Nizamnamə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Nizamnamə — hansısa dövlət orqanının, müəssisənin, təşkilatın hansısa sahədə fəaliyyətini və işinin təşkilini tənzimləyən hüquqi sənəd. Dövlət təşkilatlarıının nizamnamələri ali dövlət orqanları, təşkilatların nizamnamələri isə onların təsisçiləri tərəfindən təsdiq edilir. "Nizamnamə" sözü "nizam" (ərəb) və "namə" (fars) sözlərinin birləşməsindən əmələ gəlib, hər hansı bir şeyin icrası, tətbiqi üçün düşünülmüş qayda-qanun, hökm kimi mənalar verir.

İctimai təşkilatların hamısının nizamnaməsinin olması vacibdir. Beynəlxalq təşkilatların da nizamnamələri vardır.

Yazılmış ilk Nizamnamə nümunəsi kimi tarix Siris silindrini tanıyır. Farsların qədim Mesopatamiyanın işğalından sora Yeni-Mesopatamiya dövləti yaratdıqdan sonra imperator Nabonidus tərəfindən yazılib təsdiq edilmişdir (e.ə. 539). Bu silindrdə dini inanclar, imperatorun legtimliyi, insan hüquqları, dövlətçilik ənələri haqqında məlumat verilmişdir.

Nizamnamənin növləri

[redaktə | mənbəni redaktə et]

— Layihə nizamnamələri- bu növ nizamnamələrdə layihə iştirakçıları və onların payları, ümumi müddəalar, fəaliyyət növü, idarə olunması və məqsədi haqda məlumat verilir.

— Ali və ya Kral nizamnamələri- bu tip nizamnamələr ən çox avropada rast gəlinir və şəhərsalma ilə əlaqələndirilir.

— Koloniya nizamnamələri- bu növ nizamnamələr ən çox Böyük Britaniyada yayilmişdır. Bu növdə olan nizamnamələr az yayılıb və təsirləri zəifdir.

— Kongres nizamnamələri- bu növ nizamnamələr ən çox ABŞ-də rast gəlinir. 1791-ci ildən 1992-ci ilə qədər kongress 36 nizamnamə qəbul etmişdir.

— Bələdiyyə nizamnamələri- bələdiyyə özünü idarəetmə statusunu alarkən tərtib olunur. Burada onların səlahiyyətləri və qanun daxilində fəaliyyətləri əks olunur.

İqtisadi nizamnamələr

[redaktə | mənbəni redaktə et]

İqtisadi nizamnamələr, qanunlara uyğun olan, tam legitim sənəddir , təşkilatın məqsədini və daxili bölgüsünü müəyyən edir. Həmin sənəd firmanın hüquqi təsdiq tapmasından və fəaliyyətə başlamazdan əvvəl, uyğun dövlət təşkilatları tərəfindən təsdiq edilməlidir. Nizamnamə təşkilatın quruluşu haqqında, onun yeri haqqinda, fəaliyyətinin məqsədi haqqında, idarəetmə orqanları və mülkiyyətin əmələgəlməsi haqqında, gəlirlərin bölünməsi və fəaliyyətin dayandırılması haqqında məlumatları əks etdirməlidir. Məsləhətdir ki, özəl təşkilatlar yaradılarkən mülkiyyət məsuliyyəti, sahibakarın mülkiyyəti və şəxsi təsərüfatın mülkiyyət bölgüsü barədə bəndlər yerləşdirilsin. Firmanın mülkiyyəti və onun gəlirləri barəsində bağlı məsələlər aydın və dəqiq şəkildə göstərilməlidir ki, gələcəkdə baş verəcək hər hansi mübahisənin qarşısı alınsın.

Nizamnamənin hazırlanması- hər bir təşkilatın sahibkarlıq yolunda atdığı ilk addımdı və onların içində heç də ən çətini deyil, bu sənəd, yaranan müəssisənın gündəlik sahibkarlıq fəaliyyəti barəsində ilk anlayışları aşılayır.

Nizamnamə Azərbaycanda

[redaktə | mənbəni redaktə et]

Nizamnamələrin Azərbaycanda oynadığı rolun dünyada oynadığı roldan heç bir fərqi yoxdur. Mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasında nizamnamələrin qeydə alıması işi Vergilər Nazirliyinin "Bir pəncərə" sistemi vasitəsilə aparılır.

Nizamnamələr hər hansı təşkilatın fəaliyyətini, quruluşunu müəyyən edən qanunlar toplusudur və Azərbaycanda ən çox:

1. Partiya nizamnamələri

2. Birlik və Təşkilat nizamnamələri

3. İqtisadi nizamnamələr (səhmdar cəmiyyətin nizamnaməsi, firma və s.)

Tərtib olunan nizamnamələrdə sadalanan bəndlər var:

1. Ümumi müddəalar.

2. Müəsisənin fəaliyyəti.

3. Müəsisənin nizamnamə kapitalı.

4. İdarəolunma qaydaları.

5. Müəsisənin ləğv olunması.

6. Digər müddəalar.