Qırmızı ağcaqayın
Qırmızı ağcaqayın | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Qırmızı ağcaqayın |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Qırmızı ağcaqayın (lat. Acer rubrum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü.
Təbii yayılması
[redaktə | mənbəni redaktə et]Vətəni Şimali Amerikadır. Cənubi Avropada və Yaxın Şərqdə mədəni əkin şəraitində becərilir.
Botaniki təsviri
[redaktə | mənbəni redaktə et]Hündürlüyü 15–18 m-ə çatan, enli, yumru və möhkəm çətirli ağacdır. Yarpaqları üzbəüzdür, 5–7 ədəddir, ucu biz, uzunluğu 8–14 sm-dir. Yarpaqlarının rəngi qırmızıdır, yayda yaşıl, payızda isə sarı rəng alır. Maydan iyuna qədər çiçəkləyir. Açıq sarı rəngli çiçəkləri süpürgə çiçək qrupuna yığılmışdır. Meyvələri uzunluğu 3 sm-dən 5 sm-ə qədər olan qanadcıqlardır. Tоxumlarla, kök zoğları ilə çoхalır.
Ekologiyası
[redaktə | mənbəni redaktə et]Soyuğa davamlı, işıqsevən, quru, məhsuldar torpaqlarda yaxşı bitən, yarımkölgəyə dözən bitkidir. Əhəngli, turşulu torpaqlarda yaxşı inkişaf edir.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Respublikanın bir çox rayonlarında təbii və mədəni şəraitdə rast gəlinir.
İstifadəsi
[redaktə | mənbəni redaktə et]Gözəl dekorativ bitkidir, şose ətrafı ərazilərin yaşıllaşdırılmasında geniş istifadəsi məqsədyönlüdür.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1055.