Paris və Londonda qara qəpiksiz

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Paris və Londonda qara qəpiksiz
ing. Down and Out in Paris and London
Müəllif Corc Oruell
Janr bioqrafik
Orijinalın dili ingilis
Ölkə
Orijinalın nəşr ili 9 yanvar 1933
Tərcüməçi Cavid Qocalı[1]
Nəşriyyat Viktor Gollants (London)
Qanun nəşriyyatı (Azərbaycan)
Səhifə 296 (azərbaycanca nəşri)
Sonrakı Birma günləri
ISBN ISBN 0-15-626224-X

Paris və Londonda qara qəpiksiz (ing. Down and Out in Paris and London) – Corc Oruellin ilk işi. 1933-cü ildə nəşr olunmuşdur. Yazıçı bu romanında ParisLondonda səfalətli keçən günlərini təsvir etmişdir.

Birmadakı (indiki Myanmar) müstəmləkə polisi vəzifəsindən ayrılıb yazıçı olmağa qərar verən Corc Oruell Paris və Londonda çox ağır və yoxsulluq içində həyat keçirir. Ədəbi tənqidçilərin çoxu avtobioqrafik olaraq qəbul etsələr də, bu ağır günlərdən bəhs edən və 1933-cü ildə qələmə alınmış "Paris və Londonda qara qəpiksiz" əsərindəki hadisələrin gerçək, yaxud uydurma olduğu hələ də mübahisə mövzusudur. İkihissəli bu əsərdə Parisdəki pulsuz və ağır işlərdə işləməyə məhkum günlər ilə Londonda – tüfeylilər arasında və müvəqqəti sığınacaqlarda keçən günlərdən bəhs edilir.

1930-cu ilin oktyabrında tamamlanan[2] kitabın ilk versiyası "Qabyuyanın gündəliyi" adlanırdı və sadəcə Paris fəsillərindən ibarət idi. 1931-ci ilin yayında kitabı Jonathan Cape nəşriyyatına təqdim etdi, amma payızda nəşriyyat kitabı rədd etdi.[3] Bir il sonra London fəsillərinin də daxil olduğu kitabı Faber and Faber nəşriyyatına təqdim etdi, lakin kitab yenə rədd edildi.[3]

Sonda Viktor Qollants adlı nəşriyyatçı kitabı nəşr etməyi qəbul etdi və kitabın adının dəyişdirərək "Paris və Londonda qara qəpiksiz" qoydu.[4] Kitab 9 yanvar 1933-cü ildə nəşr edildi.

  1. "Corc Oruel PARİS VƏ LONDONDA QARA QƏPİKSİZ". Qanun.az (az.). 2016-05-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 avqust 2017.
  2. Introduction, p.ix Penguin Classics, 2001 edition
  3. 1 2 Orwell, Sonia and Angus, Ian (eds.). The Collected Essays, Journalism and Letters of George Orwell Volume 1: An Age Like This (1920–1940) (Penguin)
  4. Shelden, p. 180.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]