühitin təhsilə təsirini əsas göstərərək şagirdlərin elektriklə təchiz edilmiş və masaların üstü ağ rəngli örtüklə örtülmüş siniflərdə təhsil almasını təklif etmişdir. Lakin bu, Nazirlik tərəfindən "lyuks" kimi qiymətləndirilmiş və onun layihəsi rədd edilmişdir. Elgün bu hadisədən sonra 1914-cü ildə istefa verib.[1][3]

O, təhsil sahəsində olduğu kimi ictimai həyatda da fəal rol oynayıb və ilk Osmanlı qadın təşkilatlarından biri olan Teal-i Nisvan cəmiyyətində katib olub.

1914–1917-ci illərdə Osmanlı dövlətində vəqflərdən məsuliyyət daşıyan Evkaf Nazirliyində işləmiş və Sultanəhməddə yaradılmış vəqf məktəblərinin bərpası və təşkili ilə məşğul olmuşdur. 1916-cı ildə Suriya valisi Camal Paşanın dəvəti ilə Suriyada Xalidə Ədib Adıvarla birlikdə qız müəllim məktəblərinin yaradılmasına rəhbərlik etmiş və Şam, QüdsBeyrutda türk dilini tədris etmişdir.[3] Maarif Nazirliyi bütün təhsili mərkəzləşdirmək üçün bütün vəqf məktəblərini öz nəzarətinə götürdükdə sonra Elgün rəsmi məktəb sektorunda artıq onun üçün bir vəzifə olmadığını düşünərək vəzifədən getmişdir.[2]

O daha sonralar 1915-ci ildə Bəyazitdə qurulmuş, lakin məktəb direktorunun istefa verməsi nəticəsində dağılma həddinə çatmış "Yeni Mektep" adlı özəl məktəbi bərpa etməklə bağlı ona edilən təklifi qəbul edib. Elgün bu müəssisəni 1917-ci ildə Fevziyə Liseyi adı ilə yenidən qurmuşdur.[2][4] O 11 il müddətində bu məktəbin müdirəsi olmuşdur.

Birinci Dünya müharibəsi və İstiqlaliyyət müharibəsi

[redaktə | mənbəni redaktə et]

Nakiyə Elgün Birinci Dünya müharibəsi zamanı Qırmızı Aypara üçün könüllü işləmiş[1] və müharibədən sonra Anadolunun işğalına etiraz olaraq İstanbulda keçirilən müxtəlif nümayişlərdə Müəllimlər Dərnəyinin sədri kimi çıxışlar etmişdir.[5][6] O 23 may 1919-cu ildə Sultanəhməd meydanında keçirilmiş böyük mitinqdə çıxış edənlərdən biri idi. İştirak etdiyi bu nümayişlər onun siyasi bir fiqura çevrildiyi dövr hesab olunur.[3]

Elgün İstiqlaliyyət müharibəsi başladıqdan sonra müharibədə kimsəsiz və yardımsız qalmış ailələri qorumaq üçün Şəhid Ailələrinə Yardım Cəmiyyəti adlı bir cəmiyyət yaratdı. O həmçinin Bartın üzərindən Anadoluya göndərilən döyüş materiallarının bir qismini müdirəsi olduğu Feyziye məktəbinin anbarlarında gizlətməklə də milli mübarizəyə dəstək verdi.[2] Şəhid Ailələrinə Yardım Cəmiyyəti müharibə başa çatdıqdan sonra ləğv edildi[1] və Nakiyə Elgün 1928-ci ilin sonunda Fevziyə məktəbindəki vəzifəsindən istefa verdi.[2]

Cumhuriyyət dövrü

[redaktə | mənbəni redaktə et]

Müharibədən sonra Elgün əvvəlcə Ankarada yaradılmış Türkiyə Aeronavtika Assosiasiyasının İstanbul şöbəsinin açılışında iştirak etmiş və bu şöbənin rəhbəri olmuşdur.[1] O həmçinin İqtisadiyyat və Qənaət Cəmiyyətinin (tərcümədə ing. — "İktisat ve Tasarruf Cemiyeti") İstanbul şöbəsinin yaradılmasında da iştirak edib və daha sonra Halkevlərinin İstanbul şöbəsində işləyib.[1] Elgün bu dövr ərzində həm də 1929-cu ildə iş həyatına qayıtmış və İstanbul qız liseyinə müdir təyin edilmişdir. 1930-cu ildə qadınlara bələdiyyə və əyalət məclislərinə seçilmək hüququ verildikdə o, məktəbdəki vəzifəsini tərk edərək İstanbul Bələdiyyə Məclisinə Bəyoğludan üzv olaraq qatılmışdır. O, Məclisin Daimi Şurasına üzv seçilən ilk qadın olub. 1934-cü il seçkilərində yenidən İstanbul Baş Məclisinə və Daimi Şuraya seçilmişdir.[1]

Elgün 1934-cü il dekabrın 5-də Türkiyə Cumhuriyyətində qadınlara seçmək və seçilmək hüququ verildikdə qadınların təşkil etdiyi şənliklərdə fəal iştirak edirdi.[1] O 8 fevral 1935-ci il seçkilərində Cümhuriyyət Xalq Partiyasından millət vəkili seçildi və 870 səslə beşinci dəfə Ərzurumdan millət vəkili olaraq parlamentə daxil oldu.[7]

24 mart 1935-ci ildə Qadınları Müdafiə Cəmiyyətinin IV iclasında o, cəmiyyətin prezidenti seçilib. Elgün 25 may 1935-ci ildə Türk Aeronavtika Assosiasiyasının Mərkəzi İdarə Heyətinin üzvü, 13 iyun 1936-cı ildə isə Uşaq Müdafiə Təşkilatının Baş Məclisində Qurumun Baş Qərargahına üzv seçilmişdir. 1938-ci ildə Topqapı Fukarapərverlər Cəmiyyətinin sədri vəzifəsini üzərinə götürmüş və ölənə qədər bu vəzifəni icra etmişdir.[8]

Nakiyə Elgün 23 mart 1954-cü ildə İstanbulda vəfat etmişdir.[9] Osmanbəydə bir prospekt onun adını daşıyır.

  1. 1 2 3 4 5 6 7 8 9 10 Duroğlu, Sibel. "Türkiye'de İlk Kadın Milletvekilleri" (PDF). Ankara Üniversitesi Sosyal Bilimler Enstitüsü (Yüksek Lisans Tezi). 2007: 87–92. 2015-02-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 10 mart 2016.
  2. 1 2 3 4 5 Özyürek, Mustafa. "Osmanlı'dan Cumhuriyet Bir Eğitimci:Nakiye Elgün" (PDF). www.duzen.com.tr. Atatürk Journal, Vol. 3, Issue 2, Year 2014. 7 May 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 4 May 2017.
  3. 1 2 3 Yıldız, Hacer. "Türkiye'de Kadınların Siyasi Haklar Mücadelesi ve Nakiye Elgün" (PDF). acikarsiv.ankara.edu.tr (türk). Ankara Üniversitesi Sosyal Bilimler Enstitüsü Kadın Çalışmaları Anabilim Dalı yüksek lisans tezi. 7 May 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 4 may 2017.
  4. Kurnaz, Şefika, Balkan Harbinde Kadınlarımızın Konferansları, Aile ve Toplum, Mart 1991, cild 1, say 1
  5. TBMM Genel Kurul Tutanağı Arxivləşdirilib 2016-03-10 at the Wayback Machine, 22. Dönem 4. Yasama Yılı, 69. Birleşim, 1 Mart 2006 Çarşamba (erişim tarihi: 8 Şubat 2009) (türk.)
  6. Kaplan, Leyla, Türkiye Büyük Millet Meclisi'nde Kadın Milletvekilleri, Atatürk Research Center website, retrieved: 8 February 2009 (türk.)
  7. Erzurum Finance Office website Arxivləşdirilib 2007-09-19 at the Wayback Machine
  8. Özbek, Nadir. "90 Yıllık Bir Hayır Kurumu: Topkapı Fukaraperver Cemiyeti" (PDF). nadirozbek.com (türk). Tarih ve Toplum journal, Issue: 180, Date: December 1998. 3 December 2015 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 4 May 2017.
  9. "OSMANLI'DAN CUMHURİYETE BİR EĞİTİMCİ: NAKİYE ELGÜN". Arş. Gör. Mustafa ÖZYÜREK (türk). Atatürk Dergisi. 2014. 25 Mart 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 Nisan 2022.